Heminquey KQB-yə casusluq edirdi – 10 maraqlı fakt

Heminquey KQB-yə casusluq edirdi – 10 maraqlı fakt
21 iyul 2021
# 09:03

21 iyulda doğulan Ernest Heminquey dünyanın ən böyük yazıçılardan biridir. Bəs onun xarakterinin necə olduğunu bilirsiniz? Məsələn, tüfənglə köpək balığı vurduğunu təsəvvür edirsiniz? Son günlərində paranoyak olduğunu necə?

Kulis.az Heminquey haqda 10 maraqlı faktı təqdim edir.

1. Ceyms Coys üçün dava edirmiş

Öz dövrlərinin iki əfsanəsi Heminquey və Ceyms Coys yaxın dost olublar. Parisdə olarkən birlikdə barlara gedər, Coys da çox vaxt orda dava salarmış. Bədəncə zəif olan və döyüşə bilməyən Coysu boksa böyük marağı olan Heminquey müdafiə edirmiş.

2. Köpək balıqlarını silahla öldürəcək qədər əcaib balıqçı imiş...

1934-cü ildə hekayə kitabından qazandığı pulla özünə 11.5 metrlik bir qayıq alan Heminquey onunla balıq ovuna çıxarmış. O qədər əfsanəvi balıqçı imiş ki, Fidel Kastro 1960-cı ildə Heminqueyin şərəfinə balıqçılıq turu təşkil edib. Onun istifadə etdiyi üsullar da fərqli olub. 1935-ci ildə tutduğu köpək balığı ilə qayığın içində güləşən Heminquey axırda onu tapança ilə vurubmuş.

3. Alman sualtı gəmilərini vurmaq istəyirmiş...

1942-ci ildə alman sualtı gəmiləri Amerikanın yük gəmilərini batırırdı. ABŞ dəniz qoşunları vətəndaşlardan sahillərdə könüllülük prinsipi ilə növbə tutaraq kömək etmələrini istəmişdi. “Hooligan Navy” adı verilən bu könüllü dəstələrinin birinə Heminquey başçılıq edirdi. Kuba sahillərində qarşısına çıxacaq alman sualtı gəmilərini batırmaq üçün yanından “Thompson” markalı tüfəngi və əl bombalarını əksik etməzmiş.

4. Müharibədə müxbir, yoxsa döyüşçü olduğu bilinmirdi...

Heminquey 1944-cü ildə “Collier” dərgisi üçün müharibədə müxbirik edirmiş. Yaşı qırxı ötdüyündən bəzi təhlükəli əməliyyatlara onu aparmırdılar. Ancaq tezliklə Heminqueyin heç kimə əhəmiyyət verməyən biri olduğunu anladılar. 22-ci taborla səyahət edərkən yazıçı Ramboillet qəsəbəsindəki əməliyyatlardan birinə başçılıq etmə icazəsi aldı. Çox keçmədi ki, fransız əsgərlərdən ibarət milisin lideri oldu. Milislər ona “Papa,” “Yüzbaşı” və hətta “Le Grande Capitan”( Böyük Kapitan) deyə xitab edirdilər. Onu o qədər ideallaşdırmışdılar ki, əmrlərini sorğu-sualsız yerinə yetirirdilər. Ancaq müxbirin müharibədə vuruşmağı Cenevrə müqaviləsinə qarşı olduğu üçün hərbi məhkəməyə çıxarıldı. Məhkəmədə yalan danışıb əvvəlki postuna qayıtdı və müharibə bitəndən iki il sonra gümüş medal aldı.

5. Orson Uellslə də dava edibmiş

1937-ci ildə Yoris İvensin rejissorluq etdiyi “İspan kürəsi” filmini səsləndirmək üçün Orson Uells dəvət olunmuşdu. Hekayəni qələmə alan Heminquey Uellsin mətni necə səsləndirdiyini eşidəndə bəyənmədiyini demişdi. Uells Heminqueyin yazdığı mətndə bəzi “redaktələr” etməyi təklif edəndə isə yazıçı lap özündən çıxıb. “Teatr sahibi axmağın biri elə bilir, mənə necə yazacağımı öyrədə bilər?” deyib Uellslə ciddi-ciddi dava etməyə başladı. Sonralar barışıb yaxın dost olsalar da, Heminquey Uellsin səsləndirdiyi qeydi sildirib, özü yazan variantı saxlatdırıbmış.

6. Mutant pişikləri sevirmiş

1931-ci ildə Heminqueyə altıbarmaqlı “mutant” pişik hədiyyə olunubmuş. Yazıçı ona “Snowball” (Qar topu) adını verdi və bununla kifayətlənməyib 50-yə qədər mutant pişik saxlamağa başladı. Bu sevgisinə görə, bir müddət sonra altıbarmaqlı pişikləri “Heminquey pişikləri” adlandırmağa başladılar. Yazıçının muzeyə çevrilən Ki Vestdəki evində hələ də bu pişiklərə rast gəlmək olar.

7. İzləndiyini düşünürdü

Həyatının sonlarına yaxın çökmüş Heminquey paranoyaklaşmışdı. Evinin ətrafında dayanan maşınların, yanında hərəkət edən piyadaların onu izlədiyini, telefonlarının dinləndiyini zənn edən yazıçının bu halı ailəsini narahat etməyə başlamışdı. Psixiatr dəstəyi və şok terapiyası da işə yaramamışdı. Bir-birinin ardınca etdiyi intihar cəhdlərinin biri təəssüf ki uğurlu olmuşdu.

8. Həqiqətən izlənirmiş…

İllərlə ətrafındakılar Heminqueyin paranoyak olduğunu düşünmüşdülər. Ancaq demə o, həqiqətən FBI tərəfindən izlənirdi. 1983-cü ildə “Freedom of Information Act” çərçivəsində Edqar Huver yazıçının izlənməsində şəxsən iştirak etdiyini bəyan edib. Onun telefonları dinlənir, maşını izlənir, hesablarına nəzarət olunurmuş. Bəs niyə FBI ölkəsinin ən böyük yazıçısını təqib edirdi? Huver Heminqeuyin Kuba ilə əlaqəsinin ola biləcəyini əsas gətirərək onu izlədirmiş. Ancaq əsl səbəb bu deyilmiş, çünki…

9. Heminquey KQB üçün casusluq edirmiş

40-cı illərdə Edqar Huver inanmadığı hər kəsi təqib etdirib. Yazıçı Steynbek də daxil olmaqla, bir sıra ziyalılar, məşhur insanlar Huverin “şübhəliləri” siyahısında idilər. Ancaq Heminqueyin KQB agenti olmağı artıq sirr deyil. Sovet arxivlərinə daxil olmağı bacaran keçmiş casus Aleksandr Vasilyev yazıçının Kuba və İngiltərədə Sovet casusları ilə görüşdüyünü ortaya çıxarıb. Yazıçının kod adı “Arqo” imiş. İşin ən maraqlı tərəfi budur ki, Heminqueyin casus kimi heç də fərasətli olmayıb. Yazdığı informasiyalar ya səhv, ya da dəxilsiz olduğundan KQB onunla əməkdaşlıqdan imtina etməli olub.

10. İntiharını araşdıran adam Heminqueyin əşyasını oğurladı

Ernest Heminquey 1961-ci ildə intihar edəndə bütün dünya şok olmuşdu. Onun ölümündən sarsılanlardan biri də yazıçı Hanter S. Tompson idi. 1964-cü ildə Tompson “The National Observer” qəzeti üçün yazdığı “What Lured Hemingway to Ketchum” (Ketçumda Heminqueyi nə cəlb etmişdi?) yazısını tamamlamaq üçün Ketçuma yola düşüb. Tompson yazısında Heminqueyin son günlərini xəstə, qoca və başı dərddən açılmayan biri kimi keçirdiyi qənaətinə gəlmişdi. Yazıçının evində araşdırma apardığı vaxt divarda iki Kanada maralı buynuzu asıldığını görüb. “Balaca bir hədiyyəyə layiq olduğunu” düşünən Tompson buynuzları oğurlayıb.

# 2899 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #