news-inner
clock13:32 calendar-gray 03 Aprel 2018 view-gray207 dəfə oxunub
view-gray207 dəfə oxunub

Teoman: “Sevgilimlə öpüşməyə utanıram” – FOTOLAR

Xəbər verdiyimiz kimi, Türkiyənin ünlü rok ulduzu Teomanın “Faso Fiso” adlı kitabı çapa hazırlanır. Müğənninin danışdıqlarını toplayan və onun arxivi ilə işləyən jurnalist Ece Ulusuman kitabdan maraqlı hissələri və fotoları təqdim edib. Kulis.az haberturk.com saytına istinadən onların bəzilərini diqqətinizə çatdırır.

Əli Kırca kimi

Teoman musiqidən ayrılandan sonra anası Şaziment xanım mətbuat üçün belə söyləmişdi: “Əli Kırcanı çox sevdiyim üçün Teomanın onun kimi teleaparıcı olmasını istəyirdim, səsi də gözəldir oğlumun. Hələ də gec deyil. Xəbər aparıcısı olmasını istərdim. Bu, məni dünyanın ən xoşbəxt qadını edərdi. Təhsilli və mədənidir oğlum. Onda hər qabiliyyət var.”

Teomanın atasına yazdığı məktubdan

“Adımı qoyanda xeyli əziyyət çəkmisən. Türk Dil Qurumuna gedib günlərlə ad axtarmısan. Adım öncə Alper imiş. Yaş kağızını alanda Teomanı çox bəyəndiyin üçün dəyişmisən. Admı çox sevməyimə səbəb budur…

Yatılı okuldan çıxdığın şənbə günləri Cerrahpaşada yatan Yahya Kamal Bayatlını ziyarət etməyini, Aşıq Veysəllə tanış olmaq üçün Giresundan Sivasa getməyini sonralar öyrəndim. Eynən sənə oxmaşımaş. Amma çox hirsləndim sənə və Tanrıya balaca ikən. “Niyə mən?” deyə sordum ona. Sənə və ona qırğınlığım çoxdan keçdi zatən.

Mənə ətrafdakılar “Atan yaşasa daha yaxşı olacaqdı” deyirlər. Yaşadığım travmanı böyüdən bu oldu. Atam yaşasaydı bugünkü Teoman olmazdım. Mahnı yazmazdım, amma daha xoşbəxt yaşayardım”

Mənimlə həyat çətindir

Evlilik mənə görə deyil. Hətta düzənli bir münasibət qura bilməyəcək qədər dağınıq adamam. Deyəsən, yalqız qaldım. İnşallah qızım üçün yaxşı olar hər şey. Mən də yaxşı bir ata olaram. Amma uzun zamandır ağlımda yazmaq istədiyim bir mahnı var: “Qızım, mənim kimi olma!”

Anamı narahat edən çox şey etdim. Çox xəyalpərəst, söz dinləməz, burnunun dikinə gedən biri idim. Qızım məni üzməsin istəyirəm.

Atalarımız, yoxsa Elvis Presli

Bir dostum vardı, ikimizin də atası ölmüşdü. Mənə “Teoman, atalarımız təkrar dünyaya gəlsin, yoxsa Elvis?” deyərdi. Düşünürdük. Əcəba, atalarımızmı, Elvismi? Elvislə bağlı pis bir şey eşitməyə də dözə bilməzdik.

Taburetkatya oturub mahnı söyləyərəm hər halda

Teoman 31 yaşında: “Aerosmith” kimi olmaq yaxşı deyil. Çünki cavanları təqlid edirlər. Amma Bob Dilan kimi olmaq yaxşıdır. Mik Cagger kimi atılıb-düşmək gəlir içimdən. Onlara bənzəmək istəyirəm. Amma indi bu yaşda belə onların enerjisinə sahib olmadığım üçün 45 yaşda bir taburetkaya oturub mahnı oxuyaram hər halda.”

Teoman 45 yaşında: “Əvvəllər roman yazmağı xəyal edərdim. İndi həftədə üç gün idmana getmək xəyalı qururam. Demək, bu mənə daha önəmli gəlir. Ya da daha real... Yaşım irəlilədi. Anama xeyirli övlad, qızıma yaxşı ata olum, gerisi fasa fiso. Qarşımda yaxşı halda 20-30 il var. Sıxılmadan yaşayaram inşallah.”

Həmişə şeytana uydum

İlki sevgilimlə əvvəllər çox gözəl öpüşürdük. Disko-barlarda “Careless Vhisper” çalınardı. O tans edər, öpüşürdük. Amma artıq utanıram. Yoxsa istəmərəmmi? Böyük adamlar olduq. Artıq öz yazdığım mahnılardan belə təsirlənirəm.

Mən həmişə şeytana uydum. İllərlə o qədər şeylər yaşadım ki! Kiminə aldatdığımı söylədim, kiminə söyləmədim. Hansı daha doğrudur, bilmirəm. Söyləməyəndə vicdan əzabı çəkirsən, amma başın ağrımır. Fəqət həqiqi iç rahatlığını etiraf edəndə yaşayıram.

Münasibətlərdə başım həmişə dərddə olur. Həm çox üzülürəm, həm çox üzürəm; həm vicdan əzabı çəkirəm, həm də heç vecimə almıram.

Adyal altında sürəkli serial izləyən cütlüklərdən deyiləm. Yalqızlığa ehtiyacım var. Həyatımda bir çox qadın var zatən. Anam, menecerim, yaxın dostlarım - ki, çoxu qadındır… Xalam, qızım, yetər mənə.

Deyəsən, çox məşhur oldum

Məşhur olmaq üçün çox çalışdım, ona görə bir az çox məşhur oldum. Varmaq istədiyim nöqtə bundan çox aşağılardadır. Ona görə, özümü özümə sübut etməyə çalışmıram. İllər boyu özümü bəyənməyə çalışdım. Artıq bu duyğu yoxdur məndə. İndi məşhur olacaq nəyim var ki? Zatən hamı məni tanıyır. Hətta biri məni tanımayanda xoşuma gəlir. Bir taksi sürücüsü “Abi nə işə baxırsan?” deyəndə “Abi, sağ ol bə” demək gəlir içimdən.

Havalı bir başdaşım olsun

Öz dəfnimin xəyalını qururam. Asiyalı kimi gömülmək istəyirəm. Özümü müsəlman olaraq tanıtmasam da, gözəl bir dini atin istəyirəm. Gözəl, böyük bir məscid və gözəl-gözəl qızlar olsun ətrafımda. Nə yazılacağını bilmirəm, amma havalı bir başdaşım olsun. Xoş bir şey olsun. O qədər də rokn-roll olmasın. Daha mənalı bir şey olsun. Üstünə mahnı sözlərimdən biri yazıla bilər.

Sünnət qiyafəti

Sünnət qiyafəmdə şahzadəyəm. ...Anam seçib bunu. Sünnətdən sonra zəngin oluram. İki qol saatım, 70 min lirəm vardı. Anam pulu mənə vermədi amma. “Onunla evə pərdə alacağıq” dedi. Yenə yoxsuldum…

Konsert

Konsertə çıxmasam mutsuz oluram. Pulunu verməsələr belə konsertə getmək istəyərdim. Səhnəyə ehtiyacım var. O mahnıları oxuyanda bir sürü şeylər özümdən asılı olmadan bir-birinə bağlanır. (2002-də belə deyirdi. 2011-də musiqini atdı. 4 il sonra yenidən qayıtdı)

Pağamparça


O sözləri ingilislər kimi tələffüz edir – deyirlər mənim haqqımda. Elə deyil. Uşaqlıqdan “r” hərfini bu cür deyirəm. Buna da şükür etsinlər. Yoxsa Bəyaz (Şoumen – red.) kimi danışa bilərdim: “Pağampağça” deyərdim.

news-inner-user

13234 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Xalq yazıçısının kitabları təqdim olunacaq
15:30 20 Noyabr 2019
Uşaqlarını həyat yoldaşından zorla alan aktyor - Maraqlı Faktlar
14:51 20 Noyabr 2019
Nəsiminin qəzəllər toplusu Ukraynada
14:10 20 Noyabr 2019
Pantomima teatrı dekabrda - Afişa
13:30 20 Noyabr 2019
Dostoyevskinin hekayəsi: Timsah – Dilimizdə ilk dəfə
12:25 20 Noyabr 2019
Rəsm əsərinin nüsxəsi 600 min dollara satıldı
12:07 20 Noyabr 2019
Rejissorumuz Moskvada “İlin adamı” seçildi
11:51 20 Noyabr 2019
Adam da bu qədər qız sevərmi? - Ayxan Ayvazın əsgər dostuna məktubu
11:20 20 Noyabr 2019
Gənc şair Aqşin Yeniseyə şeir yazdı
10:38 20 Noyabr 2019
Şəhriyardan Fərqanə Qasımova və Sevda Ələkbərzadəyə sərt sözlər: “Yazıqsınız”
09:56 20 Noyabr 2019
“YARAT”da 18+ tamaşa
09:36 20 Noyabr 2019
Mirzə Cəlilə heykəl yox, büt qoymaq istəyirlər - Yazıçılardan qalmaqallı açıqlama
09:00 20 Noyabr 2019
Narkotika yerinə kəklikotu
05:00 20 Noyabr 2019
Bəlkə səndən əvvəl öldüm: Zərdüşt Şəfi ilə son görüş
21:01 19 Noyabr 2019
“Babəkin heykəli Qafqazda ən hündür heykəllərdən biri olacaq”
19:00 19 Noyabr 2019
Yağışda gələn qız – Rasim Qaracadan hekayə
17:43 19 Noyabr 2019
Türkiyədə Əhməd Ağaoğlu haqda sənədli film çəkilib - Video
17:24 19 Noyabr 2019
Nazir direktoru təltif etdi
17:10 19 Noyabr 2019
Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyüldü
16:35 19 Noyabr 2019
Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək
16:10 19 Noyabr 2019