writer1

Mirmehdi Ağaoğlu

Məqalə sayı

543
clock11:47 calendar-gray 09 Fevral 2018 view-gray185 dəfə oxunub
view-gray185 dəfə oxunub

Qara Qarayevlə Azərbaycan xalqı arasındakı uçurum

Mirmehdi Ağaoğlu

Bir neçə gün öncə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 yaşı qeyd olundu. Qara Qarayev haqqında hər zaman dəyərli fikirlər eşitmişik, onun adı həmişə Azərbaycan bəstəkarlığı ilə yanaşı çəkilib. Azərbaycan bəstəkarlığı deyəndə Qara Qarayev yada düşüb. Qara Qarayev Azərbaycan bəstəkarlığını modern səviyyəyə, intellektual mərhələyə qaldıran şəxs sayılıb.

Doğrusu yuxarıda səsləndirdiyim fikirlər mənim şəxsi qənaətim deyil. Qara Qarayev haqqında müxtəlif zamanlarda müxtəlif yerlərdə rast gəldiyim sözlərdir, öz adımdan dilə gətirdim.

Bəs mənim üçün Qara Qarayev kimdir?

Açığı bir neçə bəstəsinə, bəzi əsərlərinə qulaq assam da Qara Qarayev mənə çatmayıb. Hər dəfə onun bəstələrini dinləməyə cəhd göstərsəm də özümdə heç bir təsir hiss etməmişəm. Daha dəqiqi; əlbəttə mənə təsir edən bəstələri olub, ancaq bunlar bütövlükdə Qara Qarayev dühasını dərk etmək üçün bəs etməyib. Onun yaradıcılığı haqqında deyilənlərlə onun musiqisindən duyduqlarım arasında müqayisəyə gəlməyəcək dərəcədə fərq olub. Sanki özümlə onun arasında bir baryer hiss etmişəm. Onun yaradıcılığı, dünyası ilə kontakta keçə bilməmişəm. Aramızda dərin uçurum olub.

Bunu təbii ki, özüm üçün böyük naqislik hesab edirəm. Ancaq yeri gəlib deyim; əgər bu naqislikdirsə o zaman Fikrət Əmirovun bəstələrini niyə duya bilirəm, onlar mənə niyə təsir edir?

Mənə elə gəlir, içi özüm qarışıq Azərbaycan xalqı ilə Qara Qarayev yaradıcılığı arasında böyük uçurum var. Onun yüz yaşını qeyd etməyimizə baxmayın, biz ondan dünyasından kilometrlərcə uzaqdayıq.

Qənaətimi dəqiqləşdirmək üçün zövqünə inandığım bir neçə dostumun da fikrini öyrəndim. Onlar da Qara Qarayev musiqisini bir o qədər anlaya bilmədiklərini dedilər. (Düzdür, arada içimə şübhə düşdü ki, bəlkə səbəb heç bizdə deyil... Sonra gözü çıxmış qardaşlarımdan çəkinib dərhal da fikrimdən daşındım).

Bunu özümüzün faciəmiz hesab edirəm. Hətta bir dəfə eşitmişdim ki, öz dövründə belə Qara Qarayevin musiqisi artıq dünyada modern hesab edilmirdi, keçilmiş mərhələ sayılırdı. İndi gör biz nə gündəyik ki, Qara Qarayevin musiqisi bizim üçün ultramodern hesab olunur, yad gəlir, başa düşə bilmirik.

Görəsən, Qara Qarayev musiqisini anlamaq üçün nə edək?

Hardan başlayaq, nə oxuyaq, nə öyrənək?

Necə edək ki, onu yaxından duya bilək?

Yoxsa elə həmişə belə qalacağıq?

Qara Qarayev öz Everestində, biz öz Marianamızda.

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

20 noyabr gündəliyim – Şərif Ağayar yazır…
21:01 20 Noyabr 2019
“Bakı Foto” müsabiqəsinin qalibləri mükafatlandırılacaq
18:45 20 Noyabr 2019
Çarli Çaplinin yubileyi Azərbaycanda belə qeyd olunacaq
18:10 20 Noyabr 2019
Yazarlarımızın məşhur uşaqları - Fotolar
17:30 20 Noyabr 2019
Çərçivələr - Şeir
16:50 20 Noyabr 2019
Xalq yazıçısının kitabları təqdim olunacaq
16:10 20 Noyabr 2019
İncəsənət Bieannalesinin ekspozisiyaları açıldı - FOTOLAR
15:30 20 Noyabr 2019
Uşaqlarını həyat yoldaşından zorla alan aktyor - Maraqlı Faktlar
14:51 20 Noyabr 2019
Nəsiminin qəzəllər toplusu Ukraynada
14:10 20 Noyabr 2019
Pantomima teatrı dekabrda - Afişa
13:30 20 Noyabr 2019
Dostoyevskinin hekayəsi: Timsah – Dilimizdə ilk dəfə
12:25 20 Noyabr 2019
Rəsm əsərinin nüsxəsi 600 min dollara satıldı
12:07 20 Noyabr 2019
Rejissorumuz Moskvada “İlin adamı” seçildi
11:51 20 Noyabr 2019
Adam da bu qədər qız sevərmi? - Ayxan Ayvazın əsgər dostuna məktubu
11:20 20 Noyabr 2019
Gənc şair Aqşin Yeniseyə şeir yazdı
10:38 20 Noyabr 2019
Şəhriyardan Fərqanə Qasımova və Sevda Ələkbərzadəyə sərt sözlər: “Yazıqsınız”
09:56 20 Noyabr 2019
“YARAT”da 18+ tamaşa
09:36 20 Noyabr 2019
Mirzə Cəlilə heykəl yox, büt qoymaq istəyirlər - Yazıçılardan qalmaqallı açıqlama
09:00 20 Noyabr 2019
Bəlkə səndən əvvəl öldüm: Zərdüşt Şəfi ilə son görüş
21:01 19 Noyabr 2019
“Babəkin heykəli Qafqazda ən hündür heykəllərdən biri olacaq”
19:00 19 Noyabr 2019