Kann Festivalında jüri açıqlandı - SİYAHI

Kann Festivalında jüri açıqlandı - SİYAHI
20 aprel 2011
# 12:43
Jüriyə başçılıq edəcək Robert de Niro hər gün filmlərə səkkiz sənət yoldaşı ilə birgə baxacaq. Kulis.az festivalın rəsmi səhifəsinə istinadən jüri siyahısını sizə təqdim edir:

-Martina Qusman – aktrisa və produser (Argentina);
-Nansun Şi – prodüser, rejissor Hark Tsuinin həyat yoldaşı (Çin);
-Lin Uilman – produser, kinotənqidçi, yazıçı (Norveç);
-Uma Turman – aktrisa, produser, ssenarist (ABŞ);
-Olivye Assayas – rejissor (Fransa);
-Cud Loy – aktyor (İngiltərə);
-Mahamat-Saleh Harun – rejissor, ssenarist (Çad);
-Conni To – rejissor, produser (Çin/Honq Konq);

Keçən il festivalda iştirak edən iki sənətçi bu il festavala jüriyə daxil olublar.

Bunlar Mahamat-Salrh Harun və Olivye Assayasdır.

Keçən il Mahamat-Saleh Harun “Qışqıran adam” filminə görə jüri mükafatına sahib olub. Assayasın beş saatlıq “Karlos” filmi isə
“Xüsusi baxış” kateqoriyasında göstərilmişdi.

Qeyd edək ki, Kann Film Festivalı mayın 11-də açılacaq. Mükafat qalibləri isə mayın 22-sində bilinəcək.

Günel Əsgərzadə
# 3419 dəfə oxunub

Oxşar xəbərlər

"Supermen"i yenidən yaradan rejissor "DC Studios"un rəhbərliyindən gedir

"Supermen"i yenidən yaradan rejissor "DC Studios"un rəhbərliyindən gedir

14:34 12 noyabr 2026
Qəzzadakı hadisələrdən bəhs edən sənədli film 1,5 milyon tamaşaçı topladı

Qəzzadakı hadisələrdən bəhs edən sənədli film 1,5 milyon tamaşaçı topladı

13:32 12 noyabr 2026
Çaplinin “Müasir zamanlar”ı bu komediyadan təsirlənmişdi? – 10 il davam edən məhkəmə

Çaplinin “Müasir zamanlar”ı bu komediyadan təsirlənmişdi? – 10 il davam edən məhkəmə

18:40 11 noyabr 2026
“Ölümcül Miras”  sənədli filmi nümayiş olundu

“Ölümcül Miras” sənədli filmi nümayiş olundu

16:44 11 noyabr 2026
“Apple TV”də yeni dövr - Filmləri işarət dilində izləmək mümkün olacaq

“Apple TV”də yeni dövr - Filmləri işarət dilində izləmək mümkün olacaq

15:56 11 noyabr 2026
“Ramayana” Britaniyanı fəth etdi:  Hindistan filmi tarixdə ilk dəfə zirvəyə qalxdı

“Ramayana” Britaniyanı fəth etdi: Hindistan filmi tarixdə ilk dəfə zirvəyə qalxdı

14:27 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər