İstanbulda azərbaycanlı şairə ilə görüş keçirilib

İstanbulda azərbaycanlı şairə ilə görüş keçirilib
2 yanvar 2018
# 07:50

İstanbulda azərbaycanlı şairə, Yazıçılar Birliyi Həmkarlar İttifaqının sədri Firuzə Məmmədli ilə görüş keçirilib.

Türkiyə Azərbaycan Dərnəyində (İSTAD) təşkil olunan görüşdə tanınmış ədəbiyyatçılar, İSTAD-ın üzvləri və poeziyasevərlər iştirak ediblər.

İSTAD-ın sədri Səfər Qaraqoyunlu şairə Firuzə Məmmədlinin yaradıcılığından danışıb.

Göstərilən diqqətə və qonaqpərvərliyə görə minnətdarlıq edən şairə görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Tədbir çərçivəsində şairə İstanbulda fəaliyyət göstərən “Araz yayınçılıq” nəşriyyatı tərəfindən türk dilində çap olunmuş “Sözlərim könlümü almağa gəlir” adlı kitabını oxuculara təqdim edib. /azertag.az/

# 2481 dəfə oxunub

Oxşar xəbərlər

Rəşad Məcidə ağır itki üz verdi

Rəşad Məcidə ağır itki üz verdi

10:33 15 noyabr 2026
Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər