“Bizim pulumuz yox idi, qonaqlığı Zəlimxan verirdi” – O illərin fotosu

“Bizim pulumuz yox idi, qonaqlığı Zəlimxan verirdi” – <span style="color:red;">O illərin fotosu
11 mart 2018
# 14:01

Layihə: O illərin fotosu

Layihədə ədəbiyyat tariximizdə qalan şəkillər haqqında şahidlər danışır.

Bu dəfə mərhum xalq şairi Zəlimxan Yaqub, tanınmış şair Rüstəm Behrudi və tənqidçi Məti Osmanoğlunun 37 il əvvəl çəkdirdiyi bu şəkli yada salırıq.

Rüstəm Behrudi

Image result for rüstəm behrudi

- Yəqin, 80-ci ilin ortalarıdır. Bu şəkildə mən kənddən yenicə Bakıya gəlmişəm. Zəlimxanla Məti artıq şəhər uşağıdır. Mən "Yazıçı" nəşriyyatında təzə-təzə redaktor işləyirəm. Zəlimxanla bir otaqda otururduq. Şəkli də iş yoldaşımız Saşa çəkib. Əvəzində də boynuma bir tut arağı qoyub. Mən də söz verdim ki, Ordubada gedəndə gətirəcəyəm! Məti bəy də bizim şöbədə olan şeir kitablarına rəy yazırdı. Qonaqlığı da, yəqin ki, Zəlimxan verir. Çünki nə Mətidə, nə məndə o vaxtlar pul tapılmazdı! Və bizi heç kim tanımırdı. Zəlimxan tanınmış şair idi. Düz 33 ildən sonra keçən həftə Məti ilə yenidən üz-üzə oturduq. Zəlimxan yox idi.

Məti Osmanoğlu

Image result for məti osmanoğlu

- 1985-ci ilin yayı olmalıdır. Mən onda “Ulduz” jurnalında işləyirdim. İlk yazılarım çap olunurdu. Rüstəm Behrudinin Naxçıvandan təzə gələn vaxtları idi, o da ədəbi mühitdə yenicə tanınmağa başlamışdı. Zəlimxan Yaqub isə artıq kifayət qədər populyar idi. Yazılarının çap olunmasından əlavə, müxtəlif ədəbiyyat tədbirlərini aparır, eləcə də ayrı-ayrı tədbirlərdəki alovlu nitqləri ilə diqqəti cəlb edir, aşıqlar məclislərdə şeirlərini oxuyurdu.

Şəkil çəkilən yer Hacı Zeynalabdin Tağıyevin toxuculuq kombinatıdır – o vaxt Leninin adını daşıyırdı. İndi peşəkar fotoqrafiya ilə məşğul olan şair Bayram Afurcalı kombinatın mədəniyyət evində çalışır, orada tez-tez ədəbiyyat tədbirləri keçirirdi. Bu şəkil də həmin tədbirlərdən birində çəkilib.

Masanın üstündəki şüşə sovet tarixinin maraqlı elementlərindən biridir: şampan şüşəsinin içindəki “kryuşon” adında içkidir.

Qorbaçovun alkoqolizm əleyhinə kampaniyası Azərbaycan iqtisadiyyatına, xüsusilə üzümçülüyə və şərabçılığa böyük ziyan vurmuşdu – şərab zavodlarının profili dəyişdirilmişdi. “Kryuşon” isə alkoqolsuz üzüm şirəsi idi, tərkibinə qaz vurulduğuna görə şüşə “partlayışla” açılırdı.

O görüşdən yadımda qalan çoxlu rəqs eləməyimiz olub. Bir də Zəlimxanın pafosla şeir oxuması.

Bu şəklin başqa varinatları da var. Onları mənə Bayram Afurcalı 30 ildən sonra çatdırıb. Bayram müəllimin arxiv saxlamaq istedadının mükəmməlliyinə sözün yaxşı mənasında heyrət eləyirəm. Əlacım olsa, onu ölkənin ən mühüm arxivinə rəhbər təyin edərdim.

Bir həftə əvvəl Rüstəm Behrudi ilə bir yerdə idik. Xeyli söhbət elədik. Rüstəmin təşəbbüsü ilə mən həyatımda ilk dəfə pivənin üstündən konyak içməyi sınaqdan keçirdim və pis alınmadı. Rüstəmlə keçmiş günləri yad elədik və qəribədir ki, yad elədiyimiz hadisələrdən biri də bu tədbir oldu.

# 2313 dəfə oxunub

Oxşar xəbərlər

Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

12:30 4 avqust 2026
Ovudulmaz ağrılar aşiqi - Afaq Məsud

Ovudulmaz ağrılar aşiqi - Afaq Məsud

11:00 4 avqust 2026
Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə  - Hansı el şairi ona buta vermişdi?

Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə - Hansı el şairi ona buta vermişdi?

15:30 1 avqust 2026
"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

16:30 31 iyul 2026
Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

11:00 30 iyul 2026
Süni İntellektuallarımız necə yarandı?

Süni İntellektuallarımız necə yarandı?

13:00 27 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər