news-inner
clock15:30 calendar-gray 13 Aprel 2018 view-gray593 dəfə oxunub
view-gray593 dəfə oxunub

Bu tarixi hadisələr həqiqətən olub, ancaq heç kəs inanmır – 20 FAKT

Yəqin çoxunuz qeyri-adi, ağlasığmaz, inanılmaz, məntiqsiz faktlara rast gəlmisiniz. O faktları eşidəndə qulaqlarınıza inana bilməmisiniz və sizə həmin fakt yalançı təəssüratı yaradıb. İçinizdə “ola bilməz” demisiniz, doğru olmadığına əmin olmusunuz.

Kulis.az tarixdə həqiqətən də olmuş, amma inanılması mümkün olmayan 20 faktı diqqətinizə çatdırır.

1. XIX əsrdə Amerika və Böyük Britaniyada xanım Uinslounun uşaqları sakitləşdirən siropu populyar idi. Bu siropun analara və dayələrə əvəzsiz kömək etdiyi söylənilirdi. Sirop istənilən xəstəliklə mübarizə aparırdı, çünki tərkibində ammonyak və morfi vardı. Əlbəttə, hansı uşağa bunu versən, sakitləşərdi.

2. 1950-ci illərdə tütün şirkətləri siqareti sağlamlığa xeyri olan məhsul kimi reklam edirdi.

3. Orta əsrlərdə 600 min adam cadugərliyin qurbanı olub. Halbuki bu cür ittihamı sübut etmək həmin illərdə çox çətin başa gəlirdi.

4. Yenə Orta əsrlərdə cinayətkarlar ordaliyaya (müqəssirə od, qızmar dəmir və s. ilə işgəncə vermək yolu ilə onun müqəssir olub olmadığını təyin etmə üsulu) məruz qalırdılar. Bu metodu isə “İlahi məhkəmə” adlandırırdılar. Sınaqlardan biri cinayətkarın əlini qaynar suya salmaqdır. Əgər adamın əli yanmasa bu o deməkdir ki, Tanrı onu qoruyub. Həmin şəxsi azadlığa buraxırdılar.

5. Roma imperatoru Kaliqula çox sevdiyi atı İnsitatanı Roma vətəndaşı, sonra isə senator eləmişdi.

6. 11 dəfə prezident olmuş meksikalı general Lopes de Santa-Anna kəsilmiş ayağını böyük mərasim keçirərək dəfn etmişdi.

7. Dünyada ilk dəfə doğum nəzarət klinikasını açdığına görə Marqaret Senqer 1917-ci ildə ABŞ-da həbs edilmişdi.

8. Yeri gəlmişkən, doğum testi haqqında... XVI əsrdə Kanadada insanlar doğum nəzarəti üçün ağrıkəsici içirdilər. Bu iksirlərin biri də qunduz xayasından hazırlanmış içki idi.

9. Müstəmləkə dövründə ABŞ-da qadınlara doğum zamanı heç bir ağrıkəsici verilmirdi. Belə hesab edirdilər ki, doğum zamanı qadının yaşadığı ağrı ilk qadın Həvvaya görə verilən cəzasıdır.

10. Roma papası IX Qriqori inanırdı ki, pişiklər şeytan nəslindən törəyib. Buna görə də onları məhv etdirdi. Nəticədə siçanların sayı artdı və 100 milyon insanı məhv edən Bubon taunu ortaya çıxdı.

11. XIII əsrdə təxminən 30 min uşaq və yeniyetmə Səlib yürüşlərinə qoşuldu. Onlar inanırdılar ki, Tanrı silahsız uşaqları qoruyacaq. Uşaqlar və yeniyetmələrin çoxu yollarda öldü, sağ qalanları isə kölə kimi satıldı.

12. Qədim Misirdə fironun xidmətçiləri üst-başlarına bal sürürdülər ki, milçəklər hökmdardan uzaq dursun.

13. Nintendo şirkəti 1889-cu ildə təsis olunub. Şirkət üzərinə əllə şəkil çəkilən oyun kartları hazırlayır.

14. XIX əsrdə protez dişləri ölmüş əsgərlərin dişlərindən düzəldirdilər.

15. “Ulduz müharibəsi” filminin ilk seriyası Fransada nümayiş olunduğu dövrdə orda hələ də insanları gilyotinlə edam edirdilər. Sonuncu gilyotin edamı 1977-ci ildə həyata keçirildi.

16. Britaniyanın ilk sakinləri insan kəlləsindən fincan kimi istifadə edirdilər.

17. XIX əsrdə insanlar diri-diri basdırılmaqdan qorxardılar. 1934-cü ilə qədər bəzi şirkətlər xilasetmə avadanlıqları ilə təchiz olunmuş xüsusi təhlükəsiz tabutlar istehsal edirdilər. Məsələn, mərhuma ip bağlanırdı, ipin bir ucu da tabutun yuxarısındakı zınqırova sarılırdı ki, ayılsa zınqırovu çala bilsin.

18. 1909-1970-ci illər arasında Avstraliya hökuməti aborigen ailələrinin uşaqlarını onlardan alıb uşaq evlərinə verirdi. Bununla həmin uşaqlar mənşəyini unutmağa məcbur edilirdi.

19. Səudiyyə Ərəbistanının yabanı flora və faunası unikal olsa da bir çox canlı növü başqa ölkələrdən gətirilir. Məsələn, Səudiyyə Ərəbistanı bütün dəvələri Avstraliyadan alır.

20. Kolumbiyalı Pedro Lopes qəddar manyak kimi Ginnesin rekordlar kitabına düşüb. O, 1983-cü ildə 110 qızın öldürülməsi ilə cinayət aləmində məşhurlaşıb. Ümumilikdə onun 300 adam öldürdüyü məlum olub. 20 yaşında həbs olunub, ruhi xəstə hesab olunaraq psixi xəstəxanaya yerləşdirilib. 1998-ci ildə yaxşı davranışına və polislə əməkdaşlığa görə sərbəst buraxılıb. Hazırda onun yaşayış yeri gizli saxlanılır.

news-inner-user
Ayxan Ayvaz

465 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Zəngilanlı aktyor: "Ordan çıxan gün 11 yaşım tamam olurdu" - Video-söhbət
16:30 24 Oktyabr 2020
Türkiyəli yazar vəfat etdi
15:26 24 Oktyabr 2020
Azərbaycanlı rəssamın sərgisi İstanbulda
14:19 24 Oktyabr 2020
Tolstoy hansı şairin qızını sevmişdi? - Elçin yazır...
13:30 24 Oktyabr 2020
Ömürlə peşmanlıq oyunları - Cavanşir Yusifli Kulisdə gedən hekayədən yazır
12:21 24 Oktyabr 2020
Ajda Pekkan: “Azərbaycanlı qardaşlarımıza sevgi göndərirəm”
11:12 24 Oktyabr 2020
Şəhid olan Milli Qəhrəman haqqında film - Video
10:06 24 Oktyabr 2020
Vətənim adamlar - Sevda Sultanova yazır...
09:00 24 Oktyabr 2020
“Pişiyin evi” onlayn göstəriləcək
18:49 23 Oktyabr 2020
Nazirlik Zəngilanda dağılan məscidlə bağlı bəyanat yaydı
18:15 23 Oktyabr 2020
Azərbaycan əsgərinə heyrətlənən erməni hərbçi
17:31 23 Oktyabr 2020
Bütün zamanların ən gözəl aktrisasının həyatı film olur
16:53 23 Oktyabr 2020
Kino tarixinin ən qorxulu filmləri açıqlandı
16:11 23 Oktyabr 2020
Yapon caz ifaçısı Azərbaycan ordusuna pul köçürdü
15:29 23 Oktyabr 2020
Beynəlxalq Türk Mədəniyyəti və İrsi bəyanat yaydı
14:52 23 Oktyabr 2020
Allahı danan müəlliminin başına stul çırpdı, ömür boyu övladı olmadı, qızlığını xalası oğluna qısqandı - Xalq artistindən maraqlı faktlar
14:15 23 Oktyabr 2020
Facebookda yayılan təhlükəli döyüş videoları
13:34 23 Oktyabr 2020
Köçkünlük statusu – Sevinc Elsevər yazır...
12:47 23 Oktyabr 2020
Dağıdılan, dəyişdirilən, yer üzündən silinən abidələrimiz
12:04 23 Oktyabr 2020
“Bitls” qrupunun keçmiş üzvündən yeni albom
11:18 23 Oktyabr 2020