Azərbaycanlı kino bəstəkarı qalib oldu

Azərbaycanlı kino bəstəkarı qalib oldu
13 mart 2018
# 15:14

Azərbaycanlı bəstəkar Azər Əsgərov kino bəstəkarlığı üzrə tədris proqramında ən yaxşı bəstəkar seçilib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bəstəkar 2018-ci ilin yanvarında Britaniyanın Ukraynadakı Şurası və Dovjenko Mərkəzinin həyata keçirdiyi Envision Sound kinobəstəkarlarının peşəkar inkişafı tədris proqramında iştirak edib və 13 iştirakçının arasından seçilib.

Proqramda Ukrayna, Polşa, Azərbaycan və Qazaxıstandan olan iştirakçılar Alla Zaqakeviç və Maykl Prays kimi təcrübəli kinobəstəkarların mentorluğu ilə həftə ərzində ukrayna səssiz kinoklassikası və gənc Ukrayna rejissorlarının kinolayihələri üzrində işləyiblər.

İntensiv Vorkşoplar və studiya məşğələləri bitdikdən sonra iştirakçıların işləri qiymətləndirilib. 13 iştirakçıdan 5 ən yaxşı Envizion Sound kinobəstəkarı seçilib.

Qaliblər Dovjenko Mərkəzindən və Britaniya şurasından iki gənc ukraynalı rejissorun kinolayihəsinə və üç səssiz arxiv filminə musiqi yazmaq üçün 22 min qriven həcmində qrant alacaqlar. Dovjenko mərkəzi həmçinin filmlərin Kiyev və Odessada nümayişi zamanı canlı oxuyacaq ifaçılar üçün dəqonorar ödəyəcək.

# 2777 dəfə oxunub

Oxşar xəbərlər

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

18:44 12 noyabr 2026
"Qərb-Şərq divanı – Göte və Mövlana"  adlı konsert proqramı təqdim olunacaq

"Qərb-Şərq divanı – Göte və Mövlana" adlı konsert proqramı təqdim olunacaq

18:43 12 noyabr 2026
Mişel Uelbek  haqqında cinayət işi açıldı – Təfərrüatlar

Mişel Uelbek haqqında cinayət işi açıldı – Təfərrüatlar

18:05 12 noyabr 2026
Kriştiano Ronaldonun studiyası  ilk serial layihəsinin çəkilişlərinə başladı

Kriştiano Ronaldonun studiyası ilk serial layihəsinin çəkilişlərinə başladı

17:32 12 noyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

17:04 12 noyabr 2026
"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər