writer1

Sevda Sultanova

Məqalə sayı

842
clock00:01 calendar-gray 25 İyul 2012 view-gray1533 dəfə oxunub
view-gray1533 dəfə oxunub

Markamaniya

Tanınmış jurnalistlərdən biriylə müsahibə almaq üçün görüşmüşdüm.

O qolumdakı saata nəzər salıb onun marka olub-olmadığını soruşdu.

Və marka malların həyatımızdakı mühüm rolundan, hər kəsin marka aksesuarlardan istifadəsinin, marka qiyafətlər geyməsinin vacibliyi haqda zəhlətökən, sarsaq mühazirə oxudu.

Sonra təsadüfən bildim ki, həmin jurnalist tanış olduğu adamlara eyni mühazirəni oxuyurmuş.

Lap Ulrix Seyidlın “It günü” filmində hər kəsə ən populyar supermarketlərin, ən yaxşı avtomobil markalarının hansı olması haqda suallar verən Anna obrazı kimi.

Marka mübtəlası olmasam da markamaniya virusunun daşıyıcılarına tolerant yanaşmağa, onları olduğu kimi qəbul etməyə çalşıram.

Markamanlar mənim üçün hədsiz darıxdırıcı, kreativ enerjisi olmayan adamlardır.

Çünki onlardan ötrü “marka, brend, ən bahalı” məhsullar yalnız məqsəddir, ilham mənbəyidir, qida qədər zəruridir, ictimai əhəmiyyət ölçüsüdür, vacib persona kimi görünməyin vacib şərtidir.

Daha ucuz avtomobillə, telefonla işləri idarə edilirsə, münasib qiymətə keyfiyyətli qiyafətlər alınırsa, nəhəng villada yox, normal şərtləri olan xudmani evdə də rahat yaşanırsa, izafi xərclərə nə gərək var?

Bir markaman tanışım vardı, israr edirdi ki, işlənmiş də olsa bahalı telefon alım. Və hamı da görsün ki, mənim telefonum markadır.

Əlbəttə ki, çox insanların bu cür xırda məişət məsələlərində ictimai rəylə hesablaşaraq yaşamasına alışmışıq.

Amma məsələ bunda deyil.

Markamanlara elə gəlir ki, əgər kimsə onlar kimi marka həvəskarı deyilsə, brendlərə biganədirsə, yaxtaya, imarətlərə sahib olmağı arzulamırsa riyakarlıq edir.

Anlatmaq çətindir ki, yer kürəsində kimlərsə markasız-brendsiz başqa, fərqli şeylərlə yaşamaq istəyir.

Cim Carmuşun “Yer üzündə gecə” adlı beş hissədən ibarət tragikomediyası var. Aktyor seçimi üzrə agent qadın taksi sürücüsü olan gənc qıza aktrisa olmaq, onu qısa zamanda ulduz etmək kimi şirnikləndirici təkliflər verir.

Amma qız imtina edir və deyir ki, onun ən böyük arzusu qardaşı kimi peşəkar mexanik olmaqdır.
REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Pərakəndəlik Nizami ilinə heç nə verməyəcək - Filoloq yazır
11:01 23 Yanvar 2021
Xalq artisti TƏBİB-ə müraciət etdi: "Bu vəziyyət peşəkarların itkisinə aparır"
10:36 23 Yanvar 2021
Nazirlik qələbəmizlə bağlı film müsabiqəsi elan etdi
10:17 23 Yanvar 2021
Fuad Poladov: “Başımı qırxıb məni Sumqayıta göndərdilər” – Müsahibə
09:00 23 Yanvar 2021
“Qətibə İnanc” tamaşası nümayiş olunacaq
18:55 22 Yanvar 2021
Məşhur aparıcılar AzTV-də "ər-arvad" oldu - Foto
18:16 22 Yanvar 2021
Nizami Gəncəviyə həsr olunmuş sərgi açılıb
17:35 22 Yanvar 2021
Hayl Hitler! - Qısa hekayə
16:55 22 Yanvar 2021
Zəfər Muzeyi harda olacaq? - Rəsmi açıqlama
16:23 22 Yanvar 2021
Bakıda Fransa filmləri festivalı başladı
15:55 22 Yanvar 2021
Birinci yerə layiq görülən yazar: “Bizdə müsabiqələr hamının könlünü almağa hesablanır” – Müsahibə
15:18 22 Yanvar 2021
Məşhur aktrisa vəfat etdi
14:37 22 Yanvar 2021
Bağırov onu Müdafiə naziri təyin etdi, erməni general sui-qəsd törətdi, vəzifəyə gəlməyinə bir gün qalmış qətlə yetirdilər – Həzi Aslanovun müəmmalı ölümü
14:02 22 Yanvar 2021
Ceyms Bond silsiləsindən yeni filmin premyerası yenə təxirə salındı
13:29 22 Yanvar 2021
Azərbaycanda Böyük Britaniya film festivalı başlayır
12:44 22 Yanvar 2021
Tənqidin tənqidi – Ağalar Qutdan yeni esse
12:08 22 Yanvar 2021
Yazıçılar Donald Trampa kitab qadağası qoydular
11:32 22 Yanvar 2021
Seks dəlisi olan qadınlar haqqında bir neçə cümlə
10:58 22 Yanvar 2021
Alen Delonun xanımı dünyasını dəyişdi
10:30 22 Yanvar 2021
Şairimiz Özbəkistanda qalib oldu - Ölümündən sonra
09:59 22 Yanvar 2021