Nasirlərimizin əsərləri Moldovada nəşr olunub

Nasirlərimizin əsərləri Moldovada nəşr olunub
28 fevral 2018
# 17:03

Moldovada “Atama məktub” – Azərbaycan yazıçılarının hekayə antologiyası” nəşr edilib.

Kulis.azın verdiyi xəbərə görə, akademik İsa Həbibbəylinin “Poeziya ölkəsində nəsr” adlı geniş giriş yazısı ilə açılan antologiyada Anar, Elçin, Mövlud Süleymanlı, Kamal Abdulla, Saday Budaqlı, Afaq Məsud, Əjdər Ol, Elçin Hüseynbəyli, Etimad Başkeçid, Məqsəd Nur, Fəxri Uğurlu, Mübariz Cəfərli, İlqar Fəhmi, Alpay Azər, Mübariz Örən və digərləri də daxil olmaqla 32 müəllifin əsəri yer alıb.

Antologiyada görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadənin rəsm əsərlərindən və gənc fotoqraf Orxan Əzimin fotolarından istifadə olunub.

Son 50 ildə rumın dilində bu həcmdə Azərbaycan nəsri ilk dəfə təqdim olunur. “Editura Junimea” nəşriyyatında çap edilən antologiyadakı hekayələri rumın dilinə Nikolay Spetaru, Aleksandr Vakulovski, Qriqori Kiper, Nikolay Rusu, Mixaela Perciun, Mariya Pilkin, Vsevolod Klorney, Kladua Partole, İvan Pilkin, Dumitru Krudu, Anatol Moraru,Qalayku-Paun və Qalina Trifan çeviriblər.

Antologiyanın çap olunması 2017-ci ilin may ayının 3-də qərara alınıb. Belə ki, həmin tarixdə Moldova Yazıçılar Birliyi ilə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi arasında Moldova Azərbaycanlıları Konqresinin vasitəsilə Kişineuda Əməkdaşlıq Memorandumu imzalanıb.

Antolgiyanın əvvəlində Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Moldova Mədəniyyət, Təhsil və Tədqiqatlar naziri Monica Babucun fikirləri də yer alıb. Son 50 ildə Azərbaycan nəsri rumın dilində, Moldovada bu həcmdə ilk dəfədir ki, çap olunur.

Kitab sabah start götürəcək “Moldova Ədəbiyyatı Günləri” çərçivəsində AYB-də saat 14-də nəzərdə tutulan tədbirdə təqdim ediləcək.

# 2514 dəfə oxunub

Oxşar xəbərlər

"Royal Society of Literature Pioneer Prize"  mükafatının qalibi açıqlandı

"Royal Society of Literature Pioneer Prize" mükafatının qalibi açıqlandı

18:46 6 noyabr 2026
Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

18:24 6 noyabr 2026
Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

17:07 6 noyabr 2026
“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

16:27 6 noyabr 2026
“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

15:58 6 noyabr 2026
Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

14:57 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər