Babək haqqında yeni film çəkilir - VİDEO

<b>Babək haqqında yeni film çəkilir - <span style="color:red;">VİDEO </b>
19 aprel 2018
# 12:28

Azərbaycanın tarixi qəhrəmanı Babək haqqında yeni film çəkilir. APA TV-nin məlumatına görə, ötən il anonsu verilən ekran işinin hazırlıqlarına yaxın zamanda start veriləcək.

Nizami Kino Mərkəzində təşkil olunan mətbuat konfransında yaradıcı heyət bir çox nüanslara aydınlıq gətirib. “Azərbaycan Film Akademiyası”nın istehsalı olan ekran işinin çəkilməsində məqsəd Babəki tarixi şəxsiyyət olaraq olduğu kimi təqdim etməkdir. “Babək 2020” filminin rejissoru Zaur Tahirsoy bildirib ki, 1979-cu ildə çəkilən “Babək” filmində əsas qəhrəman sovet ideologiyasına uyğun çəkilib, bəzi məqamlarda təhriflərə yol verilib. “Bizim filmdə isə tamaşaçılar Babəki əsl döyüşçü kimi görəcəklər. Babəkin İslama qarşı deyil, ərəb zülmünə qarşı vuruşduğunu vurğulayacağıq” deyə rejissor qeyd edib.

Ssenari müəlliflərinin kimliyi Babəkşünaslar və tarixçilərlə məsləhətləşmələr bitəndən sonra bəlli olacaq.

Zamanında Babək obrazı ilə sevilən xalq artisti Rasim Balayev bu filmdə də olacaq, amma balaca Babəkin atası rolunda. Ekran işində məşhur türk aktyorlarının, o cümlədən "Kurtlar Vadisi"ndə Memati obrazını canlandıran Gürkan Uyqunun yer alacağı bildirilir. O ki qaldı əsas obraza, Babək əl-Xürrəmini məşhur şanson ifaçısı Ceyhun Bakinski canlandıracaq.

Babək haqqında çəkilən ilk film o zaman Azərbaycan SSR-də ən bahalı film idi. Tarixi döyüş janrında çəkiləcək növbəti ekran işinin büdcəsi də kifayət qədər yüksəkdir: “Filmi ərsəyə gətirəcək komandanı xaricdən dəvət etsək, qat-qat ucuz başa gələcək. Qrafikanın imkanları büdcəni minimuma endirməyə imkan verir. Məsələn, “Game of Thrones” filminin ilk bölümünün büdcəsi 5-6 milyon manatdır. Tarixi film üçün bu, böyük rəqəm deyil. Tam büdcəni açıqlamaq istəmirəm, təxminən bu civarda rəqəm olacaq”.

Döyüş səhnələrində “Nomad Stunts” beynəlxalq kaskadyorlar birliyinin üzvü, peşəkar idmançı, aktyor Sain Fərhad Fərmanlı və komandası da iştirak edəcək. O bildirib ki, Azərbaycanda ən uğurlu işlərindən biri “Ali və Nino” filmidir. Peşəkar kaskadyor “Babək 2020” filmində həm kütləvi, həm də kiçik döyüş səhnələrinin öhdəsindən yüksək səviyyədə gələcəklərinə əmin olduğunu vurğulayıb.

Filmdə qrafik elementlərdən bol istifadə olunacaq. Bu iş peşəkar qrafist Famil Əsədova həvalə olunub.

“Babək 2020” filminin xronometrajı 90 dəqiqə olacaq. Hazırlıqlar 2019-cu ilə qədər bitəcək. Ekran işinin təxminən 2 il sonra təhvil verilməsi planlaşdırılır. Elə ad seçimində də bu nüans nəzərə alınıb.

# 3622 dəfə oxunub

Oxşar xəbərlər

"Netfliks"in qalmaqallı serialı üçüncü mövsümlə qayıdır:  "Ovçu qadınlar"da oyun qaydaları dəyişir

"Netfliks"in qalmaqallı serialı üçüncü mövsümlə qayıdır: "Ovçu qadınlar"da oyun qaydaları dəyişir

13:30 8 oktyabr 2026
"Disney+"dan Asiya bazarına böyük hücum:  Qlobal layihələr, animelər və iddialı planlar

"Disney+"dan Asiya bazarına böyük hücum: Qlobal layihələr, animelər və iddialı planlar

13:00 8 oktyabr 2026
"Sosial hesablama" niyə "Sosial şəbəkə"nin kölgəsində qaldı?

"Sosial hesablama" niyə "Sosial şəbəkə"nin kölgəsində qaldı?

12:30 8 oktyabr 2026
Məşhur aktyor "ChatGPT"dən imtina etdi - Səbəb

Məşhur aktyor "ChatGPT"dən imtina etdi - Səbəb

11:40 8 oktyabr 2026
Spilberq yeni "Transformers" filmi ilə ekranlara qayıdacaq

Spilberq yeni "Transformers" filmi ilə ekranlara qayıdacaq

18:00 7 oktyabr 2026
Eddi Redmayn və məşhur rejissorun sirli filmi — Kore-eda ilk dəfə danışdı

Eddi Redmayn və məşhur rejissorun sirli filmi — Kore-eda ilk dəfə danışdı

16:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər