news-inner
clock13:30 calendar-gray 19 Aprel 2018 view-gray233 dəfə oxunub
view-gray233 dəfə oxunub

Yoldaşı Gəncə üsyanına başçılıq edən, özü təyyarə qəzasında ölən general qızı

Harda bir azərbaycanlı uyuyursa ora vətənin bir parçasıdır. İnsan da bir vətəndir. İstər sağ olsun, istər ölü... Və dünyanın dörd bir yanında tanınmış-tanınmamış həmyerlilərimizin məzarları var. Bu barədə oxucuları məlumatlandırmaq üçün “Gözü yol çəkən məzarlar” adlı layihəmizə davam edirik.

***

1920-ci ildə Azərbaycan Cümhuriyyəti süquta uğradıqdan sonra dövlət və hökumət rəhbərlərinin ən çox mühacirət etdiyi ölkə Türkiyə olur. Təxminən, yarım əsrə yaxın siyasi mübarizə aparmış soydaşlarımızın, aktiv siyasətçilərin olduğu otuzdan çox tarixi şəxsiyyətin son mənzili Fəriköy məzarlığındadır. İstanbulun bu məkanına məzarlıq yox, əksinə, muzey demək daha doğru olar. Türkiyədə bizim üçün ən kutsal yer, məhz, Fəriköy məzarlığıdır.

Hüseynqulu xan Xoyski

Çar ordusunun general-mayoru Hüseynqulu xan Xoyski 1869-cu ildə Gəncə şəhərində dünyaya gəlmişdi. Əsli-nəsli Cənubi Azərbaycanın Xoyşəhərindən idi. Atası İskəndər xan rus ordusunun general-leytenantı olmuşdu. Vladiqafqaz progimnaziyasını bitirmişdi. 22 iyul 1887-ci ildə 45-ci draqun Şimal alayında hərbi xidmətə başlamışdı. Unter-zabit rütbəsindən general-mayor rütbəsinədək ucalmışdı.

Hüseynqulu xan Xoyski Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncənin general-qubernatoru Xudadat bəy Rəfibəylininmüavini idi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra həyat yoldaşı Şirinbəyim xanımı (o, Gəncə xanı Cavad xanın nəslindən olan Əbülfət xanın qızı idi), qızı Valiyəni, 6 aylıq nəvəsi Abbası və kürəkəni, məşhur Gəncə üsyanına başçılıq etmiş polkovnik Cahangir bəy Kazımbəylinigötürüb İranakeçmişdi. Kürəkəni sonra geri qayıtmış və 1920-ci il mayın sonunda sovet hakimiyyətinə qarşı üsyana rəhbərlik etmişdi. Hüseynqulu xan Xoyski İrandan Türkiyəyəgetmişdi.

Hüseynqulu Xan İsrafil bəylə İstanbula gələr-gəlməz buradan Polşaya gedirlər. Polşa dövləti İsrafil bəyə (İsrafilbəy Yadigar Polşa ordusunun 29-cu piyada diviziyasında mayor rütbəsi, daha sonra isə 11-ci süvari polkunda podpolkovnik rütbəsi ilə xidmət göstərib) polkovnik rütbəsi verərək orduda işə götürür. Hüseynqulu xana isə yaşlı olduğuna görə, fəxri rütbəsi qalmaqla passiv iş verirlər.

Hüseynqulu xan, Şirinbəyim xanım Əbülfət xan qızı Ziyadxanova ilə ailə qurmuşdu. Kiçik oğlu Zahid xan Xoyski 1910-cu ildə hələ Gəncədə doğulmuşdu. O, Nyu-Yorkda yaşayırdı. Nəvəsinə ulu babası, Xoy xanı Cəfərqulu xanın adına qoymuşdu.

Generalın qızı Valiyə xanım Azərbaycan Demokratik Respublikasındaordu zabiti, Gəncə alayında briqada komandiri, Gəncə üsyanının başçısı Cahangir bəy Kazımbəyliylə ailə qurmuşdu. O, Gəncə üsyanından bir qədər əvvəl həyat yoldaşı Valiyə Xoyski və altıaylıq oğlu Abbası qayınatası Hüseynqulu xanla İrana yola salıb özü doğma şəhərinə dönmüş, mübarizəyə başlamış və Gəncə üsyanınabaşçılıq etmişdi.

Ailəsi ilə birgə İtaliyada yaşayanValiyə xanım 1947-ci ildə təyyarə qəzasında həlak olur. O, II Dünya Müharibəsi başa çatdıqdan sonrayaxınlarını ziyarət üçün İstanbula gəlir, İtaliyaya qayıdan zamantəyyarə Yunanıstanda dağa çırpılır, qəzada xeyli sayda insan həlak olur.

Valiyə Xanhoylu Fəriköy məzarlığında ailə üzvlərinin yanında dəfn olunub.

Rus qəbiristanlığında uyuyan azərbaycanlılar – “Gözü yol çəkən məzarlar”

Hacı Zeynalabdin Tağıyevin Parisdə dəfn edilmiş nəvəsi

İtaliyada monqol adı ilə basdırılmış 120 azərbaycanlı - “Gözü yol çəkən məzarlar”

Borçalıda doğulan, Buenos-Ayresdə ölən, Varşavada basdırılan azərbaycanlı polkovnik - “Gözü yol çəkən məzarlar”

Almaniyada çəkiclə qətlə yetirilən, qardaşı ilə bir qəbirdə basdırılan məşhur azərbaycanlı

İtalyanların başına and içdiyi “İvan Russkiy” ləqəbli seyid

Mehdi Hüseynzadənin uyuduğu məzarlıqdan FOTOREPORTAJ

Sankt-Peterburqdakı bu məzarlıqda onun adı birincidir

Mopassan, Bekket və Kortasarla eyni məzarlıqda yatan 3 azərbaycanlı

Fransada Zəfər Tağından keçirilərək dəfn edilmiş yeganə azərbaycanlı

Rəsulzadənin parlamentdə çıxışı zamanı ağlayan baş redaktor - “Gözü yol çəkən məzarlar”

Oxşar xəbərlər

Xəbər lenti

Umberto Eko nəyə nifrət edirdi? - Həyat hekayəti
21:01 19 Fevral 2020
“Xocalı-şəhid şəhər” rəsm müsabiqəsinin yekun sərgisi açılacaq
18:35 19 Fevral 2020
Bu seksual qadınlar sizə gülməli görünəcək - Fotolar
17:51 19 Fevral 2020
Türkiyəli “Robinzon”un filmi çəkildi
17:09 19 Fevral 2020
Bakıda İtaliya-Azərbaycan Beynəlxalq Film festivalı keçiriləcək
16:31 19 Fevral 2020
Qusarda turistlər üçün ingiliscə tamaşa nümayiş olunacaq
15:52 19 Fevral 2020
Tanınmış aktyor: "Miri Yusifdən də dəhşətli “bozbaş”lar var" - Müsahibə
15:08 19 Fevral 2020
Opera ulduzları Bakıda eyni səhnəni bölüşəcək
14:29 19 Fevral 2020
"Mövsüm sonu" filmi nümayiş olunacaq
13:45 19 Fevral 2020
Tanınmış bəstəkara vəzifə verildi
12:59 19 Fevral 2020
Macarıstanda Azərbaycan Kinosu Günləri keçirilir
12:42 19 Fevral 2020
Azər Paşa Nemətovun çökdürdüyü milli teatrımız
12:03 19 Fevral 2020
Senzura məşhur rejissorun filmini dayandırdı
11:30 19 Fevral 2020
Adam necə yazıçı olur? - Ayxan Ayvaz yazır
10:52 19 Fevral 2020
Gənc yazarımızın romanı həm Azərbaycanda, həm Fransada çap olunacaq
10:25 19 Fevral 2020
Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçirildi
09:41 19 Fevral 2020
Peyğəmbərin dişi ağrıyan cəlladı - Aqşin Yeniseydən yeni hekayə
08:55 19 Fevral 2020
Qollarım üstündə bir qız ağlayır – Nəriman Həsənzadənin şeirləri
21:01 18 Fevral 2020
Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb
18:56 18 Fevral 2020
15 yaşlı aktrisa dünyasını dəyişdi
18:50 18 Fevral 2020