news-inner
clock21:00 calendar-gray 19 Sentyabr 2019 view-gray248 dəfə oxunub
view-gray248 dəfə oxunub

Yazarlarımız heç yalan danışıblarmı? - Sorğu

"Yalan ayaq tutar, lakin yeriməz” deyimi artıq bu gün əksinə, həyatımızı büsbütün bürüyərək sosial, siyasi, iqtisadi sahələrdən tutmuş şəxsi həyatımıza qədər yol alıb.

Məşhur yazıçı Mark Tven yalanı bir cümlə ilə çox gözəl təsvir etmişdir: "Həqiqət ayaqqabılarını geyinməmiş yalan dünyanı artıq üç dəfə gəzir...”

Yazarlar bu suala cavab veriblər: Hansı yalanınız sizdə peşmançılıq doğurub?

Yazıçı Səfər Alışarlı: "Kim desə ki, ömründə yalan danışmayıb, ona inanmayın. Adamlar yalanı müxtəlif səbəblər üzündən danışır. Bunların içində mənim ən çox xoşuma gələni peşəkar yalançılardı. Bizim kənddə elələri varıydı, onların sözünə hamı müəyyən yumor hissi ilə yanaşırdı, çünki bilirdilər ki, onun nə danışmasından asılı olmayaraq, içində mütləq yalanın quyruğu bulanacaq.

Ədəbi aləmdə də elələrini tanıyıram, nə danışsa, baş qəhrəman özü olur: ədalət, qoçaqlıq, ağıl-kamal mücəssəməsi, seksual nəhəng və sair hamısı özüdür. Mən yalanı yalnız bədii mətndə sevə bilərəm, həyatda onu xoşlamıram. İstərəm ki, real həyatın bütün sahələrində, hətta siyasətdə də onun dozası az olsun.”

Yazıçı Şərif Ağayar: "Mən ümumiyyətlə yalan danışmıram. Nəyisə abartmaq olub, şişirtmək, bəzəmək-düzəmək olub, amma yalan olmayıb. Xeyirxah yalanalar danışmışam amma. Misal üçün məktəbin pəncərəsini qıran şagirdi satmamaq, şahidlik etməmək və s. Ona görə, siz deyən sualla bağlı yadıma heç nə düşmədi."

Yazçı, jurnalist İlqar Rəsul:"Yadıma gəlmir düzü belə bir yalanım. Yalan demişəm sözsüz ki, nələrisə. Amma mənim kimi adamlar buna görə sonradan peşman olmurlar. Yəni yalanı da yüz ölçüb bir biçmək lazımdı. Məncə yalanın da öz dəyəri var. Yalanı su yoluna döndərib urvatsız etmək olmaz. Məncə bəzən doğru danışmaq adamı daha pis peşman edir, nəinki yalan. Amma yenə də mən yalan danışmaqdan mümkün qədər çəkinməyin tərəfdarıyam.Hətta yalan danışdığına görə heç vaxt peşman olmasan belə.”

Yazıçı Azad Qaradərəli: "Demək, anam ağır xəstə idi, həkimə də getmirdi. Uzun çək-çevirdən sonra apardıq həkimə. Məlum oldu ki, döşündə o zəhrimardanmış. Mən bunu anama ürək edib deyə bilmədim. Düzdür, arif qadın idi, əslində nə çəkdiyini bilirdi. Amma mən bunu ondan gizlətdim. bilmirəm, düzmü elədim, səhvmi, amma hələ də onu özümə bağışlaya bilmirəm."

Yazıçı Mirmehdi Ağaoğlu: "Desəm ki, belə yalanım olmayıb yəqin yalan danışmış olmaram. Bu sualı fikirləşirəm, hələ də ağlıma elə bir yalan gəlmir ki, onu danışdığıma görə peşman olum. Ümumiyyətlə yalan danışmağı xoşlamıram, çalışıram yalan danışmayıb. Ancaq sənə deyim ki, yalan danışmağı bacaranlara, gopçulara xüsusi rəğbətim var. Məncə bu da xüsusi bacarıqdır. Arada fikirləşirəm ki, kaş mən də yalan danışa biləydim. Sonra da fikrimi dəyişirəm, deyəsən təbiətimə zidddir. Həyati vacib məsələlərdə yalan danışmaram, mənim yalanlarım fraqmentaldır, zərərsiz, məişət zəminində. Ancaq qəribədir ki, insanlar həqiqəti söyləyənə yox, həmişə yalan danışanlara inanırlar. Özümdən demirəm, bu yaxında belə bir araşdırmaya rast gəlmişdim. Bu cür araşdırmaları görəndən sonra yalan danışmayasan neyləyəsən?”

Yazıçı Narıngül Nadir:"İnsanlar yalanı daha çox çətin vəziyyətlərdən çıxmaq üçün işlədirlər. Ən çətini də odur ki, danışdığın yalanın üstü açıla. Ümumiyyətlə, dərəcəsindən asılı olmayaraq həyatda yalan danışmayan insan yoxdur. Hər kəs ən azından düşdüyü situasiyadan çıxmaq üçün yalan danışmağa məcburdur. Təbii ki, mən də yalan danışmışam, yalandan sonrakı peşmançılıq da olub. Amma təəssüf ki, indi detallarıyla xatırlaya bilmirəm.

Bir şeyi qeyd edim ki, insanın ən amansız yalanı özünü aldatmasıdır. Özümü yetərincə aldatmışam və peşmançılıq da çəkmişəm. Özünü aldatmaq ən azı zaman itkisi, arzularının, ideyalarının yollarda ləngiməsidir. Məsələn, mən orta məktəbi bitirdikdən sonra ixtisas seçimində yanlışlığa yol verdim. Özümü aldatdım ki, məndən yaxşı iqtisadçı çıxar. Yazı-pozudan uzaq durmağa çalışırdım. Bilirdim ki, bu sonu görünməyən, çətin bir yoldur.Yetərincə başımı qatdım. Amma təxminən 15 il sonra anladım ki, özümü aldatmışam, rəqəmlərlə uğraşdığım illər hədər gedibmiş.

Başqa arzularım da olub ki, üstündən xətt çəkib özümü aldatmışam. Amma sonunda yenə yalanım üzə çıxıb və yenə də peşmançılıq... Odur ki, istər özünə, istərsə də başqalarına qarşı yalandan uzaq durmaq məsləhətdir. Doğru deyiblər ki, ən gözəl biclik - düzlükdür.”

Yazar Sevinc Elsevər:"Adətən yalan danışmağı xoşlamıram. Yalandan qaçıram. Hətta yalan danışmağa məcbur qaldığım situasiyaları da xoşlamıram. Belə məqamlar olub. Məcbur qalıb yalan danışmışam. Məcburiyyətdən danışdığım yalanlara görə heç peşiman olmamışam. Çünki belə lazım gəlirdi. Yalanı sevmirəm. Mənə bir dəfə yalan deyən adama bir daha inanmaqda çətinlik çəkirəm. Əgər məcburiyyət qarşısında yalan danışırlarsa, bunu dərhal bağışlayıram. Məcburiyyətdən doğan yalanlar məsumdur. Bəzən də qarşımdakı adamın yalan danışdığını bilə-bilə onu pərt eləmirəm. İstəmirəm incidim, qəddar olum. Hətta özümü elə aparıram ki, o, daha çox inansın yalanına inandığıma.”

Yazar Hədiyyə Şəfaqət:"Özümə dediyim yalanlar... Başqalarına yalan söyləmək bacarığım yoxdur, çox yaddaşsızam, buna görə də ən yaxın yoldan doğrunu deməyi, mümkün deyilsə susmağı seçirəm.”

news-inner-user

12859 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Bir qrup mədəniyyət xadiminə mükafatlar təqdim edilib
13:02 18 Oktyabr 2019
İsi Məlikzadənin hekayələri Kulis-də
12:51 18 Oktyabr 2019
Qadını pisdir deyə narkotikaya qurşananlar – İlqar Kamil yazır…
12:01 18 Oktyabr 2019
Müstəqil Azərbaycanın ən yaxşı romanları - Siyahı
11:25 18 Oktyabr 2019
"Netflix" "Eşq" romanından serial çəkəcək
10:55 18 Oktyabr 2019
Xalq artistinə ev verildi
10:15 18 Oktyabr 2019
“Yuğ”da "Müəmmalı bir qətlin üç versiyası”
09:52 18 Oktyabr 2019
Ucdantutma hamını bir-bir öpürdüm – Bircənin romanı
08:55 18 Oktyabr 2019
Nobeli alan yazıçının ilk müsahibəsi: “Qorxuram...”
21:00 17 Oktyabr 2019
Adil Cəmilin 65 illik yubileyi qeyd edilib
18:40 17 Oktyabr 2019
“Bir şeir” yarışmasının qalibləri mükafatlandırıldı - Fotolar
18:00 17 Oktyabr 2019
“YUĞ”da “Lənət” olacaq
16:57 17 Oktyabr 2019
Haqqımı mənimsəyən İmdat Avşar
16:15 17 Oktyabr 2019
Kəramət Böyükçöl: “O qız bilməliydi ki, mən anormalam” – Müsahibə
15:31 17 Oktyabr 2019
Bakıda ilk: Dayanacaqda kitab köşkü - Foto
14:45 17 Oktyabr 2019
“Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgi davam edir
14:17 17 Oktyabr 2019
Rusiyaya gedən azərbaycanlının kədərli tarixçəsi
13:30 17 Oktyabr 2019
Nəsiminin 650 illiyi UNESKO-da qeyd olunub
12:50 17 Oktyabr 2019
Bu şeirlər 10-luğa düşüb - Mətnlər
12:20 17 Oktyabr 2019
Bu gün qaliblərə mükafatlar təqdim olunacaq
11:35 17 Oktyabr 2019