news-inner
clock10:00 calendar-gray 04 Mart 2018 view-gray292 dəfə oxunub
view-gray292 dəfə oxunub

ABŞ-ın vətəninə hücum etməsinə haqq qazandıran yazıçı

Bu gün məşhur əfqan əsilli yazıçı Xalid Hüseyninin doğum gündür. Kulis.az bu münasibətlə Mirmehdi Ağaoğlunun onun “Çərpələng uçuran” romanı haqda yazdığı məqaləni təqdim edir.

Vaxtımızın çoxunun tıxaclara, sosial şəbəkələrdə söhbətlərə, böyük, fundamental məlumatlar yerinə “hər çiçəkdən bir şirə” prinsipi ilə kiçik, təsadüfi materialların oxunmasına getdiyi bir zamanda yenicə mütaliəyə başladığım “Çərpələng uçuran” kimi 440 səhifəlik qalın kitabıxeyli vaxta bitirəcəyimi sanırdım. Yaxşı ki, bu dəfə elə olmadı. Gündəlik həyat rejimimi kənara qoyub bir oturuma oxudum kitabı. Yəni o qədər maraqlı idi “Çərpələng uçuran”.


Əfqanıstanlı mühacir Əmir ABŞ-da uğurlu yazıçı karyerası qurub. Həyat yoldaşı ilə xoşbəxt yaşayır. Bircə qəlbini didib parçalayan uşaqlıq xatirələri olmaya. Sızıldayan vicdanı olmaya.

Dünyanın harasına gedirsənsə get, harasında olursa ol, əgər qəlbində bir azacıq da olsa insanlıq varsa, döş qəfəsində daş deyil ürək gəzdirirsənsə, nə vaxtsa etdiyin günah, səni həmişə narahat edəcək, rahat yaşamağa imkan verməyəcək.


Bəlkə ona görə də Əmirin övladı olmurdu ki, hər dəfə balasını görəndə unutmağa çalışdığı uşaqlığını xatırlamasın. Deyəsən Əmir ömür boyu bu vicdan sızlaması ilə yaşayacaqdı. Hər dəfə uşaqlığını xatırlamaqdan utanacaqdı. Yaxşı ki, Əfqanıstandan zəng gəldi. Əmir öz keçmişinə, uşaqlığına qayıdıb səhvini düzəldə bildi.

Kaş zaman maşını xəyalı gerçək olaydı, keçmişimizə qayıdıb səhvlərimizi düzəldə biləydik. Onda daha xoşbəxt olardıq.

Əsərin qalan hissəsini danışmasaq yaxşıdı. Bəzi adamlar var ki, baxacağı filmin, oxuyacağı əsərin sonunu bilmək istəməzlər. Əks halda əsər onların gözündən düşər, marağıqaçar. Mənsə elələrindən deyiləm. Mənim üçün bir əsərin sonluğundan çox onun yazılma tərzi, detalları vacibdi. Hətta sonluğunu bildiyim əsərləri daha maraqla oxuyuram.

“Çərpələng uçuran”ı oxuduqda isə mənə elə gəldi ki, əsərin onsuz da ürəyimə dammış sonluğunu bilmək məndə oxu həvəsini öldürəcək. Odur ki, internetdə əsər haqqında oxuyanda sujeti ilə maraqlanmadım.

Çərpələng uçuran.jpeg


Birinci şəxsin dilindən yazılmış romanları adətən avtobioqrafik hesab edərik. Sanki kitabı oxuduqca qəhrəmanın yaşadığı faciələri öyrənmək bizdə müəllifə qarşı mərhəmət hissi oyadır. Buna görə də birinci şəxsin dilindən yazılmış romanlar daha çox uğur qazanır. Anna Axmatova isə avtobioqrafik əsərlərin belə yarıdan çoxunun uydurma olduğunu deyirdi. Bəli, yazıçı müxbir, reportyor deyil, o nağıl deyən, uydurmaçıdı.

Xalid Hüseyninin Əmirin sarsıntılarını bu cür ustalıqla verməsi istər- istəməz belə bir sual yaradır:Bütün bunları cənab müəllif yaşamışdımı? Romanı yarıda saxlayıb müəllifin həyatına göz atanda yanıldığını və nə qədər sadəlöv olduğunu görürsən.

Əmirlə Həsənin münasibətləri, atasının soyuq münasibətini görən Əmirin bütün uşaqlara qarşı duyuduğu nifrət hissi, hətta atasının tikdirdiyi yetimlər evində yaşayacaq uşaqlara belə nifrət etməsi, rusların Əfqanistana hücumu, Kabilin təsviri, Əmirin atası ilə Kabildən qaçışı, ABŞ-a yerləşmələri… bura qədər hər şey qaydasındadır. Əmirin Əfqanıstana qayıdışı və Həsənin oğlunu talibanlardan xilas etməsi isə süni təsir bağışlayır. Tanış süjet-“Rembo-3” filmi yada düşür. Əmirin Həsənin oğlunu xilas etməsinin bədii həlli o qədər də uğurlu alınmayıb.

Xalid Hüseyninin yaratdığı kəskin süjet, qəhrəmanların psixoloji hallarının ustaca təsviri, Babanın tanımadığı bir qadına görə sinəsini rus gülləsinin qabağına verməsi kimi səhnələr oxucunu riqqətə gətirir. Bəzi səhnələri isə həyəcansız oxumaq mümkün deyil. Sadəcə oxuyub keçmək olmur, gərək gözlərin də yaşarsın. Əmirin sızıldayan vicdanının acısını qəlbində duymaya bilmirsən.

Bir dəfə hardansa uğurlu roman yazmağın reseptini oxumuşdum.

a) Romanda mütləq zorakılıq, şiddət səhnələri olmalı
b) Seksual səhnələr olmalı
c) Gender bərabərliyinə toxunulmalı
d) Cinsi azlıqların haqları qabardımalı
e) İrqi, milli ayrı-seçkiliklər əks olunmalıdır


Bu bəndlərə əməl etdikdə romanın uğur qazanması üçün əsas şərtlər mövcuddur deməkdir.

“Çərpələng uçuran”da bu şərtlərə müəyyən qədər əməl olunur. Romanda şiddət, zorakılıq səhnələri, qadın-kişi ayrıseçkiliyi, irqi, milli ayrıseçkilik kimi səhnələr kifayət qədərdir.

Bir də romanın nəşr olunduğu tarixi nəzərə alaq. 2003-ci il. Dünyanı sarsıdan 11 sentyabr hadisəsi baş vermiş, ABŞ qoşunları Əfqanistana yeridilmişdi. Romanda elə bu baxış bucağından yazılıb. Xalid Hüseyni ABŞ-ın Əfqanistana girməsinə bədii haqq qazandırır.


Babanın ruslara nifrət etməsi də müəllifin şəxsi düşüncəsindən qaynaqlanır. Onun ruslara nifrəti o qədərdir ki, hətta ABŞ-da qəbuluna getdikləri həkimin rus olduğunu öyrənəndə belə müayinə olunmaqdan imtina edir. Yəqin buna görə də həmişə mövzuları əhatəli işləməkləri ilə fərqlənən "Wikipedia"nın rusca bölməsində Xalid Hüseyni və “Çərpələng uçuran” haqqında məlumat kafi deyil.

Reseptlərə əməl etmək belə asan olsaydı sağalmaz xəstələr, dadsız xörəklər olmazdı. Buna da xüsusi bacarıq, zamanın nəbzini tutmaq qabiliyyəti lazımdır. Xalid Hüseyninin bu qabiliyyətinə görə “Çərpələng uçuran” satış rekordları qırdı.

Oxşar xəbərlər

Xəbər lenti

Tank lüləsində striptiz- Dahiyanə filmlər
21:00 24 Noyabr 2020
“Zorla erməniləşdirmə” sənədli filmi təqdim olunub
19:40 24 Noyabr 2020
Bakı Kitab Mərkəzinə 100-dən çox ərəb dilində kitab hədiyyə olunub
19:37 24 Noyabr 2020
Xalq artisti Əjdər Həmidov vəfat etdi
18:50 24 Noyabr 2020
Xocalı haqda film Tehran festivalının əsas müsabiqəsində
18:21 24 Noyabr 2020
Azərbaycandakı dini rəhbərlər dağıdılan abidələrimizlə bağlı bəyanat verib
17:33 24 Noyabr 2020
Ermənilərin "əl gəzdirdiyi" Əsgəran qalası
17:05 24 Noyabr 2020
48-ci Beynəlxalq "Emmi" mükafatının qalibləri açıqlandı
16:23 24 Noyabr 2020
İbrahim İlyaslının yeni kitabı nəşr edildi - Foto
15:57 24 Noyabr 2020
Rəssamlar İttifaqı beynəlxalq müsabiqə elan etdi
15:21 24 Noyabr 2020
Rus qadınla gizlin evləndi, anasının ölümünə səbəb oldu, otel otağında huşsuz tapıldı– Kinomuzun Əhmədinin faciəvi həyatı
14:42 24 Noyabr 2020
Ağam şəhərim! Adam şəhərim! - Qulu Ağsəsdən Ağdam şeiri
14:01 24 Noyabr 2020
Məsciddə çəkilən fotoda ən incə məqam
13:16 24 Noyabr 2020
Sosial media mütəxəssisi: “Laykdan asılı vəziyyətə düşmək xəstəlikdir” – Müsahibə
12:40 24 Noyabr 2020
Muğam Mərkəzindən növbəti təqdimat
12:05 24 Noyabr 2020
Tanınmış həkimdən koronavirus xəbərdarlığı: “Vəziyyət çətindir”
11:35 24 Noyabr 2020
Boşana bilmirəm, nə edim? – Fəridə yazır...
11:04 24 Noyabr 2020
Serbiyada Üzeyir bəyin xatirəsi anıldı - Foto
10:30 24 Noyabr 2020
Xanımını əmisi oğlu ilə tutdu, baltalamaq istədi – Şukşinin hekayəsi – Dilimizdə ilk dəfə
09:01 24 Noyabr 2020
Fikircil – Rafiq Tağıdan hekayə
21:00 23 Noyabr 2020