“ƏSA” Teatrından növbəti tamaşa

“ƏSA” Teatrından növbəti tamaşa
13 fevral 2018
# 17:41

Əlilliyi olan aktyorlardan ibarət inklüziv “ƏSA” Teatrı ictimaiyyətin və çoxsaylı tamaşaçı xahişlərini nəzərə alaraq, çoxdan gözlənilən “Adamlar və siçanlar - 2” tamaşasının nümayişini həyata keçirəcək.

Kulis.az AZƏRTAC xəbər verir ki, dünya şöhrətli Amerika yazıçısı, Nobel və Pultizer mükafatı laureatı Con Steynbekin “Siçanlar və adamlar haqqında” povestinin motivləri əsasında hazırlanan tamaşanın nümayişi fevralın 28-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində reallaşacaq.

Tamaşanın quruluşçu rejissoru və bəstəkarı Nihad Qulamzadə, rejissoru Elşən Əsgərov, baş prodüseri və səhnə tərtibatçısı Nicat Qulam, işıq rəssamı Bünyamin Sailov, konsertmeysteri Fidan Babayeva və Elçin Hətəmli, qrafik dizayneri Tural Əlisoy, fotoqrafı Eltac Zeynalov, surdo (işarət dili) tərcüməçisi isə Nuranə Abıyevadır.

Rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, İmran Lalayev, Riyad Sultanov, Günay Məmmədova, Fərid Əliyev, Asim Səfərov, Sənan Fərzəliyev və Patti Smit canlandıracaq. Həmçinin tamaşa zamanı nitq məhdudiyyətli tamaşaçılar üçün işarət dili ilə sinxron tərcümə olacaq.

Qeyd edək ki, insanlara mərhəmət, alicənab hisslər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətləri aşılayan tamaşanın premyerası Akademik Opera və Balet Teatrında ötən ilin dekabrın 19-da ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə reallaşıb. Ölkə ictimaiyyətinin rəğbətlə qarşıladığı “Adamlar və siçanlar” tamaşası bu dəfə fərqli quruluşda hazırlanaraq “Adamlar və siçanlar - 2” adı ilə səhnə həyatı yaşayacaq.

# 2185 dəfə oxunub

Oxşar xəbərlər

“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

17:57 6 noyabr 2026
“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

16:58 6 noyabr 2026
“Godzilla”  Yaponiyada tarixi rekord qırdı

“Godzilla” Yaponiyada tarixi rekord qırdı

11:34 6 noyabr 2026
Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

10:00 5 noyabr 2026
Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

09:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər