Tolstoy, Merlin Monro və Bill Klintonu nə birləşdirir?

Tolstoy, Merlin Monro və Bill Klintonu nə birləşdirir?
9 mart 2018
# 13:37

Kulis.az övladlığa götürülmüş məşhurları təqdim edir.

Lev Tolstoy

2 yaşındaykən anası qəfil ölür. Onu Yerqolskaya ailəsi himayəyə götürür. Tolstoyun təhsil almasında, tərbiyəsində bu ailənin rolu olur. Universitet dönəmində isə Tolstoyun atası dünyadan köçür.

Merlin Monro

Atası anasını tərk edib. Merlin doğmadan öncə... Anası əsəb pozğunluğundan xəstəxanaya yerləşdirilir. Merlin isə yetimxanaya. Daha sonra anasının bir rəfiqəsi onu övladlığa götürür.

Nelson Mandela

1918-ci ildə Cənubi Afrikanın kiçik kəndində dünyaya göz açıb gələcəyin böyük inqilabçısı. Atası Tembu kral ailəsinin məsləhətçisi olub. Nelson Mandela doqquz yaşı olanda atası gözlərini əbədiyyən yumur. Balaca Mandelanı başqa ailə himayə götürür. Tembu xalqının icraçı naibi Jonqintaba Dalindyebo Mandelaya atalıq edir.

Con Lennon

“Beatles” qrupunun əfsanəsi. İngiltərədə dünyaya göz açan Conun ata-anası uşaq üç yaşındaykən ayrılırlar. Con 5 yaşına gələndə anası təkrar evlənmək qərarına gəlir. Ancaq ögey ata onu istəmir. Balaca Conu sonsuz xalası Mimiminin yanına yerləşdirirlər.

Cek Nikolson

Məşhur aktyor 37 yaşına qədər anasını böyük bacısı hesab edib. Atası başqa bir qadınla da ailə həyatı qurubmuş. Uşaq ortada qalıbmış. Ona baxmaq lazım imiş. Nəticədə balaca Cakı anasının ailəsi himayəyə götürüb. Nənə və babasının yanında böyüyən Cak öz doğma anasını uzun illər bacısı bilib.

Stiv Cobs

Tanınmış Amerika ixtiraçısı və biznesmeni. Anası tələbə olduğuna və körpə uşağa baxa bilmədiyinə görə onu körpələr evinə verirlər. Doğulduqdan 1 həftə sonra Kaliforniyadan Pol Cobs və Klara Cobsun ailəsi tərəfindən övladlığa götürülmüşdür.

Bill Klinton

Atası qəza keçirib. Klinton onda çox balacaymış və ailənin üçüncü övladıymış. Anası öz işlərinə görə uşaqlara baxa bilmir və Bill nənəsi ilə babasının himayəsinə alınır.

Edqar Allan Po

Məşhur yazıçı. Çox erkən yaşlarda ata-anasını itirib. Edqar Con Allan adlı varlı bir tacir onu oğulluğa götürüb.

Luis Armstronq

Caz ustası. Yoxsul uşaqlıq dövrü keçirib. Bu kasıblığa atası dözməyib və ailəni tərk edib. Anası isə fahişəliyə qurşanıb. Luis balaca bacısı ilə bir yerdə nənəsi Jozefinanın himayəsinə alınıb.

Melisa Gilbert

Məşhur Hollivud aktrisası. Uşaq vaxtları başqa bir ailə onu himayəyə götürür. Ata-anası ayrılıbmış.

# 2895 dəfə oxunub

Oxşar xəbərlər

AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımladı

AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımladı

12:14 4 noyabr 2026
"Mənə yaşadığımı hiss etdirən təkcə sənsən..."  - İngilis mütəfəkkirdən sitatlar

"Mənə yaşadığımı hiss etdirən təkcə sənsən..." - İngilis mütəfəkkirdən sitatlar

12:00 4 noyabr 2026
Məşhur müğənni azadlığa buraxıldı

Məşhur müğənni azadlığa buraxıldı

11:30 4 noyabr 2026
Teatr və konsert müəssisələrinin fəaliyyətinə 51,6 milyon manat ayrılacaq

Teatr və konsert müəssisələrinin fəaliyyətinə 51,6 milyon manat ayrılacaq

11:15 4 noyabr 2026
35 yaşlı  müğənni xərçəngdən  vəfat etdi

35 yaşlı müğənni xərçəngdən vəfat etdi

10:55 4 noyabr 2026
77 illik cinayətin sirri yenidən açıldı – Fransanın ən nüfuzlu ədəbi mükafatı ona verildi

77 illik cinayətin sirri yenidən açıldı – Fransanın ən nüfuzlu ədəbi mükafatı ona verildi

10:17 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər