Tokioda “Azərbaycan mətbəxi məktəbi”

Tokioda “Azərbaycan mətbəxi məktəbi”
7 mart 2018
# 09:47

Tokio şəhərində fəaliyyətə başlayan “Azərbaycan mətbəxi məktəbi”nin ilk məşğələsi keçirilib.

Yaponiya paytaxtının Mequro rayonunda yerləşən Tsurumaki Beynəlxalq Əməkdaşlıq Mərkəzində təşkil edilən ilk məşğələdə məktəbin təşkilatçıları, Yaponiyada yaşayan azərbaycanlı xanımlar Nərminə Aslanova və Dinarə Ələkbərova ölkəmiz, onun coğrafi mövqeyi, dövlət atributları, zəngin mədəniyyəti və mətbəxi haqqında məlumat veriblər. Qeyd ediblər ki, öz keyfiyyəti ilə seçilən və bütün dünyada “Made in Azerbaijan” brendi ilə tanınan bir çox ərzaq məhsulları və içkilər artıq Yaponiya bazarında da özünə yer tutur.

Diqqətə çatdırılıb ki, məktəbin təşkilində məqsəd Azərbaycan mədəniyyətini, onun zənginliyi və tamı ilə seçilən milli mətbəxini yaponlara yaxından tanıtmaqdır. Məşğələlər zamanı yapon xanımların iştirakı ilə Azərbaycanın milli yeməkləri hazırlanacaq, onların hazırlanma sirləri iştirakçılara öyrədiləcək.

Tədbirdə Azərbaycan mətbəxinin nümunələrindən küftə-bozbaş, badımcan dolması və limon şərbəti hazırlanıb. Qədim və zəngin Azərbaycan mətbəxinin bu nümunələrinin hazırlanması qaydası və lazım olan inqrediyentlər barədə yapon xanımlara ətraflı məlumat verilib. Yapon xanımların iştirakı ilə hazırlanan bu yeməklər qonaqlara təqdim edilib.

Məşğələnin iştirakçıları Nana Yamada və Gunko Yamamoto AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə bildiriblər ki, Azərbaycan mədəniyyəti, onun milli yeməkləri məşğələ iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb: “Dadlı yeməklə yanaşı, Azərbaycan şərabının və nar şirəsinin tamı ilə də tanış olduq. Hamısı çox ləzzətli idi. Düşünürük ki, bu məşğələlər Azərbaycanın, zəngin mədəniyyətinizin və mətbəxinizin Yaponiyada təbliği baxımından çox əhəmiyyətli olacaq. Doğrudur, Yaponiyada da tərəvəz və ətlə müxtəlif yeməklər hazırlanır. Lakin onların heç biri küftə-bozbaşın və ya badımcan dolmasının dadını vermir. Limon şərbəti də çox xoşumuza gəldi”.

Məktəbin növbəti məşğələlərində yapon xanımlara Azərbaycan şirniyyatlarının da hazırlanmasını öyrətmək nəzərdə tutulur.

# 2646 dəfə oxunub

Oxşar xəbərlər

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
Emir Kusturitsa: "Putinlə söhbət  mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

Emir Kusturitsa: "Putinlə söhbət mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

11:57 21 noyabr 2026
Xalq rəssamının oğlu vəfat etdi

Xalq rəssamının oğlu vəfat etdi

11:27 21 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər