news-inner
clock22:56 calendar-gray 14 Mart 2018 view-gray120 dəfə oxunub
view-gray120 dəfə oxunub

V Beynəlxalq Muğam Festivalı başa çatıb

Martın 14-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalına yekun vurulub.Heydər Əliyev Fondu,Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının birgə dəstəyi ilə reallaşan və bir həftə davam edən festivala 15-dən çox ölkə qatılıb.

Heydər Əliyev Fondundan APA -ya verilən məlumata görə, festivalın bədii rəhbəri Xalq Artisti,UNESCO-nun “Sülh artisti”, Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə Azərbaycan muğamının tarixi keçmişindən və müasir inkişaf səviyyəsindən söz açaraq bu irsin qorunması və təbliğində festivalın müstəsna rol oynadığını söyləyib. Bildirib ki, “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı ölkəmizdə artıq ənənəyə çevrilmiş böyük musiqi tədbirlərinin növbəti uğurlu hadisəsidir. Festival çərçivəsində Azərbaycan Milli Konservatoriyasında instrumental və vokal bölmələri üzrə beynəlxalq muğam müsabiqəsinin təşkil edildiyi, müsabiqə iştirakçılarının Azərbaycan, Polşa, Türkiyə, İran və Tacikistandan olan tanınmış musiqi mədəniyyətinin görkəmli nümayəndələri tərəfindən qiymətləndirildiyi, konservatoriyada, həmçinin musiqi gecələrinin keçirildiyi diqqətə çatdırılıb.

Qeyd edilib ki, Beynəlxalq Muğam Mərkəzində keçirilən konsertlərdə “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-şiraz”, “Şüştər” və “Hümayun” muğamları istedadlı ifaçılar tərəfindən tamaşaçılara təqdim olunub. Festival günlərində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik, Dövlət Xalq Çalğı Alətləri, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrlərinin, eləcə də Azərbaycan Dövlət Rəqs Ansamblının, Dövlət Xor Kapellasının, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, “Cəngi” etno-caz qrupunun çıxışları da maraqla qarşılanıb.

Firəngiz Əlizadə deyib ki, bir həftə ərzində qonaqlar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Koroğlu” operasını, Qara Qarayevin “Yeddi gözəl” baletini, Müslüm Maqomayevin “Şah İsmayıl” operasını, Dövlət Musiqili Teatrında “O olmasın, bu olsun” musiqili komediyasını, Marionet Teatrında Üzeyir Hacıbəylinin eyniadlı əsəri əsasında “Leyli və Məcnun” marionet tamaşası izləmək imkanı qazanıblar. Xalq Artisti festival çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasında reallaşan “Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi simpoziumu da yüksək qiymətləndirib.

Sonra beynəlxalq muğam müsabiqəsinin qalibləri mükafatlandırılıb. Solo-muğam ifaçılığı üzrə azərbaycanlı xanəndə Elsevər Muradov və özbəkistanlı ifaçısı İlyos Arabov birinci yerə layiq görülüblər. Tacıkıstan təmsilçisi Sardor Soliyev və azərbaycanlı Pərviz Qasımov ikinci yeri tutublar. İnstrumental muğam ifaçılığı üzrə isə Azərbaycan musiqiçisi Nurlan Cəbizadə birinci, Aria Mohafez (İran) və Elnur Mikayılov (Azərbaycan) ikinci, Otajon Akramov və Azamat Ergaşev (Özbəkistan) üçüncü yerlərə layiq görülüblər.

Mədəniyyət və turizm naziriƏbülfəs Qarayev, festivalın bədii rəhbəri, Xalq Artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və beynəlxalq muğam müsabiqəsinin münsiflər heyətinin sədri, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Siyavuş Kərimi qaliblərə diplom və pul mükafatı təqdim ediblər. Müsabiqədə iştirak edən İsrail ifaçısı Noam Dayan, Misir təmsilçisi Omer Abdo və Azərbaycan musiqiçisi Arifə İmanovayaMədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi mükafatlar verilib.

Sonra bədii rəhbər və baş dirijor Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və muğam müsabiqəsinin qalibləri çıxış ediblər.

news-inner-user

14349 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Göydən yenən şeirlər – Şərif Ağayar yazır...
21:01 21 Fevral 2020
Bakıda yeni Ədəbiyyatşünaslıq Mərkəzi açılıb
19:30 21 Fevral 2020
Manaf Ağayev polisə çağırıldı
18:53 21 Fevral 2020
“Beş manatlıq gəlin”in premyerası olacaq
18:21 21 Fevral 2020
Kimdir güclü qadın? – Sevinc Elsevər yazır...
17:41 21 Fevral 2020
“Müfəttiş” nümayiş olunacaq
17:00 21 Fevral 2020
Tramp "Oskar" alan filmi tənqid etdi
16:21 21 Fevral 2020
Los-Ancelesdə Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
15:39 21 Fevral 2020
Ölümünə səbəb olduğu qızın qardaşına ərə getdi – Xalq artistindən maraqlı faktlar
14:58 21 Fevral 2020
Yaşar Bünyaddan yeni hekayələr kitabı
14:17 21 Fevral 2020
Xalq artistinin qardaşı vəfat edib
13:42 21 Fevral 2020
Alman musiqi qrupu azərbaycanlı yazıçı haqqında albom buraxıb - Video
13:06 21 Fevral 2020
Koronovirusun əlacını tapan qazaxlı - Qismət yazır...
12:30 21 Fevral 2020
Müslüm Maqomayevin həyatı serial oldu - Video
11:59 21 Fevral 2020
5 aya 250 kitab oxuyan uşağın sirri
11:29 21 Fevral 2020
Hüseyn Cavid Sibirə aparılanda ondan nə istəmişdi? - Abdulla Şaiqin evindən reportaj
10:57 21 Fevral 2020
Tanınmış aparıcıdan Manaf Ağayevlə bağlı sərt sözlər: "Dəlisiniz?"
10:29 21 Fevral 2020
Aşıq Alının kitabı təqdim olunacaq
10:20 21 Fevral 2020
Bu gün Rübabə Muradova anılacaq
09:57 21 Fevral 2020
O gecə şeytanla mazaqlaşdım - Bircənin romanı
09:00 21 Fevral 2020