Aktyor məktəb direktoruna niyə hücum edir? - PROBLEM

Aktyor məktəb direktoruna <span style="color:red;">niyə  hücum edir? - <span style="color:red;">PROBLEM
7 fevral 2018
# 20:49

Neçə gündür ictimai müzakirə olunan, sosial şəbəkələrdə istifadəçiləri tərəflərə bölən Rza Rzayev və məktəb direktoru olayında bir neçə məqam diqqəti çəkir.

Yayılan görüntülərə əsasən R.Rzayevin kobudluğu və ya belə deyək, basqısı, bir fərdin davranışından daha çox konteksti geniş məsələdir. Yəni belə bir olayın baş verməsi – vətəndaşın məktəb direktoru ilə “dədə-baba qaydasında” haqq-hesab çürütməyə getməsi dərin problemdən xəbər verir. Ara-sıra pasiyentin həkimi döyməsi və ya işçinin sahibkarı bıçaqlaması xəbərləri ilə rastlaşırıq.

Bu, niyə bu baş verir?

Pasiyent həkimə, vətəndaş məktəb direktoruna niyə hücum çəkir?

Çünki insanlarda mövcud səhiyyə sisteminə, təhsil sisteminə güvənsizlik, inamsızlıq var.

Cəmiyyətin bu, çox vacib institutlarının keyfiyyətsiz xidmət problemi var.

Və bu problem elə dərindir ki, fərdlər məhkəməyə müraciət etmək əvəzinə, məsələni qəbilə “qanun”ları səviyyəsində, “ana-bacı” söhbəti tonallığında ayırd etməyi daha adekvat sayır. Bu səbəbdən probelmin sivil, qanuni yolla həllinə ümud etməyən toplumun bir qismi Rza Rzayevi dəstəkləyir.

Hətta problem o qədər dərindir ki, "bu dövləti mən qurmuşam” deyən adam “qurduğu” dövlətin qanunlarına hörmət edərək, məsələnin hüquq müstəvisində həllini gözləmir və özfəaliyyətə keçir.

İctimai müzakirəyə təklif olunan videonun yayılmasının hüquqi tərəflərini yəqin ki, aidiyyəti orqanlar araşdıracaq. Təcrübə isə göstərir ki, görünən hər şey həqiqəti əks etdirmir. Yeri düşüb, maraqlı bir məlumatı bölüşüm. Amerikada aparılmış araşdırmaya görə, adam öldürməklə bağlı məhkəmələrdə yavaşladılmış görüntülərin sübut kimi göstərilməsi, andlıların qərarına təsir edir. Bu təsir əksər hallarda təqsirləndirilən şəxsin əleyhinə yönəlir.

Yəni yavaşladılmış görüntüdə odlu silahdan atəş açmış təqsirləndirilən şəxsin qəsdən adam öldürmək üçün qərar verməyə zamanı çoxmuş kimi görünür. Nəticədə andlıların qərarında adamöldürmə cinayətinin qəsdən törədildiyi qənaətinə gəlinmə ehtimalı üç dəfə artır. Çünki yavaşladılımış görüntü cinayətin necə törədildiyini daha aydın görməyə yardım etdiyi halda, cinayəti törədənin gerçək niyyəti haqqında yanlış təsəvvür yarada bilir. Bu isə cinayətin düzgün tövsifinə mane olur.

Yəni bu olayın arxasında min cürə xırda nüans ola bilər: doğrudan da direktorun videoda görünməyən, bilinməyən detallarla vətəndaşı təhqirə təhriki, emosional davranışa vadar etməsi və özünü haqlı çıxarması...

Hətta bu belədirsə, niyə təhsil sistemindən, direktorların fəaliyyətindən narazı olan adamlar da tapılır ki, R.Rzayevi günahlandırsın?

Məsələ onun adamları qıcıqlandıran leksikonunda, seçilmiş səs tonunda, sərgilədiyi davranışda - emosiyalarını məhəllə səviyyəsində, “ana-bacı” söhbəti üslubunda olmasındadır. Üstəlik, bu adam ictimaidirsə, mədəni sferda çalışırsa, üstəlik üç universitet qurtarıbsa, onda onun məhəllə səviyyəsindəki davranışının qınanılması tamamilə təbiidir.

Həm də ona görə ki, ictimai adamın davranışını örnək götürmək istəyənlər tapılacaq.

Halbuki, qəzəbin, etirazın emosional, amma fərqli ifadə formaları da mövcuddur.

Hər halda yaradıcı, üç universitet qurtaran adamın eitrazı da yaradıcı, orijinal olsun gərək.

# 3505 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər