news-inner
clock12:46 calendar-gray 11 Yanvar 2018 view-gray688 dəfə oxunub
view-gray688 dəfə oxunub

Rejissor Şamil Əliyev: “Dahi kinematoqrafçılardan təsirlənmişəm” - MÜSAHİBƏ

Kulis.az Rejissor Şamil Əliyevin “Cult critic film magazine” jurnalına müsahibəsini təqdim edir.

- Şamil, öncə sizi “Çölçü” filminə görə Kəlküttə Beynəlxalq Cult Film Festivalının Qızıl Tülkü Mükafatını qazanmağınız münasibəti ilə təbrik edirəm. Çölçü az qala dünyanın hər yerində nümayiş olunmuş və bir çox mükafatlar almışdır. Bu filmi çəkməyə sizi vadar edən məhz nə idi?

- Təbrikə görə minnətdarlığımı bildirirəm. Mən hər hansı bir film çəkməyə hazırlaşanda özümün qarşımda niyyətimi dəqiq yozumda formalaşdırıram, daha sonra ssenari üzərində işlər davam edir. “Çölçü” filmində vəziyyət bir qədər başqa cür idi. Mənə Vidadi Həsənovun artıq 3-cü variantı olan “Çölçü” ssenarisi təklif olunmuşdu. Buna baxmayaraq mən ssenarini müəyyən bir niyyət ətrafında cəmləşdirərək bir sıra dəyişikliklər apardım, son olaraq gördüyünüz film meydana gəldi. Konflikt arxaik dünya və qloballaşmaya məruz qalmış müasir dünya. Arxaik dünya çöl idi...

- Auditoriya filmi izləyərkən bəzi məqamlarda rejissorun şəhər həyatının süniliyindən bezdiyini və insanlığın təməl dəyərlərini Rusiya ilə Şimali İran arasındakı çöllərdə kəşf etməyə çalışdığını hiss edir. Bu belədir?

- Bəli. Azərbaycanlıların qan yaddaşında İrandakı soydaşlarım olan azərbaycanlıların mədəniyyətinin çox mühüm yükü var. Bizim ortaq sakral, metafizik dəyərlərlə yanaşı ümumi dil birliyimiz də var. Rusiya ilə isə bizi tarixin müəyyən kəsimində yaşamaq və digər sivilizasiyanın təsirini hiss etmək məcburiyyəti var. Çöl sakral bir zona olaraq mənim üçün “kökünə qayıtmaq”, əcdadlarımızın ruhunu duymaq kimi bir arzu idi.

- XXI əsrdə, sivil dünyanın texnologiya və media istehlakından ibarət olduğu bir vaxtda niyə düşünürsünüz ki, çölçünün hekayəsini danışmaq üçün doğru zamandır?

- Texnologiyanın inkişafı və sürəti, qlobalizasiyanın da sürətini şərtləndirir. Müasir insanın şüurü onun mənəvi dünyasının faciəsinə çevrilməyə başlayır. İnsan sanki bir biomassaya çevrilməkdədir. Min illərlə formalaşmış ümumbəşəri dəyərlər aşınmağa, deqradasiyaya uğramağa başlayır. Antropoloji katastofa. “Çölçü” filmində bu sualları ortaya qoymağa çalışmışam. Hər bir mükəmməl sənət əsərinin gücü, mənim fikrimcə sualları ortaya qoymağındadır. Tamaşaçıya və özümə də bu sualları vermək istəmişəm.

- Mən deyərdim ki, “Çölçü” filmdən daha çox vizual poeziyadır. Burada kompozisiyanın, rejissorluğun, kamera hərəkətinin və montajın inanılmaz sinxronizasiyası var. Belə bir vizual poeziyanı yaratmaq üçün hansı səhnə mizanı elementləri ən vacibləridir?

- Biz (əsas müəlliflər) çalışmışıq janr və stilin bütövlüyünü, temporitmin ahəngini, “Çölçü”də gördüyünüz filmin obrazına tabe edək. Mən, dünya kinosunun bir sıra dahi kinematoqrafçılarından təsirlənmişəm. Antonioni, Berqman, Kurosava, Midzoquçi, Rober Bresson, Satyacit Rey, Mrinal Sen kimi rejissorların filmlərinə indi də sevə-sevə baxıram. Mənim zövqümü bu dahilər formalaşdırıb.

- Azərbaycan kinosundakı son trend nədir? Hansı tip filmlər kino bazarında liderlik edir və müasir Azərbaycan kinosunun gələcəyi necədir?

- Azərbaycan tamaşaçısının zövqü bu gün dünyanın böyük şəhərlərində formalaşmış zövqlərlə eynidir. Gənclərin böyük əksəriyyəti əyləncə xarakterli filmlərə üstünlük verirlər. Müasir Azərbaycan kinosu perspektivdə öz kino sənayesini qurmaq üçün çalışmalıdır. Azərbaycan kinosunun öz simasını yaratmaq əsas məqsəd olmalıdır.

-“Çölçü” bir çox festivallarda nümayiş olunub. Necə düşünürsünüz, müstəqil kino gərək festivallar üçün çəkilsin, yoxsa auditoriya üçün? Müstəqil film festivallarının şöhrəti filmlərin kommersiya uğuru üçün nə dərəcədə effektivdir?

- Son məqamda hər bir film auditoriya üçün çəkilməlidir. Müstəqil film festivalları bu mənada kino sənətinin yenidən attraksiona çevrilməsinin qarşısını almaq, kinonu incəsənətin bir növü kimi qorumaq üçün çox vacib bir meydandır. Kinematoqraf təkcə texnologiyanın təntənəsi yox, fikrin, düşüncənin üstün gəldiyi bir sənət növü olmalıdır. Müstəqil Film Festivalları bu məqamları daim rəhbər tutmalıdır.

- Azərbaycanda film çəkərkən üzləşdiyiniz çətinliklər nələrdir?

- Azərbaycan müstəqil olandan sonra kino istehsalı prosesində müəyyən çətinliklər yarandı. Əvvəllər Sovet kino sənayesinin tərkib hissəsi olan Azərbaycanda kino sənayesi dağılandan sonra, yenidən öz kino sənayesini formalaşdırmaq zərurəti yarandı. Buna da müəyyən illər lazımdır.

- Rejissorun öz işində çatmalı olduğu ən vacib keyfiyyət nədir?

- Danışmaq istədiyin hekayəni “Məhz sən nə necə danışmalısan” sualına cavab vermək qabiliyyəti.

- Növbəti layihəniz nədir?

- “XALI” tammetrajlı bədii filminin ssenarisinin 3-cü variantı artıq hazırdır. Onu çəkməyə çalışacam.

- Müsahibəni yekunlaşdırmadan öncə son sualımız: Gənc rejissorlara hansı mesajı vermək istəyirsiniz?

- Antropologiya elmini və Aristotelin “Poetika” əsərini dərindən öyrənməyə çalışsınlar.

news-inner-user

19003 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Azad Qaradərəlinin yeni kitabı çap olundu
18:30 12 İyun 2021
Məşhur aktrisalar eyni filmdə
17:23 12 İyun 2021
Filmi qorxudan başqa ölkədə çəkdilər: Ölüm fətvası verilən yazıçının romanı necə ekranlaşdı?
16:30 12 İyun 2021
Bu roman yazılmalı deyildi – Seymur öz romanından yazır...
15:40 12 İyun 2021
Aleksandr Sokurov yeni filmindən danışdı
14:20 12 İyun 2021
Ramil Əhmədin Orxan Pamukla bağlı kitabı çap olundu
12:55 12 İyun 2021
İsa Hüseynovun qızı: “Uşaqları olmadığı üçün anamı ondan boşatdırmaq istəyirmişlər” - Müsahibə
12:30 12 İyun 2021
Məşhur filmin ikinci adı bəlli oldu
11:39 12 İyun 2021
Respublika Gənclər Kitabxanası Belinskiyə həsr olunmuş silsilə materiallar hazırlayıb
10:12 12 İyun 2021
“Almanı atdım xarala” mahnısındakı gizli məna nədir? – Unudulmaz mahnılar
09:03 12 İyun 2021
Kamal Abdullaya "Şərəf" ordeni təqdim edildi
18:42 11 İyun 2021
Nizami haqda yeni monoqrafiya - Rus dilində
18:01 11 İyun 2021
Atası anasını öldürməsin deyə, evdəki bıçaqları gizləyən qızcığaz
17:25 11 İyun 2021
Vaqif Səmədoğlu medalı sahiblərinə təqdim edildi
16:44 11 İyun 2021
Mikayıl Müşfiqə aid olduğu bildirilən qalıqlarla bağlı araşdırmaya fasilə verildi
16:02 11 İyun 2021
Xəyanət etməyən azərbaycanlı kişilərin problemi
15:14 11 İyun 2021
Rejissorumuz beynəlxalq mükafat aldı
14:36 11 İyun 2021
Atamı öldürən səbəb - Alpay Azər yazır
13:45 11 İyun 2021
Bu gün Kulisdə premyeradır – Qaçırmayın!
13:01 11 İyun 2021
Qızını məcbur aborta göndərdi, 17 yaş kiçik aktyorla eşq yaşadı, övladı ilə eyni xəstəxanada can verdi – Xalq artistindən 10 inanılmaz fakt
12:17 11 İyun 2021