news-inner
clock15:30 calendar-gray 08 Fevral 2018 view-gray569 dəfə oxunub
view-gray569 dəfə oxunub

Milli teatrımızın bədbəxtliyi – Aliyə yazır...

Kulis.az Aliyənin “Yabanı sual” yazısını təqdim edir.

Bu günlərdə Kulis.az -da teatrşünas-alim İsrafil İsrafilovun məqaləsi yayımlandı.

Məqalənin mərkəzində dayanan teatrın vəziyyəti məsələsidir. Milli teatrın 145 illiyi ərəfəsində bu tema aktualdır. Lakin yenə də bu mövzunu ortaya atmaq üçün alim onu ilin dəyişməsi, həm də nə üstə dəyişməsi kimi ciddi bir məsələ ilə bağlayır ki, onu bizim diqqətimizə layiq etsin.

İkinci, bir məsələ teatrların məlum vəziyyətini qavramaq və buna uyğun yəni, səmimi davranmaq məsələsidir ki, bu, birincidən də vacib mətləbdir. Üçüncü məsələ milli teatrın vəziyyətini yaxşılaşdırmaq üçün hazırlanan on illik dövlət proqramıdır ki, onun nəticələri haqda danışmağın zamanı çatır.

Bunlar məlum və aydındır.

Bəs, təzə olan nədir? Tərəvəz bazarında olduğu kimi, burada da təzə olan həm də faydalıdır.

Çün, dəyərli İsrafil müəllim bir neçə il rəhbəri işlədiyi Akademik Teatrda tilsimi bəlkə də sındıra bilmədi, amma bu, ona ən azı problemlərdən danışmağa, teatrın vəziyyəti mövzusunu diqqətə gətirməyə stimul verdi.

Beləliklə, o, bir tilsimi qırdı. Çünki tilsim haqda bilmək tilsimi hardasa sındırmaq deməkdir. Hansı tilsimdir o?

Bu, məntiq tilsimidir ki, İsrafil müəllim, əslində bu məsələyə toxunub.

Məsələn, bizim teatrşünasların, rejissorların çoxu teatrın vəziyyətini qiymətləndirə bilir, hətta ayrı-ayrı söhbətlərdə tamaşaların keyfiyyətindən, teatr mühitinin səviyyəsindən, qapalılığından belə danışır. Amma, di gəl ki, ilin yekunları haqda danışanda bir tədbir içrə hesabat verən məmur kimi müsbət hadisələr axtarır, hansısa ümumi inkişafdan danışırlar. Belə çıxır ki, ümumən, teatrımız böyük addımlarla inkişaf edir, amma həm də vəziyyət pisdir, ortaya çıxarmalı tamaşa yoxdur, varsa da Biləcəridən o yana çıxarmalı deyil.

Məntiq haradadır? Sualın tonunu bir az aşağı salaq.

Əlbət, vardır bir məntiq.

İsrafil müəllim ad çəkmir, amma teatr sənətimizin uğurlarla zəngin bir il başa vurduğunu deyən alimin adının yerinə təyinə uyğun olaraq, (“görkəmli teatrşünas alim, ölkənin teatr həyatını həssaslıqla izləyən istedadlı bir tədqiqatçı”) məsələn, İlham Rəhimlinin, Məryəm Əlizadənin, Aydın Talıbzadənin adını yaza bilərik. Kimin belə danışdığına inana bilərsinizsə, onun.

Əsas məsələ bu deyil. Əsas, nəhayət ki, həmkarının teatrın inkişafı və uğurları haqda boğazdanyuxarı danışdıqlarına dözə bilməməkdir.

Olsun ki, çoxu burada bir ziddiyyət görmür, inkişaf öz yerində, milli teatrın ölü vəziyyəti öz yerində. Hətta bəlkə teatrın sehri deyəndə teatrşünaslarımız bu məntiqsizlik tilsimini nəzərdə tuturlar.

Qoy, teatrın sehri hamını öz təsirinə salmaqda olsun, amma gərəkdir ki, hər iki tərəf bu məntiqsizlik tilsiminə, ya da teatr sehrinə riayət etsin. Necə və tərəflər hansılardır?

Teatr haqqında qanunda yazıldığı kimi, dövlət teatrın inkişafına təminat verir. Bunusa dövlət qurumu olaraq, Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir. Beləliklə, inkişafa da cavabdeh qurum nazirlikdir.

Və tutaq ki teatrşünas milli teatrın inkişafı haqqında rəyini nazirlik məmurunun hesabatına uyğunlaşdırırsa, onda gərəkdir ki, nazirlik də məsələn, aktyorların mükafatlandırılmasını teatrşünasların rəyinə uyğunlaşdırsın. Bu gün teatrşünasın tənqid etdiyi tamaşaya “ilin tamaşası”, “ilin aktyoru” və s. fəxri mükafatlar verməsin.

Amma biz nə görürük?

Görünür ki, burada bir başqa məntiqsizlik tilsimi, bir başqa sehr var.

İndi siz deyin, bu yerdə mənim kimi müxbir-teatrşünas on illik teatr proqramının başa çatmaq üzrə olması münasibətilə “Bu proqram teatra nə verdi?” suallı sorğu aparsa, nə kimi cavablar alacaq?

Təxminən eyni cavabı: teatr durmadan inkişaf edir, amma teatrın vəziyyəti pisdir.

Niyə?

Olduqca ciddi sualdır. İsrafil İsrafilovun məqaləsində bu suala teatr sahəsini kurasiya edən nazir müavini Ədalət Vəliyev cavab verir. Sitat: “Olduqca dəyərli hesab etdiyimiz təhlillərində professor Ə.Vəliyevin gəldiyi nəticələr elmi-nəzəri baxımdan məntiqi əsasa malikdir. Onun qənaətinə görə, “Azərbaycan teatrı sovet dövründə nəinki öz müstəqilliyini, azadlığını imitasiya eləyib, həmçinin burada cərəyan edən yaradıcılığının özü də imitasiya xarakteri daşıyır.”

Bu teatrşünaslıq tarixində yeni fikir deyil, mövzudan tutmuş estetik göstəricilərinədək sözügedən imitasiya haqqında yazılıb.

Problem bəlli, vəziyyət bəlli, cavabdehlər bəlli, inkişaf da öz qaydası ilə. Teatr haqda cild-cild kitablar yazılır, teatrlar tamaşalar qoyur, Teatr Xadimləri İttifaqı da anım günlərini keçirir. Beləliklə, teatrın xatirəsi qəlbimizdə əbədi yaşayır.

Durub desəm ki, indi bu məsələlər məni yandırır, qeyri-səmimi olaram. Sadəcə, yabanı bir sual həyasız alaq otu kimi əkinimizi korlayır:

İnkişaf da, onun proqramı da çox yaxşıdır, cild-cild kitablar da yaxşıdır, təmir olunan binalar da, aktyorlar da... Hər şey korrekt.

İnkişaf öz yolundadır.

Addım-addım...

Amma hansı günümüzə, axı?

Sonda bonus olaraq bir əhvalat yazım, qanqaraldan temanı kompensasiya edək.

Bir dəfə dostu ixtisasca teatrşünas olan və bu gün ad gününü qeyd edən şair Əlisəmid Kürə deyir ki, gəl səhərlər dəniz kənarında qaçaq.

Əlisəmid cavab verir:

- Atam xəstə, qardaşım türmədə, özüm kirayədə, pul yox, iş yox, məni görən deməz ki, Əlisəmid, hansı gününə qaçırsan?

news-inner-user
Aliyə

997 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Zəngilanlı aktyor: "Ordan çıxan gün 11 yaşım tamam olurdu" - Video-söhbət
16:30 24 Oktyabr 2020
Türkiyəli yazar vəfat etdi
15:26 24 Oktyabr 2020
Azərbaycanlı rəssamın sərgisi İstanbulda
14:19 24 Oktyabr 2020
Tolstoy hansı şairin qızını sevmişdi? - Elçin yazır...
13:30 24 Oktyabr 2020
Ömürlə peşmanlıq oyunları - Cavanşir Yusifli Kulisdə gedən hekayədən yazır
12:21 24 Oktyabr 2020
Ajda Pekkan: “Azərbaycanlı qardaşlarımıza sevgi göndərirəm”
11:12 24 Oktyabr 2020
Şəhid olan Milli Qəhrəman haqqında film - Video
10:06 24 Oktyabr 2020
Vətənim adamlar - Sevda Sultanova yazır...
09:00 24 Oktyabr 2020
“Pişiyin evi” onlayn göstəriləcək
18:49 23 Oktyabr 2020
Nazirlik Zəngilanda dağılan məscidlə bağlı bəyanat yaydı
18:15 23 Oktyabr 2020
Azərbaycan əsgərinə heyrətlənən erməni hərbçi
17:31 23 Oktyabr 2020
Bütün zamanların ən gözəl aktrisasının həyatı film olur
16:53 23 Oktyabr 2020
Kino tarixinin ən qorxulu filmləri açıqlandı
16:11 23 Oktyabr 2020
Yapon caz ifaçısı Azərbaycan ordusuna pul köçürdü
15:29 23 Oktyabr 2020
Beynəlxalq Türk Mədəniyyəti və İrsi bəyanat yaydı
14:52 23 Oktyabr 2020
Allahı danan müəlliminin başına stul çırpdı, ömür boyu övladı olmadı, qızlığını xalası oğluna qısqandı - Xalq artistindən maraqlı faktlar
14:15 23 Oktyabr 2020
Facebookda yayılan təhlükəli döyüş videoları
13:34 23 Oktyabr 2020
Köçkünlük statusu – Sevinc Elsevər yazır...
12:47 23 Oktyabr 2020
Dağıdılan, dəyişdirilən, yer üzündən silinən abidələrimiz
12:04 23 Oktyabr 2020
“Bitls” qrupunun keçmiş üzvündən yeni albom
11:18 23 Oktyabr 2020