news-inner
clock17:22 calendar-gray 30 Mart 2018 view-gray134 dəfə oxunub
view-gray134 dəfə oxunub

İctimai nəqliyyatda qadınlara yer verəkmi? – SORĞU

Metrolarda səslənən “Əlillərə, uşaqlara, uşaqlı qadınlara yer vermək” kimi ictimai qaydalardan başqa kişilərin qadınlara yer verməsi kimi yazılmayan qaydalar da var. Bu centlmenlikdirmi, qadınlara hörmətdirmi, ya məntiqsiz hərəkətdirmi?

Kulis.az ictimai nəqliyyatda kişilərin qadınlara yer verməsi ənənəsi haqda fikirləri təqdim edir:

Sevda Sultanova (kinoşünas):

“Bir qayda olaraq ictimai nəqliyyatda oturan kişilər tərəfdə dayanmıram. Mənə yer verəndə narahat oluram. Onsuz da insanların problemləri çoxdur, maddi, psixoloji olaraq çox yükləniblər. Bir tərəfdən də belə gərəksiz kaprizlərlə ətrafdakıları yükləmək etik deyil. Mən hamilə və çox yaşlı adam istisna olmaqla yer vermirəm kiməsə.

Qadına və ya özündən yaşlı adama yer verib verməməyin isə milli-mənəvi dəyərlərlə əlaqəsi yoxdur. Bu absurdluğu kim düşünüb bilmirəm.”

Sənubər Heydərova (sosioloq):

“Köhnə dünyanın ənənələrinə görə qadın zəif varlıqdı, onu qorumaq lazımdı, qayğısını, nazını çəkmək adəti bəzən balaca uşaqları əzizləmək həddinə çatırdı. Sonra feminizm ideyaları daha çox əraziyə yayıldı, amma postsovet ölkələrinə bu ideyalar gəlsə də kapitalizm sistemi olmadığı üçün elə nəzəriyyə kimi də qaldı. Baxmayaraq ki, Sovet dövründə qadınlar da kişilər kimi fabrikdə, maşınqayırma sahəsində, kolxozlarda işləyirdilər. Bu, daha çox dövlət siyasəti rolunu daşıdığı üçün görüntü səviyyəsində qalırdı, qadınlar evə qayıdan kimi bu obrazı iş paltarı kimi çıxarıb əsl ev xanımlıqlarına geri dönə bilirdilər. Əsl kapitalizm gələndə artıq qadın məcbur müəllimə, həkim, ideal qadın və vətəndaş obrazından çıxıb iş qadını, ağır əmək sərf edən insana çevrildi, bununla da o qoruyucu rol kişilərdən həmişəlik alındı. Bundan sonra artıq heç vaxt əvvəlki funksiya və rollar bərpa olunmayacaq. Avtobusda yer vermək məsələsi həmən köhnə dəyərlər sistemindən qalan simvolik yadigardı. Çox az ömrü qalıb. Gələcək nəsillər bu adəti tarix kimi eşidəcəklər. İndiki münasibətlər sistemində belə həssas davranışlara yer yoxdur, çətinliklə də olsa yaşlı nəsil də bunu qəbul etməkdədir.”

Rəbiqə Nazimqızı (şair):

“Yaxşı ənənədir. Amma kimsə bunu gözləmirsə, zorla məcbur eləmək olmaz ki...”

Sevinc Elsevər (şair):

“Məncə qadınlar da, kişilər də bərabərhüquqludu ictimai nəqliyyatda. Amma elə hallar var ki, o hallarda insanlar bir-birinə güzəşt getməlidir. İnsanlıq və centlmenlik naminə. Günümüzdə cinsi ayrı-seçkiliyin aradan qaldırılmasını arzulayırıq, bəli. Amma təəssüf ki, fiziki baxımdan qadınlar bəzən həqiqətən diqqət və qayğıya ehtiyac hiss edirlər. Məsələn, hamilə bir qadınla sağlam bir kişini müqayisə edəndə, avtobusda qadının ayaq üstə, kişinin oturaraq getməsi heç düzgün olmazdı. Bu mövzuda şeir belə yazmışdım. Deməli, qadın düşünür ki, hələ qarnım çox balacadı deyə, kişi mənə yer vermədi. Oturan kişi isə düşünür ki, düşəndə görəcək oturacağın altından qoltuqağacımı çıxardığımı. Belə maraqlı situasiyanın təsviridi. Şeirdəki obrazlar bir-birini ittiham eləmir, bir-birini təhqir eləmir. Məlum videodan sonra bu sorğunu götürmək qərarına gəldiyiniz dəqiqdir. Həmin videoda cavan oğlanın davranışları heç ürəkaçan deyildi. Bizim cəmiyyətdə kişilərə qarşı seksist yanaşma da var. Ola bilsin o qadın taciz olunduğunu düşünərək oğlana qarşı aqressiv davranıb. Bu cür taciz olayları isə avtobuslarda hər gün baş verir. Mən də tez-tez qarşılaşmışam. Bu, çox təhqiredicidir. Bir dəfə mən 25-30 yaşlı gənc oğlanın 50-55 yaşlarında yaşlı qadına qarşı seksual hərəkətlər elədiyini gözümlə gördüm. Qadın hirsindən boğulurdu, oğlana da söz deməyə utanırdı ki, başqaları biləcək. Təsəvvür elə, həmin gənc qadından ayrılıb mənə yaxınlaşanda özümdən asılı olmayaraq bağırmağa başladım. Və burda basabasdı, hara soxulursan deyə kəlmələr işlətməyə başladım. Adamların içində bayaq o yaşlı qadını taciz edirdin, indi də mənim üçün gəlirsən deyə bilməzdim. Məndən ötdü, qardaşıma dəydi kimiydi vəziyyət. Məni aqressiv görüb başqa qadını qucaqladı. Həmin bayaqkı yaşlı qadın əyilib qulağıma dedi ki, qızım, bu əclafı anası avtobuslarda qazanıb. Sonra qarğış eləməyə başladı. Bilirsiz, qadınlar bu vəziyyətlə o qədər üzləşiblər ki, necə mübarizə aparmalı olduqlarını da bilmirlər. Bəzən yanındakı boş oturacağa bir kişi minir. Fərqi yoxdu o cavandı, ya qoca. Səni gah ayağı ilə sıxır, gah dirsəyi ilə. Sən bilmirsən nə deyəsən. Bu durumda qorxursan haqsızlıq edəsən. Çox vaxt fikirləşirəm ki, desəm mənə toxunma, seksist yanaşmış olacam. Amma baxırsan o sənə toxunmağa məcbur deyil. Bunu bilərəkdən edir, qəsdlə edir və sən səsini çıxartmadıqca daha da sırtıqlaşır. Məcbur olub səsini çıxaranda da olursan həyasız, ləçər qadın. Bu cür vəziyyətlər o qədər çox olub və olur ki, qadınlarımız çaş-baş qalır. Ola bilsin bəzən önyarğılı davranmaları da bu üzdən olur.”

Nəsimi Nəbizadə (teleaparıcı):

“Gözəl ənənədir. Ən əsası bizim ənənəmizdir, özümüzünküdür... Məncə, kim özünə uyğun bilirsə, davam etdirsin. Yəni qətiyyən borc, ya da öhdəlik deyil, məhz ənənədir. Qadına hörmət əlamətidir. 8 Martda etirazlar olur ki, niyə qadına ildə bir dəfə gül alınmalıdır? Gündə gül olmur, amma bu cür hörmət bildirilir. İctimai nəqliyyata minəndə hansısa qadına gül alıb verəsi deyilsən ki? Yer verirsən və ona bir növ hörmət bildirirsən...”

Taleh Yüzbəyov (aktyor):

“Hər kəs özü bilər. Amma mən yer verirəm qadınlara”

news-inner-user
Aliyə

995 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Bunları etsəniz milyon qazanacaqsınız - Məsləhətlər
21:00 13 Noyabr 2019
Məhşur rejissor yeni filmə başladı
19:00 13 Noyabr 2019
Qarabağda tək arvadlı kişini necə ələ saldılar? - Yeni hekayə
18:25 13 Noyabr 2019
Biz bu yazıçını niyə oxumalıyıq? - Etimad Başkeçid yazır...
17:42 13 Noyabr 2019
Cizgi filmlərimiz Polşada nümayiş olunub
17:00 13 Noyabr 2019
Həmyerlimiz sabiq prezident haqqında film çəkdi
16:22 13 Noyabr 2019
Vısotski ilə dostluq edən, Nəzakət Məmmədovanı sevən, adam döyməyə görə həbs olunan şair
15:37 13 Noyabr 2019
Bakıda fotosərgi açılıb
14:45 13 Noyabr 2019
“Oğlum bilir ki, anası əxlaqsız olmayıb” – Fədayə Laçın
14:00 13 Noyabr 2019
Xalq rəssamı: "Vəzifəlilərlə dostluq edə bilmirəm" - Müsahibə
13:20 13 Noyabr 2019
Mirzə Cəlilin qohumları Azərbaycana gəlir - İlk dəfə
12:47 13 Noyabr 2019
Mən indi heç kiminəm, de görüm, sən kiminsən?... - Elnaz Eyvazdan Şeirlər
12:05 13 Noyabr 2019
Hekayə müsabiqəsinin qalibləri elan olunacaq
11:33 13 Noyabr 2019
Feministlər kinoteatrı dağıtdılar
11:12 13 Noyabr 2019
Tanınmış aparıcı aktrisa anasını belə təbrik etdi - Fotolar
10:50 13 Noyabr 2019
Bakıda İtaliya Mətbəxi Həftəsi keçiriləcək
10:00 13 Noyabr 2019
İngiltərədə yaşayan azərbaycanlı şair: “Gizli təşkilat yaratmışdıq” - Müsahibə
08:55 13 Noyabr 2019
Gənc yazar Toppuşbacı ilə veriliş aparacaq
01:11 13 Noyabr 2019
"Ustad" dərgisinin 31-ci sayı nəşr olundu
20:11 12 Noyabr 2019
Bakıda müasir incəsənət biennalesi keçiriləcək
19:28 12 Noyabr 2019