Tofiq Kazımovun məzarı ziyarət olunub

Tofiq Kazımovun məzarı ziyarət olunub
30 yanvar 2018
# 14:04

Akademik Milli Dram Teatrının və Azərbaycan Teatr Xadimləri İttifaqının kollektivi Fəxri xiyabanda xalq artisti, Azərbaycanın görkəmli rejissoru Tofiq Kazımovun məzarını ziyarət edib.

APA-nın məlumatına görə, Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov çıxış edərək, Tofiq Kazımovun Azərbaycan teatrının inkişafındakı rolundan danışıb.

Azər Paşa Nemətov qeyd edib ki, Tofiq Kazımov böyük rejissor, sənətdə öz dəst-xəti olan sənətkar kimi bir-birindən maraqlı səhnə əsərləri ilə tamaşaçıları sevindirib: “Tofiq Kazımov quruluş verdiyi tamaşalarla bütün rejissorlardan seçilirdi. Tofiq müəllim çox böyük sənətkarın ailəsində böyüyüb. Onun atası Səməd Mənsur teatr adamı və şair olmasaydı yəqin ki, Tofiq Kazımovu da başqa peşələr cəlb edərdi. Tofiq Kazımov təkcə böyük teatr xadimi deyildi. O, həm də müharibə iştirakçısı idi. Daha sonra Moskvada oxuyub və Bakıya qayıdaraq bir-birindən gözəl tamaşalar hazırlayıb. Nə yaxşı, bizim Tofiq müəllim kimi rejissorumuz və bu cür keçmişimiz var. Tofiq Kazımov kimi rejissorlarımız olmasaydı, bizim teatrımızın keçmişi, bu günü çox zəif görünərdi”.

Qeyd edək ki, 1964-cü ildən 1980-ci ilədək Akademik Milli Dram Teatrının baş rejissoru olmuş Tofiq Kazımov bu teatrın səhnəsində yaddaqalan tamaşalar yaratmaqla bərabər, gənclərin teatra cəlb olunmasında böyük rol oynayıb. Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır.

Tofiq Kazımov 14 yanvar 1923-cü il Bakıda doğulub və yeddiillik təhsilini burada alaraq teatr məktəbini bitirib (1939-1942). Böyük Vətən müharibəsində iştirak edib.

Sağlam yenilik və müasirlik ruhuna malik olan Tofiq Kazımovun Akademik Milli Dram teatrında baş rejissor kimi Şekspirin “Hamlet”, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Cəfər Cabbarlının “Aydın”, Məmməd Səid Ordubadinin “Qılınc və qələm”, Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” və s. əsərləri tamaşaya hazırlayıb.

# 2137 dəfə oxunub

Oxşar xəbərlər

Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

15:30 29 sentyabr 2026
Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq...  - Feminizm mövzusunda 10 məşhur əsər

Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq... - Feminizm mövzusunda 10 məşhur əsər

14:00 27 sentyabr 2026
Zərifliyin impressionist təsviri - Edqar Deqanın "Balet məşqi"

Zərifliyin impressionist təsviri - Edqar Deqanın "Balet məşqi"

13:30 27 sentyabr 2026
Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

12:00 26 sentyabr 2026
13 yaşında atasını itirdi, 17 yaşında evləndi - Vısotskinin sevdiyi “Cadugər qadın” kim idi?

13 yaşında atasını itirdi, 17 yaşında evləndi - Vısotskinin sevdiyi “Cadugər qadın” kim idi?

10:00 26 sentyabr 2026
Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər