Filmimiz Malatyada təqdim olunub

Filmimiz Malatyada təqdim olunub
12 fevral 2018
# 08:55

Azərbaycanlı rejissor Elçin Musaoğlunun ekranlaşdırdığı “Türkiyə mənim də Vətənimdir” adlı sənədli filmin Malatya şəhərində təqdimatı olub.

Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdindən bəhs edən filmin istehsalı 7-ci Malatya Beynəlxalq Film Festivalı çərçivəsində reallaşıb.

Təqdimat mərasimində çıxış edən Malatya Beynəlxalq Film Festivalının direktoru Suat Köçer 15 iyul hadisələri ilə bağlı qısametrajlı, sənədli və tammetrajlı filmlərin çəkildiyini vurğulayaraq, dövlət çevrilişi cəhdini bir az daha fərqli aspektdən şərh etmək istədiklərini söyləyib.

Sənədli filmin rejissoru Elçin Musaoğlu 15 iyula bənzər bir hadisənin azərbaycanlıların 1990-ci ilin 20 yanvarında yaşadığını söyləyərək həmin vaxt sovet ordusunun, tanklarının Bakıya daxil olduğunu bildirib: “O gecə biz 140-dan çox şəhid verdik. 15 iyulda da mən həmin gecəni xatırladım, eyni hissləri yaşadım. Türkiyə bizim də vətənimizdir”.

E.Musaoğlu sənədli filmin üzərində 9 ay işlədiklərini söyləyib.

Malatya Beynəlxalq Film Festivalının rəhbəri və Malatya Böyükşəhər Bələdiyyəsinin sədri Əhməd Çakır Türkiyə və Azərbaycanın çox dərin tellərlə bir-birinə bağlı iki ölkə olduğunu bildirərək 15 iyul dövlət çevrilişi cəhdini əks etdirən “Türkiyə mənim də Vətənimdir” sənədli filmini istehsal etdiklərinə görə qürur duyduqlarını deyib.

Qeyd edək ki, 15 iyul gecəsi baş verən dövlət çevrilişi cəhdi zamanı Türkiyədə yaşanan hadisələrin azərbaycanlıların gözü ilə lentə köçürüldüyü sənədli filmin çəkilişləri Bakı, İstanbul, Ankara, Sakarya və Malatyada aparılıb. /azertag.az/

# 2918 dəfə oxunub

Oxşar xəbərlər

Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

15:11 12 noyabr 2026
Kino tarixinin unudulmaz performansları -  Bədən dili və mimikayla rol oynayan ən yaxşı sənətkarlar

Kino tarixinin unudulmaz performansları - Bədən dili və mimikayla rol oynayan ən yaxşı sənətkarlar

15:00 12 noyabr 2026
"Supermen"i yenidən yaradan rejissor "DC Studios"un rəhbərliyindən gedir

"Supermen"i yenidən yaradan rejissor "DC Studios"un rəhbərliyindən gedir

14:34 12 noyabr 2026
Qəzzadakı hadisələrdən bəhs edən sənədli film 1,5 milyon tamaşaçı topladı

Qəzzadakı hadisələrdən bəhs edən sənədli film 1,5 milyon tamaşaçı topladı

13:32 12 noyabr 2026
Çaplinin “Müasir zamanlar”ı bu komediyadan təsirlənmişdi? – 10 il davam edən məhkəmə

Çaplinin “Müasir zamanlar”ı bu komediyadan təsirlənmişdi? – 10 il davam edən məhkəmə

18:40 11 noyabr 2026
“Ölümcül Miras”  sənədli filmi nümayiş olundu

“Ölümcül Miras” sənədli filmi nümayiş olundu

16:44 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər