İranda qadınlar ərə gedəndən sonra bu niqabı taxırlar - FOTO

<b>İranda qadınlar ərə gedəndən sonra bu niqabı taxırlar</b> - <span style="color:red;">FOTO
6 fevral 2018
# 15:45

2010-cu ildə işlədiyi şirkətin göndərişi ilə Tayvana gedən Mehmet Honq-Konqu da gəzmək istəyir. Və bu maraq o zamandan onun tutqusuna çevrilir. İşdən çıxmağa qərar verir və 6 il çalışdığı işini tərk edib, dünyanı səyahətə başlayır. 8 ildən artıq davam edən yolçuluğu haqqında iki cilddə “Rotasız Səyyah” adlı kitab çıxarır.

Mehmetin etdiyi fotolayihələrdə qadınlar xüsusilə diqqət mərkəzindədir. Dünyanın müxtəlif ölkələrində qadınların vəziyyəti, həyatı, məişəti necədir?

Kulis.az Rotasız Səyyahın çəkdiyi qadınların fotolarını və tarixçələrini təqdim edir.

İranın Qəşm şəhəri. Zeynəb. 70 yaş. Üzündəki niqabı 56 ildir taxır.

Bu niqablar İranın Minab əyalətinə məxsusdur. Belə niqab taxmaq ənənəsi yox olmaq üzrədir, lakin, bəzi yerlərdə hələ də qorunur. Qadınlar bu niqabı evləndikdən sonra taxırlar. Niqab onları gündən də qoruyur.

Gildən qazan düzəldən 64 yaşlı İvini. Braziliya. Marubo.

Sennet. 13 yaş. Tacikistan, Pamir dağları. Sennet artıq üç ildir ki, yemək hazırlaya bilir.

Magül 28 yaş. Əfqanıstan. Herat. Magülün ərinin 3 arvadı var. Magül yeddi uşağı ilə kərpicdən tikilmiş, arada ərinin baş çəkdiyi evdə yaşayır.

Havagul. 35 yaş. Əfqanıstan Herat. Havagül 5 uşağı ilə birgə yaşayır. Əri ötən il 85 yaşında vəfat edib. Böyük oğlu ayaqqabı boyayır, özü isə evlərdə paltar yumaqla ailəsini saxılayır.

Mahtab. 80 yaş . Köçəri həyat sürən qaşqay türkü. İran.

Əminə, 40 yaş. İran. Qəşm.

Braziliyanın Amazoniya bölgəsində yaşayan Matis yerlisi. Yaşını bilmir. Üzündəki döymələri 12 yaşında ediblər. Mənasını bilmir, adətdir, deyir.

Adini demək istəməyən kolumbiyalı gözəl qız.

Kolumbiyanın Sierra Neva bölgəsində 15 yaşlı adsız qadın. Körpəsi beş gündür ki, doğulub. Evdə onu yerli çağırırlar. Qadınlara ad verilməməsi və ya çox gec verilməsi bu bölgədəki kəndlərdə yayğın haldır.

10 yaşlı Lalə bacısı ilə. Əfqanıstan. Herat.

Fatimə. 45 yaş. İran .Qəşm.

Fotosunun çəkilməsinə 10 dollar müqabilində razılıq verən panamalı qadın.

San-Salvadorlu qadın.

Qvatemalalı alverçi qadın.

Ekvadorlu çoxuşaqlı qadın.

Maya yerlisi. Meksika.

Kartagenanın rəngli qadınları rotasız Səyyah ilə. Kolumbiya.

# 4057 dəfə oxunub

Oxşar xəbərlər

“The Comeback King”  filminin treyleri yayımlandı

“The Comeback King” filminin treyleri yayımlandı

18:51 19 noyabr 2026
Xulio İqlesias  barəsində araşdırma başladı

Xulio İqlesias barəsində araşdırma başladı

17:48 19 noyabr 2026
“Glastonbury-2027”nin əsas ifaçıları məlum oldu

“Glastonbury-2027”nin əsas ifaçıları məlum oldu

17:12 19 noyabr 2026
Məşhur yazıçı vəfat etdi

Məşhur yazıçı vəfat etdi

16:47 19 noyabr 2026
Elton Con süni intellektə qarşı sənətçiləri müdafiə etdi: “Yaradıcılığımızı əlimizdən almayın”

Elton Con süni intellektə qarşı sənətçiləri müdafiə etdi: “Yaradıcılığımızı əlimizdən almayın”

16:21 19 noyabr 2026
“İvan İliçin ölümü” tamaşasının premyerası keçirildi

“İvan İliçin ölümü” tamaşasının premyerası keçirildi

15:55 19 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər