V Beynəlxalq Muğam Festivalı keçiriləcək

V Beynəlxalq Muğam Festivalı keçiriləcək
23 fevral 2018
# 18:01

Bakıda Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən martın 7-dən 14-dək “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı keçiriləcək.

Festival çərçivəsində Bakı və Gəncə şəhərlərində Azərbaycan və xarici musiqiçilərin iştirakı ilə konsertlərin təşkili, beynəlxalq elmi simpoziumun və muğam müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.

Tədbirlərdə iştirak etmək üçün Türkiyə, Moldova, Polşa, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş və başqa ölkələrdən musiqiçi və münsiflər heyəti dəvət olunub.

Azərbaycan Milli Elmlər Akademiyasında martın 7-dən 10-dək “Muğam ənənəsi elm və incəsənət qovşağında” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq. Simpoziumda Fransa, Kanada, Hollandiya, Türkiyə, İran, Macarıstan, Özbəkistan və Serbiyadan dəvət olunmuş xarici qonaqlar iştirak edəcəklər.

Azərbaycan Milli Konservatoriyasında martın 10-dan 13-dək beynəlxalq muğam müsabiqəsi keçiriləcək. Müsabiqənin münsiflər heyətinin tərkibində Azərbaycan, Polşa, Türkiyə, İran və Tacikistan musiqi mədəniyyətinin tanınmış nümayəndələri iştirak edəcəklər. Müsabiqə instrumental və vokal bölmələri üzrə aparılacaq. Eyni zamanda, konservatoriyada musiqi gecələrinin keçirilməsi də nəzərdə tutulub. Konsertlərdə “Qarabağ” muğam qrupu və “Qaytağı” instrumental ansamblı görkəmli sənətçi və tanınmış musiqiçilər - Mənsum İbrahimov, Ənvər Sadıqov, Elçin Həşimov, Elnur Əhmədov, Təyyar Bayramov, Aytən Məhərrəmova, Kamran Kərimov, İdris Hüseynov və Kamran Novruzov ilə birgə çıxış edəcəklər.

Beynəlxalq Muğam Mərkəzində keçiriləcək konsertlərdə “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-şiraz”, “Şüştər” və “Hümayun” muğamları istedadlı ifaçılar - Elnur Zeynalov, Qoçaq Əsgərov, Arzu Əliyeva, Babək Niftəliyev, Nisbət Sədrayeva, Məmməd Nəcəfov, Abgül Mirzəliyev və başqaları tərəfindən tamaşaçılara təqdim olunacaq.

Festival günlərində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik, Dövlət Xalq Çalğı Alətləri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrlərinin, eləcə də Azərbaycan Dövlət Rəqs Ansamblının, Dövlət Xor Kapellasının, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, “Cəngi” etno-caz qrupunun çıxışları da nəzərdə tutulub.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Koroğlu” operası, Qara Qarayevin “Yeddi gözəl” baleti, Müslüm Maqomayevin “Şah İsmayıl” operası, Dövlət Musiqili Teatrında “O olmasın, bu olsun” musiqili komediyası, Marionet teatrında Üzeyir Hacıbəylinin eyniadlı əsəri əsasında “Leyli və Məcnun” marionet tamaşası festival günlərində qonaqlar üçün təqdim olunacaq.

Gəncə şəhərində martın 8-dən 13-dək Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası kollektivlərinin iştirakı ilə silsilə konsertlər keçiriləcək.

Festivalın təntənəli bağlanış mərasimi isə martın 14-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşacaq. Gecədə bədii rəhbər və baş dirijor Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və muğam müsabiqəsi qalibləri çıxış edəcəklər./azertag.az/

# 2868 dəfə oxunub

Oxşar xəbərlər

IV Beynəlxalq “Quadrat” Nəsr Festivalında Azərbaycanı Ulucay Akif təmsil edir

IV Beynəlxalq “Quadrat” Nəsr Festivalında Azərbaycanı Ulucay Akif təmsil edir

15:00 13 oktyabr 2026
Bu dil Azərbaycanda ilk dəfə tədris olunacaq

Bu dil Azərbaycanda ilk dəfə tədris olunacaq

14:55 13 oktyabr 2026
Məşhur reper xəstəxanaya yerləşdirildi - Səbəb

Məşhur reper xəstəxanaya yerləşdirildi - Səbəb

14:30 13 oktyabr 2026
Mütəfəkkir baxışlarının fonunda "Xəmsə" səhifələri - "Nizami Gəncəvinin portreti"

Mütəfəkkir baxışlarının fonunda "Xəmsə" səhifələri - "Nizami Gəncəvinin portreti"

14:00 13 oktyabr 2026
Bir yandan İran, bir yandan Türkiyə: Azərbaycanın daxili işlərinə qarışılır

Bir yandan İran, bir yandan Türkiyə: Azərbaycanın daxili işlərinə qarışılır

13:25 13 oktyabr 2026
Yeni elmi-texniki kitab nəşr olundu

Yeni elmi-texniki kitab nəşr olundu

13:15 13 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər