news-inner
clock09:00 calendar-gray 31 Mart 2018 view-gray169 dəfə oxunub
view-gray169 dəfə oxunub

Kann festivalında qalib olan iki film – “Buraxılış” və “Şəxsi alıcı”

Kulis.az “Əsl kino” layihəsində rumın rejissoru Kristian Mundciunun “Buraxılış” və fransız rejissoru Olivye Assayasın “Şəxsi alıcı” filmlərini təqdim edir. Hər iki film 2016-cı ildə Kann festivalında iştirak edib. Və rejissorların hər ikisi “Ən yaxşı rejissor” mükafatını bölüşüb.

“Yeni rumın dalğa”sının yaradıcılarından biri Kristian Mundciu “4 ay, 3 həftə, 2 gün” (2007) filminə görə Kannda Qızıl palma budağını alan ilk rumın rejissorudur.

“Buraxılış” Rumıniya, Belçika və Fransanın birgə istehsalıdır.

Süjet: Əhvalat Rumıniyanın kiçik şəhərlərindən birində yaşayan sıradan bir ailədən bəhs edir. Həkim Romeonun (Adrian Titenyi) arvadı ilə münasibətləri çoxdan bitsə də, qızı Elizaya (Mariya-Viktoriya Draqus) görə bir yerdə yaşayırlar.

Eliza buraxılış imtahanına hazırlaşır. Onun İngiltərədə təhsil alması, təqaüd qazanması üçün şansları böyükdür. İmtahan ərəfəsində yeniyetmə qız naməlum adamın hücumuna məruz qalır, onu zorlamağa cəhd edirlər. Eliza bu olaydan ciddi psixi travma alır. Və artıq onun buraxılış imtahanında uğur qazanması şübhə doğurur. Atası Romeo isə cidd-cəhdlə qızının imtahanı uğurla verməsi üçün dəridən-qabıqdan çıxır, direktora ağız açır, ona digər şagirdlərdən fərqli olaraq daha geniş imkanlar yaradılmasını rica edir...

Atanın bir arzusu var, nə olursa-olsun qızı bu monoton, gələcəyi olmayan şəhərdən getməli və özünə Qərbi Avropada yaxşı həyat qurmalıdır.

Bir tərəfdən də Romeonun gənc sevgilisi ilə problemləri var. Eliza atasının eşq macərasını öyrənəndə onu bağışlamır. O, həm də atasının onun həyatını müdaxiləsinə, onu özünün istədiyi kimi qurmasına etiraz edir...

Filmdə rejissorun toxunduğu bir çox problemlər bizim üçün yad deyil. Rumıniya da keçmiş sosialist ölkəsidir, sosializm quruluşundan qalma fəsadlar ölkənin inkişafına mane olur.

Romeo arvadıyla 1991-ci ildə, mühacirətdən ölkəyə yeni quruluş, cəmiyyət qurmaq arzusuyla qayıdır. Ancaq onlar mümkün olan hər şeyi edə bilmirlər və mövcud sistemlə barışırlar. Ciddi problemlər hələ qalmaqdadır: institutional qüsurlar, fürsətlərin olmaması, dövlətə güvənsizlik və s.

Bu səbəbdən, qızına daha yaxşı gələcək arzulayan ata Elizanın ölkədən getməsində israrlıdır.

Rejissorun ustalığı ondadır ki, adi bir məişət hadisəsi, ailə münasibətləri çərçivəsində çox böyük problemlərə işıq tutur, üstəlik onları vahid süjet xəttinin ətrafında ardıcıllıqla düzür: rüşvət, prokurorluqda, polis orqanlarındakı nöqsanlar, işsizlik, gələcəyə ümidsizlik, nəsillər arasında mübarizə...

Müəllifin qabartdığı başqa bir sorun isə vaxtilə ölkənin demokratikləşməsi uğrunda mübarizə aparan atanın öz qızına despot kimi davranması, onun əvəzində qərarlar verməsi, qeyri-qanuni yolla onun imtahanda yaxşı nəticə almasına çalışmasıdır. Sonda despotizmə dözməyən qız atasına qarşı üsyan qaldırır...

“Buraxılış” müasir rumın cəmiyyətinə diaqnozdur.

***

Olivye Assayasın “Şəxsi alıcı” psixoloji trilleri Fransa istehsalıdır.

Süjet: Əhvalat Parisdə baş verir. Morin adlı gənc amerikalı qadın (Kristen Stüart) məşhur model Kiranın (Nora Valdşteyn) şəxsi alıcısıdır. O, Kiradan aldığı sifarişlər əsasında brend dükanlardan, həmçinin başqa Avropa ölkələrindən onun üçün akssesuarlar, ayaqqabılar, donlar, alt paltarları və s. alır.

Morin özünə qapanıq biridir, təzəlikcə əkiz qardaşı ürək tutmasından vəfat edib. Hələ uşaq olanda əkizlər özlərində maddi dünyadan kənar aləmlə, ruhlar dünyası ilə kontakt qurmaq bacarığını kəşf etmiş və bir-birinə, kim tez öləcəksə, öləndən sonra özü haqda sağ qalana işarələr göndərməyə söz vermişlər.

Qardaşının vəfatından sonra Morin daim kiminsə yanında olduğunu hiss edir. Amma qardaşı ona aydın işarə vermir. Onda Morin qərara gəlir ki, özü qardaşıyla əlaqə qursun.

O, Londona Kira üçün növbəti alış-verişə gedəndə mobil telefonuna naməlum telefondan SMS gəlir. Naməlum adam Morinin hər addımı barədə xəbər tutduğunu deyir. Qadın ona SMS yazanın qardaşının ruhu olduğunu zənn edir...

Bu filmin üstünlüyü hər şeydən əvvəl ondadır ki, o, ruhlardan çəkilən bayağı dəhşət filmlərinin formatından uzaqdır. Müəllif bütün əhvalatı qışqırıb-bağıran yox, korrekt, təmkinli həyəcanla, gərginliklə yükləyir.

Qəhrəmanın psixoloji olaraq özünə yer tapa bilməməsi, böyük şəhərdə tənhalığı, ünsiyyətini daha çox mobil telefonla qurması, interyerlərdəki soyuqluq, qorxu aşılayan atmosfer, daim təhlükəli nəsə baş vermə hissi, alatoranlıq, ətrafdakı adamların fiziki varlıqdan çox, kölgə kimi dolaşması - müasir dünyanın mənzərəsidir.

Assayas müasir dünyada fərdin özgələşməsinə, ünsiyyət, böhranına - qotik üslubda (əsasən fövqəltəbii, mistik elementlərin, sirli hadisələrin yer aldığı bədii əsər) nəzər salır.

Ərindən gizli abort etdirən yazıçı arvadı – “Əsl kino”

Depressiyaya meylli adamlar bu filmə baxmasın -VİDEO

Sallaqxanada eşq macərası – “Əsl kino”

Üzü əməliyyatla dəyişən yəhudi müğənninin əri ilə oyunu

Ərinin sevgilisi ilə birlikdə yaşamağına razı olan məşhur telejurnalist

Bu il Oskar alan ilk transseksual qadının filmi – ƏSL KİNO

Bu film Kamyunun hekayəsi əsasında çəkilib

Çin rejiminə etiraz edən film -“O qız çinlidir”

news-inner-user
Sevda Sultanova

751 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Gənc yazar Toppuşbacı ilə veriliş aparacaq
01:11 13 Noyabr 2019
Bomj - Xalid Kazımlının hekayəsi
21:00 12 Noyabr 2019
"Ustad" dərgisinin 31-ci sayı nəşr olundu
20:11 12 Noyabr 2019
Bakıda müasir incəsənət biennalesi keçiriləcək
19:28 12 Noyabr 2019
Jerar Depardye Özbəkistanın səfiri təyin edilib
19:21 12 Noyabr 2019
Bakı Dövlət Sirki köçürüləcək
18:45 12 Noyabr 2019
Azərbaycanlılardan bəhs edən film Türkiyədə qətliam yaratdı
18:12 12 Noyabr 2019
Seymur Baycanın hekayəsi fransız dilində - Foto
17:40 12 Noyabr 2019
Kəramət Böyükçöl: "Deputat olmaq üçün küçədə kitab satıram" - Fotolar
17:03 12 Noyabr 2019
Ankarada azərbaycanlı yazarın kitabı təqdim edildi
16:15 12 Noyabr 2019
Müğənni Vəfa Şərifovanı aşağılamaq cəhdi – Sevda Sultanova “Günün yarısı” verilişindən yazır
15:41 12 Noyabr 2019
Azərbaycanlı kinotənqidçi "Leyla ile Mecnun"un rejissorunu danışdırdı - Video
15:20 12 Noyabr 2019
"Oskar"a namizədlər açıqlandı
15:00 12 Noyabr 2019
Zahid Sarıtorpaqdan yeni roman
14:30 12 Noyabr 2019
Mahsun Kırmızıgülün bu hərəkəti alqışlandı
14:02 12 Noyabr 2019
Təcavüzdə suçlanan müğənni istefa verdi
13:21 12 Noyabr 2019
Məşhur rejissorun yeni filmi təqdim edildi
12:50 12 Noyabr 2019
13 yaşlı məşhur aktrisa qəflətən öldü
12:20 12 Noyabr 2019
Azərbaycanlı yazarlar bu maraqlı aksiyaya qoşuldular - Fotolar
11:41 12 Noyabr 2019
Müslüm Maqomayevin həyat yoldaşı xəstəxanaya yerləşdirildi
11:14 12 Noyabr 2019