O qız Youtube-dan nə istəyirdi? – Bir intiharın gizlinləri

O qız Youtube-dan nə istəyirdi? – <span style="color:red;">Bir intiharın gizlinləri
5 aprel 2018
# 12:07

Dünyanın ən məşhur onlayn video platforması Youtube-un ABŞ-dakı mərkəzinə silahlı hücum edib daha sonra özünü öldürən azərbaycanlı Nasim Aghdam qaranlıq pərdəni aralayıb başqa bir məsələyə diqqət çəkir.

1 milyarda yaxın istifadəçisi olan Youtube Google-un 110 milyard dollardan çox gəlirində də xüsusi bir paya sahibdir. Dünyanın üçdə birinin istifadə etdiyi Youtube 2017-ci ildən Googledən gələn gəliri də mənimsəyir.

Google-un bu onlayn video-izləmə platforması sadəcə reklam verənlərin deyil, eyni zamanda bu platformaya video yükləyən istifadəçilərin də gəlir mənbəyidir.

Bu iş sizə bəsit görünə bilər. Deyə bilərsiniz ki, bir pişik videosu çək, Youtube-a yüklə və pul qazan. Əslində isə bu platforma üzərindən pul qazanmaq üçün Google və Youtube-un tez-tez dəyişən axtarış nəticələrini, təqdim olunan videoları necə göstərdiyini müəyyən edən alqoritmaları analiz etmək lazımdır.

100 min dəfə izlənən bir videonun bu videonu yükləyənə qazandıracağı məbləğ Youtube şərtlərində 100-dən çox kriteriyaya görə dəyişir. Üstəlik Youtube üzərindən qazanılacaq gəlir kanalın yerləşdiyi ölkə və yayım dilinə görə dəyişir. Məsələn, ABŞ-da 1000 baxışa gələn gəlir 5-6 dollar civarındadırsa, Türkiyədə bu məbləğ 1 dollar edəcək. Şərtlər belə olduğuna görə bir çox Youtuber xəyal qırıqlığı yaşayır.

Bu dramanın da ən son nüminəsi Nasim Aghdamdır. O, “300 min baxışıma 0.10 dollar?” sözləri ilə Youtube-nin yayım siyasətini tənqid etmişdi.

Image result for nasim aghdam

Nasim Aghdam “kanalındakı videoların filtirlənməsi” və populyarlığının azalması səbəbi ilə Youtube-u günahkar çıxarıb silahlı hücum təşkil etmişdi. Üç adamın yaralandığı terror aktında səbəbkarın intihar etdiyi ortaya çıxdı.

Özəl mərkəzə daxil olarkan Nasim Aghdam şal və eynək taxmışdı. Onun terror zamanı hər hansı bir kimlikdə olmadığı ortaya çıxmışdı. Eyni zamanda Nasim Aghdamın Youtube-dakı hansısa şəxslə birbaşa bağlantısı olmaması da yayılan xəbərlər arasındaydı.

Terror aktından sonra Nasim Aghdamın Youtube-dakı videoları silindi. Azərbaycan kökənli İran vətəndaşı Nasim Youtube-da ingiliscə, farsca və türkcə heyvan haqları, veganlar haqqında videolar paylaşırdı. Videoları sırasında musiqilər yer alan Nasimin Tarkan pərəstişkarı olduğu da ortaya çıxdı.

Nasim Aghdam veb-saytlarındakı videolarda Youtube-un reklam siyasətini tənqid edir. Mindən az abunəsi olan kanallardan reklam ödənilməsinin aradan qaldırılması Nasim Agdhamın qəzəbinə tuş gəlib. Özü bu haqda bunları yazıb:

“Diqqət! Diktatorlar hər yerdə var. Özü də fərqli simada. Onlar sadə adamlardan istifadə edirlər. Onları aldadırlar. Sadəcə pul qazanmağı düşünürlər və bu məqsədə xidmət edirlər. Azadlıq adına insanları robota döndərirlər”.

Terrordan sonra Youtube-un baş icraçı direktoru Susan Voycicki bunları söyləyib:

“Silahlı bir terroristin Youtube-a gəlməsinin nə qədər qorxunc olduğunu ifadə edəcək söz tapa bilmirəm”.

Bu arada Nasim Aghdamın atası İsmail Aghdam Amerika mediasına açıqlama verib. Onun sözlərinə görə, qızı Youtube-nun ona pul ödəmədiyi üçün qəzəblənib. Daha sonra isə qız yoxa çıxıb və iki gün ondan xəbər gəlməyib.

Atası qızının Youtube-a silahlı hücum edəcəyini polisə bildirdiyini də açıqlayıb. Polisin silahlı hücumdan saatlar əvvəl, gecə saat 2-də maşınında yuxulayan Nasim Aghdamı xəbərdar etdiyi də hadisənin ən maraqlı detallarından biri olub. /haberturk.com/

# 2216 dəfə oxunub

Oxşar xəbərlər

Stiven Kinqin qorxu hekayəsinə mini serial çəkilir

Stiven Kinqin qorxu hekayəsinə mini serial çəkilir

14:35 29 avqust 2026
Azərbaycanın ilk Xalq artisti - "Tarın Qurbanı"nı kim Bakıya dəvət etmişdi?

Azərbaycanın ilk Xalq artisti - "Tarın Qurbanı"nı kim Bakıya dəvət etmişdi?

13:30 29 avqust 2026
"İnsanların əməlləri fikirlərinin ən yaxşı tərcüməçisidir..." - Con Lokkdan aforizmlər

"İnsanların əməlləri fikirlərinin ən yaxşı tərcüməçisidir..." - Con Lokkdan aforizmlər

13:00 29 avqust 2026
Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olundu

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olundu

11:20 29 avqust 2026
Selin Dion  Paris səhnəsinə qayıdır - 9 ildən sonra

Selin Dion Paris səhnəsinə qayıdır - 9 ildən sonra

10:50 29 avqust 2026
Bayö qobeleni Britaniya Muzeyində nümayiş etdiriləcək

Bayö qobeleni Britaniya Muzeyində nümayiş etdiriləcək

18:10 28 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər