Cənnət Səlimovanın gedişi, Bəhram Osmanovun gəlişi təsdiqləndi

Cənnət Səlimovanın gedişi,  Bəhram Osmanovun gəlişi təsdiqləndi
27 iyul 2012
# 12:16
Azərbaycanın bir sıra mədəniyyət qurumlarında yaş senzi ilə bağlı ixtisarlar olacaq.

APA-nın məlumatına görə, bununla bağlı həm Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, həm də digər müəssisələrdə ixtisarlar nəzərdə tutulur.

Gənc Tamaşaçılar Teatrından ixtisara düşənlər arasında teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimovanın da adı var.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına yeni baş rejissorun təyin olunacağı gözlənilir.

Teatrın direktoru, əməkdar incəsənət xadimi Mübariz Həmidov APA-ya açıqlamasında bildirib ki, tanınmış rejissor, xalq artisti Cənnət Səlimovanın baş rejissor vəzifəsindən gedəcəyi və bu vəzifəyə rejissor Bəhram Osmanovun təyin olunacağı nəzərdə tutulur:

«Bununla bağlı hələ rəsmi qərar yoxdur. Cənnət xanım da hazırda məzuniyyətdədir, ümumiyyətlə teatr heyəti işdə deyil. Belə bir söhbət var, amma heç bir rəsmi qərar və sənəd hələ yoxdur. Yenilik olsa artıq yeni mövsümdə məlum olacaq».

Xəbərdə vurğulanır ki, Cənnət Səlimova bu vəzifədən getməyə dair hələ heç bir ərizə yazmayıb. M.Həmidov mövcud qərarın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən veriləcəyini deyib.

Mədəniyyət ocaqlarında yeni ixtisarlarla bağlı tam məlumatın növbəti həftənin ilk günlərində açıqlanması nəzərdə tutulur.
# 1723 dəfə oxunub

Oxşar xəbərlər

Conni Deppin yeni filmi – Bu dəfə özü çəkib

Conni Deppin yeni filmi – Bu dəfə özü çəkib

16:41 9 iyul 2025
Oskarlı aktyordan "Blade"  etirafı

Oskarlı aktyordan "Blade" etirafı

17:34 8 iyul 2025
Onun atasını niyə həbs etmişdilər? - Sevda Ələkbərzadə haqqında

Onun atasını niyə həbs etmişdilər? - Sevda Ələkbərzadə haqqında

17:37 4 iyul 2025
Venesiya Film Festivalının açılış filmi açıqlandı

Venesiya Film Festivalının açılış filmi açıqlandı

17:25 4 iyul 2025
Feyyaz Yiğit və Haluk Bilginer tərəf müqabili oldular

Feyyaz Yiğit və Haluk Bilginer tərəf müqabili oldular

17:15 4 iyul 2025
Bred Pittin filmi 3 günə milyonlar qazandırdı

Bred Pittin filmi 3 günə milyonlar qazandırdı

09:40 2 iyul 2025
# # #