news-inner
clock09:00 calendar-gray 21 Dekabr 2017 view-gray259 dəfə oxunub
view-gray259 dəfə oxunub

Milis polkovnikini soyunduran Xalq şairi – MARAQLI ADAM

Kulis.az “Maraqlı adamlar” layihəsindən Xalq şairi Qabil haqda əhvalatları təqdim edir.

Gəncliyindətutulan şair-tədqiqatçı Gülhüseyn Hüseynoğlu həbsxanadan çıxanda qələm dostları ona yaxınlaşmağa, onunla oturub-durmağa ehtiyat edirmişlər. Qabilsə... Küçədə ilk rastlaşanda gedib boynunu qucaqlayıb, üzündən öpüb, güzəranı ilə maraqlanıb və “Azərbaycan” jurnalından aldığı 300 manat qonorarı son qəpiyinəcən onun cibinə qoyur.

***

Qabil maşından düşür, pivə köşkünə yaxınlaşır, bir butulka pivə alıb başına çəkir. Bunu görən yol milisi ona yaxınlaşır:

- Sükan arxasında pivə içirsiniz!

- Kim deyir? – Qabil əlinin üstüylə ağzının köpüyünü silib deyir – Mən üç-dörd saat gəzəcəm, pivənin təsiri tamam gedəndən sonra maşına oturacam.

Və gəzməyə başlayır. Yol polisi ona beş-on dəqiqə tamaşa edib çıxıb gedir.

***

Gənc şair Azad Yaşar Qabilin “Nəsimi” poemasını sərt tənqid etmiş, onu hürufiliyi bilməməkdə günahlandırmışdı. Qabil çox əsəbiləşib “Ədəbiyyat qəzeti”ndə cavab yazmışdı. O, yazıda Azad Yaşar haqda qəribə bir epitet işlətmişdi: “Sütül demaqoq!”

***

Qabil səhər tezdən həyətə düşüb təzə aldığı “Jiquli” maşınını min-bir əziyyətlə yuyur. Birdən qonşu eyvana çıxıb gülümsünür:

- Qabil müəllim, sabahınız xeyir. Çox sağ olun, maşınımı yaxşı yumusunuz, amma maraqlıdır, niyə özünüzün yox, mənim maşınımı yumusunuz?

Qabil həyəcanla çevrilib yuduğu maşının yanında dayanan eyni rəngli “Jiquli”isinə baxır... O səhv salıbmış... Nömrəyə baxmaq ağlına gəlməyibmiş.

***

Hansısa iclasda Qabil əyilib yanında oturan adamın ayağını qaşıyır. Bir dəfə... İki dəfə... Üç dəfə... Adam dözmür:

- Qabil müəllim, mənim ayağımı niyə qaşıyırsınız?

Qabil:

- A! Bu sizin ayağınızdır? Mən də deyirəm qaşımaqdan niyə ləzzət ala bilmirəm!

***

70 illiyinə həsr olunmuş tədbirin sonunda Qabilə söz verirlər. Salonda oturanların yorulduğunu hiss edən şair “Ümid sənədir ancaq, Azərbaycan əsgəri!” şeirini yarımçıq oxusa da tamaşaçılar sürəkli əl çalır. Alqış bitəndə Qabil deyir:

- Bilsəydim bu qədər əl çalacaqsınız, şeirin hamısını oxuyardım.

***

75 illik yubileyində tribunaya çıxıb deyir:

- Hə, elə bilirdiniz 70 yaşımı keçirdib mənimlə üzülüşdünüz?! Görürsünüz, 75 də oldu.

***

Qabil şair Musa Yaqubgilə qonaq gedir. Çıxıb çayın qırağında, meşənin ətəyində gəzişirlər. Çayın şırıltısı, meşənin xışıltısı ruhlarına sakitlik verir. Di gəl, onlarla birlikdə gəzən başqa bir adam çox danışırmış. Qabil dayana bilməyib deyir:

- A kişi, sus, qoy təbiət danışsın, bir az da ona qulaq asaq!

***

İki gənc şair prezident təqaüdünü bankomatdan yenicə almış Qabilə yaxınlaşır:

- Qabil müəllim, yeyib-içmək istəyirik, pulumuz yoxdur, bizə kömək edə bilərsiniz?

Qabil:

- Mənim gözüm üstə - deyib əlini arxa cibinə atır, qəfil yuxarı qaldırıb işığa tutur: “Əlliminlik!”

- Yox, bu çox olar - deyib, yan cibinə qoyur və təkrar əlini arxa cibinə atır, başqa bir əskinaz çıxarıb işığa tutur: “Onminlik” – Hə, bu olar - deyib onu şairin birinə uzadır və eyni qayda ilə ikinci “Şirvanı” çıxarıb o biri şairə verir.

***

Qabilin bir dostu varmış. Milis polkovniki imiş. Həm də şeir yazırmış. Qabil onun şairliyindən istifadə edib yaxşıca qonaqlıqlar təşkil etdirirmiş. Bir dəfə içib keflənəndə lap qabağa gedir. Deyir, sən canın, o papağı çıxart, adam səndən qorxur. Sonra deyir, pencəyi də çıxart, poqonlarının parıltısı gözümüzü deşir. Axırda deyir, silahını ver baxaq. Polkovnik bütün deyilənləri edir, silahı verməyə razılaşmır. Qabil şirin dilini işə salıb silahı alır. Hətta göyə ikisini boşaldır da! Silah səsini eşidən asayiş keşikçiləri tökülüb gəlirlər, polkovnik birtəhər vəziyyəti izah edib onları yola salır.

Məclisdən sonra Qabili evinə qoyan polkovnik sağollaşanda deyir:

- Qabil, mən ya gərək polis işini atam, ya da şeir yazmağı!İkisi bir yerdə alınmayacaq.

news-inner-user

15806 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020
İcazə verək, insanlar Allahlarıyla dalaşsın - İlqar Kamil yazır...
14:07 11 İyul 2020
Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü - Maraqlı Faktlar
13:15 11 İyul 2020
Məktublarda gizlədilmiş sevgilər - Malik Atilayın yeni şeirləri
12:08 11 İyul 2020
Sadəcə, Şahin
11:18 11 İyul 2020
Orxan Pamuk Qərbə yarınır - Şəhriyar yazır...
10:21 11 İyul 2020
Tofiq azərbaycanlı qızı ləkələyir, rus qızıyla evlənir – Məşhur filmin pərdəarxası
08:59 11 İyul 2020
"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020
Süni şöhrətə qaçan gənc şair və Allahın “cangüdənləri” – Sərdar Amin yazır...
12:15 10 İyul 2020