Sevinc Telmanqızı San-Fransiskoda imza günü keçirdi

Sevinc Telmanqızı San-Fransiskoda imza günü keçirdi
29 yanvar 2018
# 16:20

Yanvar ayının 28-də “Yeni Müsavat” qəzetinin əməkdaşı Sevinc Telmanqızı ABŞ-ın San-Fransisko şəhərində imza günü keçirib. Musavat.com xəbər verir ki, “Trampın və Sevincin Amerikası” adlı kitabını Amerikadakı azərbaycanlılarla təqdim edən əməkdaşımız onlarla kitabdan və onun yazılma səbəblərindən danışıb.

Əməkdaşımız çıxışında bildirib ki, tam 1 il öncə, bu günlərdə Amerikaya səfər etmək üçün viza əldə edəndə ərsəyə belə bir kitab gələcəyini planlaşdırmamışdı: “Mən hər zamankı kimi yeni bir ölkə, həmin ölkədə yaşayan azərbaycanlıların hekayəsini yazmaq istəyirdim. Amma sizlərin hekayələriniz, ABŞ yaşantılarınız o qədər maraqlı oldu ki, bunların qəzet səhifəsində, sayt “dənizində” itib-batmasını istəmədik. Can verdik və kitab halına gətirdik. Gələcək nəsillər bu illərdəki azərbaycanlı mühacirlərin həyatı barədə məlumat əldə etmək istəsə, artıq ortada geniş bir vəsait var”.

İmza gününün təşkilatçısı, Kaliforniya Azərbaycan Mədəniyyət Evinin rəhbəri Həmid Azəri isə çıxışında bunun ABŞ-da yaşayan azərbaycanlılara bir töhfə olduğunu dedi. Onun sözlərinə görə, Azərbaycan mətbuatı çox nadir hallarda Amerikada yaşayan azərbaycanlılar, onların yaşantıları, problemləri barədə yazır: “Amma Sevinc xanım keçən il stat-ştat, şəhər-şəhər gəzərək burda yaşayan həmvətənlərimizi tapdı. Onlarla, onların cocuqları ilə danışdı. Bizim belə bilmədiyimiz, maraqlı həqiqətləri üzə çıxardı. İndi isə bu səfərin nəticəsi bizim əlimizdədir, kitab olaraq. Əslində bu, həm də “Yeni Müsavat”ın, Sevinc xanımın bizlərə hədiyyəsidir. Bizlər belə bir kitabı çox gözlədik”.

Daha sonra tədbirdə iştirak edən həmvətənlərimiz də kitabla bağlı öz fikirlərini söylədilər. Onların böyük əksəriyyəti “biz bu kitabın içindəki bütün yazıları daha öncədən, saytdan oxumuşuq. İndi isə kitab halında əlimizdə olması sevindiricidir”, dedilər.

İmza günündən sonra əməkdaşımız San-Fransiskoda yaşayan azərbaycanlıların təşkil etdiyi axşam yeməyi ziyafətinə qatılıb.

Musavat.com

# 2627 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər