Hacı Zeynalabdin Tağıyevin Parisdə dəfn edilmiş nəvəsi

Hacı Zeynalabdin Tağıyevin Parisdə dəfn edilmiş nəvəsi
17 yanvar 2018
# 15:03

Harda bir azərbaycanlı uyuyursa ora vətənin bir parçasıdır. İnsan da bir vətəndir. İstər sağ olsun, istər ölü... Və dünyanın dörd bir yanında tanınmış-tanınmamış həmyerlilərimizin məzarları var. Bu barədə oxucuları məlumatlandırmaq üçün Kulis.az “Gözü yol çəkən məzarlar” adlı yeni layihəyə başlayır.

Fransa hökuməti hələ Birinci Dünya Müharibəsi illərində bu ölkənin tərəfində vuruşaraq yaralanan müsəlman hərbçilərə xüsusi qayğı göstərib. Bu qayğının təzahürü kimi 1934-cü ildə Fransa uğrunda döyüşən müsəlmanların dəfn edilməsi ucun Paris yaxınlığındakı Bobinyi (fr. De Bobigny) qəsəbəsində xüsusi bir ərazi ayırıb. Bu, o vaxtlar Fransada yeganə müsəlman qəbiristanlığı olub.

1) Azərbaycan parlamentinin sabiq üzvü və Xalq Cümhuriyyətinin ilk nazirlərindən olan Mirzə Əsədullayevin məzarı da Bobinyi qəbiristanlığındadır. O, 1938-ci ildə Parisdə vəfat edib və burada torpağa tapşırılıb.

Mirzə Əsədullayev tanınmış Bakı milyonçusu Şəmsi Əsədullayevin oğludur, 1875-ci ildə Bakının Əmircan kəndində dünyaya gəlib. Azərbaycan müstəqilliyini elan etdikdən sonra parlamentə üzv seçilib. Fətəli xan Xoyskinin 1918-ci il dekabrın 26-da təşkil etdiyi üçüncü hökumət kabinetində Ticarət və Sənaye naziri vəzifəsini tutub.

1920-ci ilin aprelində Azərbaycanda sovet hakimiyyəti qurulduqdan az sonra həbs edilib. Lakin tezliklə həbsdən azad olunub və ailəsi ilə birlikdə Fransaya köçüb. 1927-ci ildə Parisdə Azərbaycan Neft Sənayeçiləri İttifaqı adlı təşkilat yaradıb və həmin təşkilatın prezidenti olub.

1938-ci il aprelin 14-də Parisdə vəfat edib və Bobinyi qəbiristanlığında dəfn olunub.

2) Mirzə Əsədullayevin 20 yaşlı qardaşı oğlu Nadir Əsədullayev isə əmisinin yanında dəfn edilib. O, 1939-cu ildə vəfat edib. Nadir Əsədullayevin anası Hacı Zeynalabdin Tağıyevin qızı Leyla xanım olub. Bir vaxtlar Bakının iki ən varlı adamının – Şəmsi Əsədullayev və Hacı Zeynalabdin Tağıyevin nəvəsi olan nakam gəncin qəbri indi belədir... Azərbaycanda bolşevik hakimiyyətinin qurulmasından sonra bir çox məşhur mülkədarların övladları da yaşayış yeri kimi Fransanı seçiblər.

3) Əkbər ağa Şeyxülislamov: 1891-ci ildə doğulub. Peterburq Dəmiryol Mühəndisləri İnstitutunda təhsil alıb. Zaqafqaziya Seyminin üzvü olub. 27 yaşında müstəqil Azərbaycanın əkinçilik və əmək naziri vəzifəsinə təyin edilib. 1919-cu ilin yanvarından Paris Sulh Konfransında Azərbaycan nümayəndə heyətinin üzvü kimi fəaliyyət göstərib. 1920-ci ildən mühacirətdə qalmağa məcbur olub. 1927-1932-ci illərdə Azərbaycan Milli Mərkəzinin üzvü olub, Qafqazın İstiqlal Komitəsində Milli Mərkəzi təmsil edib.

Ömrünün sonuna qədər Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizə aparıb. Əkbər ağanın qəbri, bir vaxtlar sözün əsil mənasında itmək üzrə olub. Ramiz Abutalıbovun sözlərinə görə, vaxtilə onu bu qəbiristanlığa başqa bir mühacir soydaşımız – Qədir Süleymanov aparıb.

O, Əkbər ağanın qəbrinin təxmini yerini göstərə bilib. Çünki qəbir tamamilə tanınmaz vəziyyətdə olub. Məzar Ramiz Abutaıbovun təklifi ilə Azərbaycan dövləti tərəfindən bərpa olunub.

Orda dəfn olunan azərbaycanlıların siyahısı:

1. Akbərağa Şeyxülislamov, Azərbaycan Cümhuriyyət naziri,

2. Əsədullayev Mirzə, Azərbaycan Cümhuriyyət naziri,

3. Əsədullayev Nadir

4. Xurşhud xanım Vəzirova (heç bir məlumat yoxdur)

5. Zülqadar Anouşiravan (Allahyar bəy Zülqadarovun oğlu)

6. Havar xanım Çermoeva (Dağlılar respublikasının prezidenti Abdul Məcid Çermoevin həyat yoldaşı).

7. Mahrux xanım Zülqadar (Allahyar bəy Zülqadarovun oğlu Əli bəyin həyat yoldaşı).

8. Bir məzarda iki nəfər Gogoberidze ve Axundov (adları oxunmur)

Rus qəbiristanlığında uyuyan azərbaycanlılar – “Gözü yol çəkən məzarlar”

# 4534 dəfə oxunub

Oxşar xəbərlər

Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

11:00 2 oktyabr 2026
Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

10:00 29 sentyabr 2026
Cəbrayıl Dövlətzadə kim idi? - 19 yaşında şəhid olan əsgərin həyatı və son döyüşü

Cəbrayıl Dövlətzadə kim idi? - 19 yaşında şəhid olan əsgərin həyatı və son döyüşü

12:00 28 sentyabr 2026
27 sentyabr Azərbaycanda Anım Günüdür

27 sentyabr Azərbaycanda Anım Günüdür

10:30 27 sentyabr 2026
Dostluq, narazılıq, siyasi rəqabət...- Rəsulzadə və Topçubaşov niyə qarşı-qarşıya gəldi?

Dostluq, narazılıq, siyasi rəqabət...- Rəsulzadə və Topçubaşov niyə qarşı-qarşıya gəldi?

10:00 20 sentyabr 2026
"Düşmənlərin öhdəsindən gəlməyin yolu sərt təzyiq siyasətidir..." - Məşhur alman yazıçının  Stalinlə müsahibəsi

"Düşmənlərin öhdəsindən gəlməyin yolu sərt təzyiq siyasətidir..." - Məşhur alman yazıçının Stalinlə müsahibəsi

10:00 17 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər