Vahid Qazinin romanı İsveçdə çap olundu

Vahid Qazinin romanı İsveçdə çap olundu
9 aprel 2018
# 10:41

Vahid Qazinin “Çöl Qala“ romanı İsveçdə nəşr olunub.

Müəllifin Kulis.aza verdiyi məlumata görə, “Kirayənişinlər” (“Hyresgäster”) adı ilə “Diktonius Text” nəşriyyatında çapdan çıxan kitabı İsveç dilinə Umeo Universitetinin dosenti Səadat Kərimi çevirib.

“Belə gözəl, təsirli hekayəti oxumağa imkan yaratdığınız üçün Sizə təşəkkür edirəm”. - bu sözləri kitabın naşiri, yazıçı Ulf Diktonius tərcüməçi Səadət Kərimiyə məktubunda yazıb.

Bu, İsveç dilində nəşr olunan sayca üçüncü Azərbaycan romanıdı. İndiyədək 1973-cü ildə Qurban Səidin “Əli və Nino”, 2000-ci ildə isə Çingiz Abdullayevin “Qaranlıq simfoniyası” çap olunmuşdu.

Nəzərə alsaq ki, bu gün İsveçdə 40-dan çox millətin nümayəndəsi yaşayır və İsveç dünyanın ən çox kitab oxunan ölkələrindən biridir, İsveçdə Azərbaycan romanının çap olunması ölkəmizin ədəbi-mədəni həyatında xoş hadisələrdən sayıla bilər.

# 2910 dəfə oxunub

Oxşar xəbərlər

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"O səs yaşadıqca mənim də ilk məhəbbətim yaşayacaq..." - Səhnəmizin kişi siması haqqında

"O səs yaşadıqca mənim də ilk məhəbbətim yaşayacaq..." - Səhnəmizin kişi siması haqqında

11:15 30 oktyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

10:00 25 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər