news-inner
clock09:00 calendar-gray 28 Fevral 2018 view-gray809 dəfə oxunub
view-gray809 dəfə oxunub

Bakı bağlarında nökərçilik edən Xalq yazıçısı – MARAQLI ADAM

Kulis.az “Maraqlı adamlar” layihəsindən Xalq yazıçısı Mirzə İbrahimov haqda əhvalat və faktları təqdim edir.

Mirzə İbrahimov uşaq yaşlarında valideynlərini itirib. 3 yaşı olanda anası dünyasını dəyişib. Atası onu və böyük qardaşını götürüb Bakıya yollanır. Burda da faciə baş verir. Neft buruqlarındakı fontanda atasını itirir. Mirzə harasa üzüqoylu düşüb əlacsızlıqdan ağlayır. Onda gələcək yazıçının vur-tut 7 yaşı vardı.

***

Faciə zənciri bitmək bilmir. Qardaşı ilə iş üçün yola çıxan Mirzə yenə sarsıntı yaşayır. Zabrata çatanda Mirzənin qardaşı vəfat edir. O, həm aclığa, həm də yolun yorğunluğuna dözə bilmir.

***

Image result for Mirzə ibrahimov

Mirzə İbrahimov bir bəyin yanında nökər olub. Bəyin qoyunlarını otarırmış... Bəyin bir oğlu, üç qızı varmış. Mirzə onların həyətindəki balaca əl evində, betonun üstündə ac-susuz yatırmış. Bəyin balaca qızı öz yeməyindən bir parça çörək, bir az da pendir gətirib ona verirmiş.

***

Aradan uzun illər keçir. Mirzə İbrahimov Nazirlər Sovetində sədr müavini işləyirmiş. Bir gün katibə deyir ki, yanına çadralı bir xanım gəlib, qucağında da uşaq. Mirzə İbrahimov qadını qəbul eləyir və gözlərinə inana bilmir; bu, bir vaxt ona pendir-çörək verən bəyin balaca qızıymış! Qız dərdini danışır, məlum olur ki, sovet hökuməti qurulanda atası ölkədən gedib, bacılarının hərəsi bir diyara düşüb, qardaşı da içkiyə qurşanıb məhv olub. Mirzə İbrahimov ona əlindən gəldiyi qədər yardım edir. Bu hadisə ən ağır illərdə, 40-cı illərdə olur. Qadın Mirzə İbrahimova heç bir ünvan vermir, yenə gələcəm deyir, amma bir daha heç vaxt gəlmir.

***

Özü danışırmış ki, balaca və zəif olduğum üçün heç kim məni nökər də götürmürdü. Zabratdakı bəy razılaşanda o qədər sevinmişdim ki, Xalq yazıçısı adını alanda da, ən yüksək vəzifələrə təyin olunanda da bu qədər sevinməmişdim...

***

O, Azərbaycan SSR Ali Sovetinin sədri olanda 20 avqust 1956-cı ildə "Azərbaycan SSR-in dövlət dili haqqında Azərbaycan SSR-in Konstitusiyasına maddə əlavə edilməsi haqqında qanun"un qəbul etməsinə nail oldu. Burda məqsəd Azərbaycanda rəsmi dövlət sənədlərinin rus yox Azərbaycan dilinə yazılması, dövləd idarələrində doğma dildə danışılması məsələsi qaldırılırdı. Bu qanunun qəbulundan sonra Moskva ona düşmən kəsilir. O, həm vəzifəsini, həm deputat mandatını itirir.

***

Nazim Hikmət Bakıya gələndə tələbələrdən biri soruşur:

- Ustad, əgər bir adam başqa dildə təhsil alırsa, evdə, işdə bu dildə danışırsa, bir sözlə, düşünəndə başqa dildə düşünürsə, onu azərbaycanlı hesab etmək olarmı?

Nazim Hikmət deyir:

- Çətindir.

Görüşdə iştirak edən Mirzə İbrahimovun isə reaksiyası daha kəskin olur:

- Belələri dönükdür, əclafdır!

Sonralar Mirzə İbrahimov bu məsələyə görə vəzifəsindən uzaqlaşdırılır, amma ittihamlar qarşısında Nazim Hikməti müdafiə edir. Onu satmır.

***

Mərkəzi Komitədə iclas vaxtı Mir Cəfər Bağırov deyir ki, Üzeyir Hacıbəyov da, Səməd Vurğun da xalq düşmənidir. Bu zaman Mirzə İbrahimov etiraz edib:

- Üzeyir Hacıbəyov necə vətən xainidir ki, “Koroğlu” operasını yazıb, Səməd Vurğun necə xalq düşmənidir ki, “Vaqif” dramını yazıb.

Bağırov əsəbləşir:

- Əyləş, sən də onların tayısan!

***

Dəfn günü Mirzə İbrahimovu məzara qoyanda bir qadının səsi gəlir: “Umer naş papa!” Mirzə İbrahimovun qızı maraqlanıb ki, bu kimdir. Qadın deyib ki, mən uşaq evində böyümüşəm, 50-ci illərdə Mirzə müəllim Ali Sovetin sədri olanda hər ay bizə pul, ərzaq malları göndərərdi. Biz onu “ata” deyə çağırardıq.

Mirzə İbrahimov evdə deyirmiş ki, yazılarımın qonorarı bizə bəs edir, maaşımı yetim uşaqlar üçün uşaq evlərinə köçürürəm.

***

Bu xatirəni yazıçının qızı Sevda İbrahimova danışır:

“Anamı çox sevirdi. Rəhmətə gedəndən sonra bağdakı yatağını yığışdırmağa qoymadı. Hər gedəndə o çarpayının üstünə qızılgüllər səpərdi”.

***

Ömrünün sonlarında əlindən “Qurani-Kərim” düşməzmiş...

news-inner-user

17131 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

İsti yatağım soyuq səngər misalı - Sara Selcandan yeni şeirlər...
16:28 28 Noyabr 2020
Azərbaycanda Mixail Qusmanın filminin premyerası oldu
15:01 28 Noyabr 2020
Bu nədir, Allahı danmaqdır? – Elçin yazır...
13:30 28 Noyabr 2020
"Şəngülüm, Məngülüm" tamaşası onlayn nümayiş olunacaq
12:01 28 Noyabr 2020
Türkiyədə "Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert keçirildi - Foto
10:27 28 Noyabr 2020
Fuad Poladov: Qızla zirzəmidə görüşdüyümə görə məni məktəbdən qovdular – Müsahibə
09:00 28 Noyabr 2020
Ukrayna Milli Kitabxanasında Azərbaycan guşəsi açılacaq
18:31 27 Noyabr 2020
Qayıtdı gülləri yığıb başına, vətən gülşəninin Xarı bülbülü! – Yeni şeirlər
17:44 27 Noyabr 2020
Tələbənin universitetdən qovulması haqlı qərardırmı?
17:09 27 Noyabr 2020
"Qarabağ Azərbaycandır" adlı kitab nəşr olundu
16:34 27 Noyabr 2020
Rejissorumuzun da iştirak etdiyi festivalın qalibləri elan olundu - Siyahı
15:53 27 Noyabr 2020
Nənəsini yemək üstündə ağlatdı, xəstəliyinə görə yardım istədi, işdən çıxarılan gün həyat yoldaşı öldü – Məşhur diktordan maraqlı faktlar
15:11 27 Noyabr 2020
Məşhur Meksika filmlərinin ssenari müəllifi vəfat etdi
14:31 27 Noyabr 2020
İşğaldan azad olunan Xanabert qalası
13:53 27 Noyabr 2020
"Anamın kitabı" filmi gəlir - Yaxında
13:11 27 Noyabr 2020
Mənə ölümümdən yol verin... - Ötən gün dünyasını dəyişən şairin şeirləri
12:31 27 Noyabr 2020
Onlayn dərsdə gülməli vəziyyətə düşən müəllimlər
11:50 27 Noyabr 2020
Qorxu bilməyən işçimiz - Elçin yazır...
11:10 27 Noyabr 2020
Lalə Məmmədovadan duyğu dolu etiraf yazısı: “Hamınızı aldatdım!”
10:28 27 Noyabr 2020
Mirzə Cəlil haqda yeni kitab çıxdı – Dərs vəsaiti kimi təsdiq edildi
09:54 27 Noyabr 2020