news-inner
clock10:00 calendar-gray 11 Fevral 2018 view-gray235 dəfə oxunub
view-gray235 dəfə oxunub

Ərinin xəyanətini unutmayan şairə - ANIM

Bu gün müasir Amerika poeziyasının ən böyük simalarından biri hesab edilənSilviya Platın anım gündür.

İlk romanı heç bir ay deyildi ki, nəşr olunmuşdu. Bu –“Şüşə qapaq altında”– elə sonuncu romanı oldu. Silviya əsərin nəşrindən bir ay keçməmiş intihar etdi.


31 yaşı vardı. Yaradıcılıq eşqinin qaynadığı dövr idi. İki uşaq anası olsa da, vaxt tapıb şeirlər yazır və artıq Amerikanın parlayan günəşini tənqidçilər tanımağa başlayırdı.

Lakin o bir andaca bütün bunlara son verdi. Qayğıkeş ana ölümünü dəqiqliklə hazırlamışdı: əvvəlcə uşaqları üçün səhər yeməyi hazırlayır, süd, yağ və s. sonra mətbəxə keçib şəlpəni isladaraq qapının altına dürtür. Yuxu dərmanı qəbul edir, dördgözü açır və başını sobaya soxub yatır...

Zalım atasını çox sevirdi

Silviya Plat 1932-ci ildə Massaçusets ştatında anadan olmuşdu. Atası alman mühaciri idi. Çox sərt adam olsa da, Silviya atasını sevirdi. Atası ölərkən Silviyanın səkkiz yaşı vardı.

Atasının sərt davranışları balaca Sliviyanın psixikasında silinməz izlər buraxdı. 1962-ci ildə yazdığı qalmaqallı“Atacan”və başqa şeirlərində bu təsir əks olunmuşdu.

İlk şeir

Silviyanın ilk şeiri dərc olunanda səkkiz yaşı vardı. “Şer” məktəb qəzetində dərc olundu. O dərslərini yaxşı oxuyur, şagirdlər arasında fərqlənirdi. Vaxtının çoxunu yazmaqla keçirən qızcığaz əlliyə yaxın hekayə yazmışdı. Əsərlərini qadın jurnallarına göndərsə də, hər dəfə rədd cavabı alırdı və bu, Silviyanı üzürdü.

Bostonun sevimli itkini

Təbiətən Silviya çox kövrək, depressiv xarakterli idi. İki işdə işləyən anası ailəni çətinliklə dolandırırdı. Silviyanın Smit kollecində oxuması üçün kifayət qədər maddi vəsait yox idi. Bir neçə dəfə isə Silviyaya yazıçıOlviya Hiqqins Proutikömək etmişdi. Bir zamanlar oxşar tale yaşamış bu qadın gənc qızdakı istedadı görür, onun üzə çıxması üçün səy göstərirdi.

Silviyanın depressiyaları ağır hal almağa başlayır. 1950-ci il avqustun 24-də o,“Gəzintiyə çıxmışam...”adlı məktub qoyub səhər tezdən yoxa çıxır. Bütün Boston gənc qızın axtarışına başlayır. İki gün sonra onu evlərinin zirzəmisində huşsuz vəziyyətdə tapırlar.

Zirzəminin döşəməsinə yuxu həbləri səpələnmişdi. Bu, Silviyanın ilk intihar cəhdi idi.

Anası söyləyirdi ki, qız son vaxtlar yalnızZiqmund Freydin “Patopsixlogiya”əsərini oxuyurmuş.

İngiltərə yollarında

1954-cü ildə“Dostayevskinin yaradıcılığında ikiləşmə”adlı diplom işini müdafiə edəndən sonra Silviya Kembric Universitetində təhsilini davam etditmək şansı qazanır. O, İngiltərəyə yollanır.

Image result for silviya plat


Universitetdə Silviya teatr truppasında çıxış etməklə yanaşı, dövrünün böyük ədəbiyyatçılarının mühazirələrinə qatılır. Eyni zamanda hekayələr, essələr, məqalələr, şeirlər yazır. Onun əsərləri universitet jurnalında dərc edilir.

Sevgili-qatil

Universitetin ədəbi kuluarlarında 1954-cü illərin parlayan şairiTed Hyuzunadı dolaşırdı. Qızlar bu gənc şairə valeh idi və onun sevgilisi olmağı səadət sanırdı. Silviya Tedin yaradıcılığından savayı, yaraşığına da heyran olur. O, Tedlə bağlı düzənlənmiş bir gecəyə dəvətsiz qatılır.

Gecədə Hyuzun bir neçə şeirini əzbər söylədikdən sonra onlar rəqs edirlər. Rəqs zamanı Silviya Tedin yanaqlarını dişləyir. Az sonra bu tanışlıq evliliklə bitir. Silviya hələ o zaman Ted haqqında bir şeirində yazırdı:“Bir gün mənim ölümüm də onun əlindən olacaq”.

Mehriban cütlük


1956-cı ilin yayında onlar bal ayı üçün İspaniyaya yollanırlar. İki şair yaradıcılıq işlərində bir-birinə dayaq olur və Silviya bilmədiklərini Teddən öyrənir. Silviya onun əsərlərinin üzünü köçürür, redaksiyalara yollayırdı.

Cütlük Bostona köçdükdə Silviyanın xəstəliyi yenidən baş qaldırır. Bütün günü işləyən şairə yaradıcılığa vaxt ayıra bilmir. Bu isə onu hədsiz dərəcədə üzür. 1958-ci ilin qışında Silviya pisixi müalicə almaq üçün xəstəxanaya yerləşdirilir.

İlk uşaqları doğulanda ailə İngiltərəyə qayıdır. Tedin şöhrəti artmaqdaykən Silviya bütün gününü uşağın beşiyi başında keçirtməli olur. Yazmaq üçün o heç cür vaxt tapa bilmir. Bir yandan da baldızı, Tedin ailəsi ilə olan soyuq münasibətləri onu üzür.

Şorgöz ər

Qadın düşkünü olan Tedin saysız xəyanətlərindən Silviyanın xəbəri olsa da, onun dözməkdən başqa çarəsi yox idi. Silviya Amerikadakı dostları ilə məktublaşır, dərdini minlərcə kilometr uzaqdakı tanışlarına anladırdı.

İkinci uşağın doğulmasına baxmayaraq, pozulan münasibətləri bərpa etmək üçün ailə istirahətə yollanır. LakinTed ailəsini İrlandiyada atıb kanadalı şairDevid VevilinarvadıAsya Vevilinyanına qaçır. Bu hadisədən sonra Silviya boşanmaq qərarı verir.

Image result for silviya plat


Ağrılı illər

Silviyanın artıq bir neçə şeir kitabı çap olunmuşdu. Bu illər onun üçün çox ağrılı keçirdi. Ailə münasibətlərində bəxtinin gətirməməsi, ərinin xəyanəti onu ruh düşkünlüyünə sürükləmişdi. Gənc şairə tamamilə gücdən düşmüşdü. Yalnız yazmaqla təskinlik tapa bilirdi. O, qəlbindən keçənləri inadla kağıza köçürürdü. 1960-cı illər Silviyanın yaradıcılığının zirvəsi idi. Şairə tezliklə dünya ilə vidalaşacağını sanki bildiyindən ciddi cəhdlə yazırdı. Artıq yarıavtobioqrafik“Şüşə qapaq altında”romanı da nəşrə hazır idi.

Selincerin qadın nüsxəsi


“Şüşə qapaq altında ” Viktoriya Lukasimzası ilə çap olundu. Əsər gənc qızEster Qrinvudunbaşına gələnlərdən bəhs edir. Kitabda Silviyanın həyatı ilə parallelllər o qədər çoxdur ki, tənqidçilər onu çəkinmədən avtobioqrafik əsər adlandırdılar.
Əsəri“Çovdarlıqda uçurumdan qoruyan”ınqadın nüsxəsi hesab edirlər. Əsər milyondan çox nüsxə ilə dərc olunur.
Ərindən rəsmi ayrılmasa da, Silviya Plat iki uşağı ilə birlikdə Londona, Primrouz-hilldəki evə köçür. Bu evdə əvvəllər ədəbiyyat üzrə Nobel mükafatı lauretıUilyam Batler Yeytsyaşamışdı. Silviya bunu yaxşı əlamət, bundan sonra həyatının düzələcəyini güman edir. O, yüksək məhsuldarlıqla yazırdı. Yanvar ayı boyu o dayanmadan çalışır və on beş günə iyirmidən çox şeir yazır. Lakin içindəki qəzəb Tedin xəyanətini unutmağa mane olur. Fevralın 11-də isə.... o, intihar edir.

Dirilmə

Onun əsərlərinə istər İngiltərədə, istərsə də Amerikada böyük diqqət yaranır. Tənqidçilər Platı yüksək qiymətləndirirlər.
Feministlər isə Silviya Platın intiharı ilə barışa bilmir, onun ölümünün səbəbini Ted Hyuzda axtarır, ona qarşı kampaniyalar təşkil edir, şeir gecələrini qışqır-bağırla boykot edirlər.

Bədbəxt ər

Müharibədən sonrakı dövrün 50 şairindən biri kimi ad qazanmış Hyuz bu qara ləkəni ölənə qədər üstündən ata bilmir. Çox çəkmir ki, birgə yaşadığıAsya Vevildə eyni ssenari üzrə intihar edir. Asyanın kiçik qızı Şura da bu zaman qazdan zəhərlənərək ölür. Növbəti faciədən sonra Ted Hyuzun adı şairlikdən başqa, qadın düşməni kimi də tarixə yazılır.

Oxşar xəbərlər

Xəbər lenti

Roma papasını lağa qoyan film çəkildi
14:15 02 İyul 2020
Uşaqlar üçün tamaşa
13:29 02 İyul 2020
Bəhram Bağırzadədən xoş xəbər
12:48 02 İyul 2020
“Laçınım” mahnısını efirə verməyə qorxdu, ailəsini mətbuatdan gizlətdi, qripin qurbanı oldu – Adını yanlış bildiyimiz Əməkdar artist
12:10 02 İyul 2020
Tələbə qız məşhur Azərbaycan romanından yazdı
11:49 02 İyul 2020
“Biz Kann festivalına ermənilərdən əvvəl getmişik” - Nazirlikdən açıqlama
11:15 02 İyul 2020
Kannda erməni biabırçılığı ilə bağlı Nazirliyə suallarım – Sevda Sultanova yazır...
10:37 02 İyul 2020
Dünyaca məşhur roman Azərbaycanda nəşr edildi
10:09 02 İyul 2020
Tağıyev bulağında qətl söhbəti – Ayxan Ayvazın yeni reportajı...
09:00 02 İyul 2020
Dünyanın ən böyük aforizm ustasından əzbərlənəsi 15 nümunə
21:02 01 İyul 2020
Ermitaj muzeyi açılır
18:42 01 İyul 2020
Uşaq arabasına qoşulan fil – Yazıçı Şahmar haqda esse
18:04 01 İyul 2020
"Ulduz"un iyun sayı nəşr edildi
17:12 01 İyul 2020
Röya koronavirus testindən keçib
16:29 01 İyul 2020
ABŞ Film Akademiyası təmsilçilik böhranı yaşayır
16:00 01 İyul 2020
Kinematoqrafçılar İttifaqından Kann Festivalına etiraz məktubu
15:14 01 İyul 2020
Xəyanətə görə boşanan, həkim səhvindən xərçəngə tutulan, son nəfəsdə keçmiş ərini arzulayan aktrisamız – Maraqlı faktlar
14:36 01 İyul 2020
Məşhur amerikalı aktyor vəfat etdi
13:54 01 İyul 2020
Mədəniyyət Nazirliyində yoxlamalar aparılır? - Rəsmi
13:12 01 İyul 2020
Qəpik-quruşa satılan yeni dünya - Şəhla Nihanın hekayəsi
12:38 01 İyul 2020