Onun bu erotik filminə hamı baxıb - Tinto Brass-85

<b>Onun bu erotik filminə hamı baxıb - <span style="color:red;">Tinto Brass-85 </b>
6 aprel 2018
# 15:30

Bu il “Paprika”, “Kitti salonu”, “Kaliqula” filmlərinin rejissoru, iltalyan erotik sinematoqrafiyasının ulduzu Tinto Brassın 85 yaşı tamam olur.

Hüquq universitetinin məzunu olan Tinto Brass kinoda yola heç də erotika çəkməklə çıxmamışdı. Onun 1963-cü ildə çəkdiyi “Sülhün zirvəsində” adlı ekran işi solçu intellektualın sevgisi, həyatı və İkinci Dünya Müharibəsi haqda xatirələrindən bəhs edən ovqat filmi idi.

“Sülhün zirvəsində”yə baxanda təsəvvür belə etməzsən ki, 60-cı illərin İtaliya kinosunun üslubunda çəkilmiş bu filmi “Kaliqula”, “Paprika”, “Kittinin salonu” kimi ekran işlərinin müəllifi çəkib.

Bundan başqa rejissorun 1970-ci ildə çəkdiyi üsyankar-avanqard ruhlu “Nalə” filmi də var ki, prodüseri məşhur Dino do Laurentis idi.

“Uçan boşqab” filmi isə fantastik kinoya parodiya idi. Lakin bu filmdən sonra Brassın dəst-xətti yarandı. Bu qadın sinəsinin və budlarının iri planda təsviri idi.

Brassı Vittorio de Sika, Lukino Viskonti kimi rejissorlarla bir sıraya qoymaq olmaz, lakin onun filmlərindəki çılpaq bədənlər gözəl İtaliya mənzərələrini kölgədə qoymur.

Real hadisələrin və qroteskin yer aldığı “Kittinin salonu” filmi Brassa Avropada şöhrət gətirdi və ABŞ-da puritan publikanı məyus etməmək üçün xüsusi hissələri kəsilməklə göstərildi. Brassın filmlərində yüngül porno kadrlar olsa belə onlarda vulqarlıq yoxdur.

“Vulqar pornofilmlər”dən Brassı keyfiyyətli İtaliya yumoru ayırır. “Güdükçü” filmindəki ər və arvad hər yerdə rastlaşdıqları mərakeşlilər haqda mübahisə edirlər, fahişəxananın sahibəsi qəhrəmana hər müştəri ilə orqazm hiss etməmək üçün məsləhət verir: “Nəsə kədərli bir şey haqda düşün. Ya da böyük insanlar haqda. Qaribaldi (Cüzeppe Qaribaldi – İtaliya milli qəhrəmanı) haqda məsələn”. Bu sonuncu fikir “Kuyer” filminin qəhrəmanına deyilən ifadə ilə bir-birinə nə qədər oxşardır: “Palto geyin və nəsə böyük, möhtəşəm bir şey haqda düşün”.

Böyük demişkən, Brassın filmləri içində yalnız “Kaliqula”nı böyük saymaq olar. Bu filmi Brass “Kittinin salonu”nu çəkdikdən sonra, İtaliyanın “penthaus” jurnalının yaradıcısı Quççioninin puluna çəkib.

Bu Brassın dünya çaplı ulduzları çəkdiyi ilk və sonuncu filmi oldu; “Kaliqula”da Piter Otul, Malkolm Makdauel kimi görkəmli aktyorlar baş rolda oynadılar. Çılpaq bədənlərin təsvir olunduğu səhnələr çox olsa da bu film kimdəsə erotik fantaziya oyada bilməz, əksinə, ikrah yaradır. Və Makdauelin ekranda ustaca obrazını yaratdığı Roma imperatoru Kaliqulanın dünyası məhz belə hiss oyatmalıdır.

“Əgər siz ciddi siyasi filmə baxmaq istəyirsinizsə, “Kaliqula”ya baxın”, bu filmi kino mütəxəssisləri yüksək qiymətləndirir. “Kaliqula” tamahkarlıq, səhvlər, korrupsiya haqda dəhşət filmidir” – deyə amerikalı yazıçı Xanter Tompson yazırdı.

Brass özü bunu hədəflədiyini gizləmir: “Mən anarxist deyiləm, amma hər hansı hakimiyyətə - istər dini, istər siyasi və ya başqa biri - nifrət edirəm”.

Hakimiyyətin təbiətinin olduqca çılpaq təsvir olunduğu “Kaliqula”nın uğurundan sonra rejissorun erotik “Penthaus” jurnalının təsisçisi Quçionni ilə konflikti yarandı. Brass amerikalı maqnatı filminə sərt seks səhnələrini əlavə etməkdə suçladı. Bu səhnələrə amerikalı dramaturq, əsəri əsasında “Kaliqula”nın ssenarisi yazılan Qor Vidal da etiraz etmişdi. Konflikt Brassı getməyə vadar etdi, filmi artıq başqa rejissor tamamladı. 2010-cu ildə Brass yenidən bu ideyaya qayıtdı və hətta “amerikalıların məhv etdiyi” filmi 3D variantda çəkməyə hazırlaşdı. Lakin heç cür bu layihəni gerçəkləşdirə bilmir.

Yəni, “Kaliqula”nın uğuru bir daha təkrarlanmır.

O, adət etdiyi Brass erotikasına qayıtdı. “Qanunları pozaraq” erotik filmini və “Ah qadınlar” kimi komediyasını çəkir. Bu gün Brass aktiv çəkilişlərdən uzaqlaşıb, sonuncu filmini o, 2008-ci ildə çəkib.

Kino tənqdiçisinin “İş prosesində hansı hissləri keçirir?” sualına: “Daimi ereksiyada olyram, çəkilişlər isə iki ay çəkir”, - cavabını verir.

Kino tənqidçisi erotoman rejissoru həyatsevər biri kimi xatırlayır:

“O, çox həyatsevər insan təsiri bağışlayırdı. Festivalda “seksual terrorizm”lə fərqlənirdi: Ondan avtoqraf istəyən qızların arxasına zarafatla şillə vururdu...”

Əlbəttə, bu gün belə davranış anlayışla qarşılanmaz. Lakin bu günün qəddar və internet pornosunun üstünlüyü fonunda Brassın erotik filmləri xeyirxah məramlı nağılvarı bayram kimi xatırlanır. /Gazeta.ru/

# 9268 dəfə oxunub

Oxşar xəbərlər

Kinetik incəsənətin canlı ideya platforması - Naum Qabonun heykəllərinin sirri

Kinetik incəsənətin canlı ideya platforması - Naum Qabonun heykəllərinin sirri

17:10 5 avqust 2026
"Musiqi insan ruhunu yer aləmindən göylərə yüksəldir" - Tanınmış bəstəkardan aforizmlər

"Musiqi insan ruhunu yer aləmindən göylərə yüksəldir" - Tanınmış bəstəkardan aforizmlər

15:20 5 avqust 2026
Ukrayna və Rusiyanın bölüşə bilmədiyi rəssam  - İlya Repinin 3 məşhur əsəri

Ukrayna və Rusiyanın bölüşə bilmədiyi rəssam - İlya Repinin 3 məşhur əsəri

14:40 5 avqust 2026
Sənayeyə qurban verilən təbiət - Dəmiryolu reklamı üçün çəkilən əsərin pərdəarxası

Sənayeyə qurban verilən təbiət - Dəmiryolu reklamı üçün çəkilən əsərin pərdəarxası

17:38 3 avqust 2026
Cahit Berkay kimdir? - Ən yaxşı 5 film musiqisi

Cahit Berkay kimdir? - Ən yaxşı 5 film musiqisi

13:00 3 avqust 2026
İnsan  torpağın sahibidir, yoxsa təbiətin müvəqqəti qonağı? - Bir tablonun fəlsəfəsi

İnsan torpağın sahibidir, yoxsa təbiətin müvəqqəti qonağı? - Bir tablonun fəlsəfəsi

13:30 2 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər