Amaliya Pənahovanın fotosuna gülənlər əgər bilsəydilər...

Amaliya Pənahovanın fotosuna gülənlər əgər bilsəydilər...
20 aprel 2018
# 13:27

Odlar diyarının içi mən qarışıq zəhmətkeş insanları yeni bir mövzu üzərində çalışmaqdadır. Məsələ ünlü aktrisa Amaliya Pənahovanın plastik əməliyyatlarıdır.

Xəbər budur ki, aktrisanın yeni görünüşü oxucuları məyus etmişdir. Bir fotofaktla ortaya çıxıb ki, aktrisanın yenilədiyi, gəncləşdirmək üçün çalışdığı siması günü-gündən çiçəklənən müxtəlif sahələrin, məsələn, kino və teatrımızın inkişafı ilə ayaqlaşmır. Zəhmətkeşlər aktrisanın şəkillərini paylaşıb altına öz narazılıqlarını, hətta təhqirlərini yazırlar.

Plastik əməliyyat hər kəsin şəxsi işidir. Necə bir simaya sahib olmağı indi Allahdan sonra bir də pulu olan insan özü seçir. Bəs hiddətlənənlər harada haqlıdırlar? Onlar qadını, çox vaxt da ölkəsinin qadınını təmsil edən aktrisanın gözəl olmasını istəyirlər. Daha düzü, keçmişin gözəllik standartlarını unuda bilmirlər.

Düzdür, günün gözəllik standartları, yəni yayğın standartları qadın təbiiliyi, həssaslığı, individuallığı deyil, şişmiş dodaqlar, irəli çıxmış almacıq əzələləri, döymə qaşlarla süniliyi, laqeydliyi və pornoqrafikliyi vurğulayır.

Gedin ortabab bir gözəllik salonuna, sizə belə standartlar təklif edəcəklər. Amma bu standartlar bu qədər yayğındırsa, tələb təklif varsa, hamı bu qədər məmnundursa, bu standartları izləyən Amaliya xanıma niyə acıqlıdırlar?

Bu qəzəbli insanlar kino və teatr təəssübkeşi olsalar, onları başa düşmək olardı.

Çün tatuaj qaşlar, şişmə dodaqlar aktrisanın ifadə vasitələrinə ziyan vurur. Üz əzələlərini korlayır, beləliklə mimikada problem yaradır. Aktrisa bunu düşünməlidir. Amma axı indi, aktrisanı kim düşündü ki, o da bunu düşünsün?

Məgər ildə on sənət filmi çəkilirdi ki, Amaliya xanım da film dərdi çəkib, mimikalarının qeydinə qalaydı? Amaliya xanım bu gün bədii kinonun həll edə bilmədiyi aktrisa simasıdır.

Təsəvvür edin, büdcəyə vergi ödəyən bir vətəndaş kimi qazancından kinoya pul ayırırsan, amma kino yerinə, sevdiyin aktrisanın uğursuz fotosunu verirlər. Sizsə, bu şəklə görə kinoya, teatra, mədəniyyətə görəvli olan məmurları deyil, öz pulu ilə öz simasına gözəllik qatmaq istəyən aktrisanı pisləyirsiniz. İndi türklər demiş, nerdə adalet?

Özünüz də bilmirsiniz ki, sevimli seriallarınızda oynayan, sizi göz yaşlarına boğan onlarla aktrisa, aktyor pislədiyiniz Amaliya Pənahovanın qurub-qoruduğu Bələdiyyə Teatrından çıxıb. (Ki, teatrın normal şəraitli binası da yoxdur). Daha düzü, bu teatrın hesabına öz peşə statusunu qoruyub.

Yəni, bu qədər dərd etməyə dəyməz: Həqiqət həmişə gözəl görünmür!

# 3199 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər