Quranda adı çəkilən meyvələr - SİYAHI

<b>Quranda adı çəkilən meyvələr</b> - <span style="color:red;">SİYAHI
16 yanvar 2018
# 09:00

Kulis.az müsəlmanların müqəddəs kitabı olan “Qurani-Kərim”də adı çəkilən meyvələrin siyahısını təqdim edir.

Xurma

Xurma və ya xurma ağacı olaraq kitabda adı 20 dəfə çəkilir. Hədislərdə cənnət meyvəsi olduğu, zəhərə qarşı təsiri olduğu qeyd olunur. Bundan başqa hədislərdə müsəlmanlara acqarına xurma yemələri məsləhət görülür, çünki xurma bağırsaq qurdlarını məhv edir. “Qurani Kərim”in “Məryəm” surəsində tanrı Məryəmə xurma yeməyi tövsiyə edir: “Xurma budağını özünə doğru çək, üstünə yetişmiş xurmalar töküləcək. Ye, iç, gözün aydın olsun!”

Əncir

Quranda adı bir dəfə çəkilir. “Əncir” (“Ət-Tin”) surəsi var. Surə belə başlayır: “Əncirə, zeytuna, Sina dağına və əlinizdəki kitaba and olsun”. Hədislərdə peyğəmbərin ənciri cənnət meyvəsi adlandırması deyilir: “Əgər cənnətdən enmiş bir meyvə desəm, bu əncir olar. Çünki oradakı meyvələr çəyirdəksizdir”.

Zeytun

Quranda adı altı dəfə çəkilir. “İnsan hələ bir yeməyinə baxsın! (Görsün ki, ona necə ruzi verdik). Həqiqətən, Biz yağışı bol yağdırdıq. Sora yeri gözəl yaratdıq (yaxşı yaratdıq), belə ki, orada dən (dənli bitkilər) göyərtdik; Üzüm və yonca; Zeytun və xurma (bağları), (ağacları bir-birinə) sarmaşan bağçalar, (növbənöv) meyvələr və ot (ələf) yetişdirdik”. (“Əbəsə”)

Üzüm

Quranda adı 11 dəfə çəkilir: “Göydən su (yağış) endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış salxımlar yetişdirdik. (Biz, həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik. (Onlardan hər birinin) bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda (Allahın Öz qüdrəti ilə yaratdığı bu şeylərdə) iman gətirən bir camaat üçün (Rəbbinizin varlığını sübut edən) dəlillər vardır.” (Ənam-99)

Nar

Quranda adı üç yerdə çəkilir. Nar haqqında Həzrəti Əlinin fikri də maraqlıdır: “Narı içindəki zəri ilə bərabər yeyin, çünki zəri (aralarındakı pərdə) mədəni təmizləyir”.

Albalı

Quranda adı bir dəfə çəkilir. Sağ tərəf sahibləri! (Əməl dəftərləri sağ əllərində olanlar!) Kimdir o sağ tərəf sahibləri? Salxım-salxım sallanmış banan, albalı ağacları altında; Çəkilməyən (daimi) kölgəliklərdə; Axar su kənarında; Bol meyvələr – Tükənməz və qadağan edilməyən (meyvələr) içində Və (bir-birinin üstünə yığılmış) hündür döşəklər üstündə (yaxud yüksək əxlaq və qeyri-adi gözəllik sahibi olan qadınlar yanında) olacaqlar!

Banan

Bu meyvənin adı Quranda bir dəfə, yuxarıda sitat gətirilmiş ayədə keçir. Lakin bir qədər mübahisəlidir. “Talx” bir çox Quran təfsirçilərinə görə banan deməkdir. Yaxud da banana bənzər meyvəsi olan meyvə olduğu deyilir.

# 17561 dəfə oxunub

Oxşar xəbərlər

Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

10:00 22 noyabr 2026
Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
Emir Kusturitsa: "Putinlə söhbət  mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

Emir Kusturitsa: "Putinlə söhbət mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

11:57 21 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər