Öpüşmə səhnəsinə görə sevgilisini tərk edən aktyor

Öpüşmə səhnəsinə görə sevgilisini tərk edən aktyor
12 fevral 2018
# 17:30

Onu türk serialı sevən tamaşaçılar “Öylə bir geçər zaman ki” serialındakı Mete rolu ilə tanıyıblar.

20 yaşı hələ tamamlanmamış Aras Bulut İncəmlinin bu seriala seçilməsi rejissor Zeynəb Günayın sayəsində mümkün olur. “Çipsi” reklamında gördüyü gənci çəkəcəyi serialın kastinqlərinə dəvət edən rejissor ona Mete Akarsu rolunu verir. Serial boyu süjetin tələb etdiyi məqamlarda Aras Bulutun daha bir bacarığı ortaya çıxır: o, musiqilər bəstələyir və oxuyur.

Aktyorluğa meyllənməsi onu təhsil aldığı Texniki Universitetin təyyarə mühəndisliyi fakültəsindən ayırır. Daha doğrusu, Aras təhsilini dondurur.

“Öylə bir geçər zaman ki” serialı ilə tanınsa da kamera qarşısına ilk dəfə “Arka sokaklar” serialında keçib və orada Şərəf xarakterini canlandırıb.

Buna qədər kastinq şirkətində çalışan qardaşı onu da rejissorlara təqdim edib və gənc oğlan xırda-para xərcliyini çıxarmaq üçün reklamlara çəkilib.

Bakı tamaşaçısı Aras Bulutu canlı-canlı 2012-ci ildə, “Mahmud və Məryəm” filminin qala gecəsində görüb. Yazıçı Elçinin əsəri əsasında ssenariləşdirilmiş Türkiyə və Azərbaycanın ilk müştərək filmində Aras Bulut Azərbaycanın ən məşhur aktyorları Fəxrəddin Manafov, Şamil Süleymanov, Məlahət Abbasova ilə çəkilir. Filmdə baş rolda - Mahmud obrazında oynayan Aras Bulutun aktyor oyunu tənqidçilər tərəfindən müsbət qarşılanmır.

2013-cü ildə Çağan İrmakın cinsi azlıqlar mövzusuna toxunan “Tamammıyız” filmində ayaqları və qolları olmayan qəhrəmanı oynamaq üçün idmançı bədənli Aras Bulut arıqlamaq qərarına gəlir:

“Tamammıyız”dakı qəhrəmanımın idmanla məşğul olması mümkün deyildi, o əzələli ola bilməzdi. Ona görə arıqlamaq qərarına gəldim və bir ayda 9 kq çəki atdım”.

2013-cü ildə məşhur “Möhtəşəm yüzil” serialında Şahzadə Bəyazidi oynayır.

2015-ci ildə çəkildiyi “İçerde” serialında əlini sındırır və məcburən ssenaridə qəhrəmanının da əlini “sındırmalı” olurlar.

“Mənə özümü kəşf etdirən, yetkinləşdirən bir duyğudur eşq”.

Qadın sevgisindən daha artıq Aras Bulutun həyatında sədaqətli qaldığı sevgi yəqin ki, Beşiktaş sevgisidir.

Uzun zaman aktrisa Bige Önal ilə görünən Aras Bulut onunla sevgili olduğunu gizləmir. “Ən güzəl hikayəm” çəkiliş meydançasında tanış olub eşq yaşamağa başlayan cütlüyün münasibəti böhran keçirir: Aras Bulut Bigeni “Qağayıların hökmdarı” filmində həmkarı Mehmet Günsürə qısqanır. Filmdəki öpüşmə səhnələri Arası özündən çıxarır. Bunun ardınca mətbuatda sevgililərin ayrılması xəbəri yayılır.

Hazırda “Çukur” serialında Dilan Çiçek Denizlə birgə baş rolda oynayan Aras Bulut öz serialındakı öpüşmə səhnələrini şərh etməsə də tərəf müqabili Dilan Çiçək “Böyüdüləcək bir şey yoxdur. Arasla kamera qarşısına keçməyimə çox sevinirəm” deyir.

# 2681 dəfə oxunub

Oxşar xəbərlər

Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

10:00 5 noyabr 2026
Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

09:30 5 noyabr 2026
“Dune 3”  üçün 55 tonluq kosmik gəmi tikildi

“Dune 3” üçün 55 tonluq kosmik gəmi tikildi

12:30 4 noyabr 2026
Süni intellektin  yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

Süni intellektin yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

10:43 4 noyabr 2026
“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

11:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər