Şirazda bağlanış mərasimi olub: qaliblər arasında həmyerlilərimiz də var

Şirazda bağlanış mərasimi olub: <span style="color:red;">qaliblər arasında həmyerlilərimiz də var
20 dekabr 2017
# 11:09

Dünən İranın Şiraz şəhərində İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun, İran Gənclər və İdman Nazirliyinin və digər dövlət qurumlarının rəhbərliyinin, beynəlxalq təşkilatların, İƏT üzv dövlətlərin gənclər hərəkatlarının nümayəndələrinin iştirakı ilə gənc xəttatlar üçün kalliqrafiya, gənc rejissorlar üçün “Qısa film” və gənc yazarlar üçün “Qısa hekayə” müsabiqələrinin təntənəli mükafatlandırma və bağlanış mərasimi keçirilib.

Təşkilatdan Kulis.aza verilən xəbərə görə, bağlanış mərasimində çıxış edən İƏT Gənclər Forumunun sədri, səfir Elşad İskəndərov 2017-ci ildə proqram çərçivəsində Puytaraya (Malayziya), Fəs (Mərakeş) və Şirazda (İran) keçirilən 20-dən çox mədəni və elmi tədbir barədə məlumat verərək, bu proqramın islam dünyasının həmrəyliyinin gücləndirilməsinə hədəfləndiyini vurğulamış, eləcə də ərazi bütövlüyü, terrorizmlə mübarizədə müsəlman ölkələrinin həqiqi həmrəylik nümayiş etdirmələrinin vacib olduğunu vurğulayıb.

E.İskəndərov 2017-ci ilin Azərbaycanda İslam həmrəylik ili olduğunu qeyd etmiş, 2018-ci ildə isə Azərbaycanın İƏT Gənclər və İdman Nazirlərinin 4-cü konfransına ev sahibliyi etməsinin əhəmiyyətini qeyd edib.

Daha sonra qaliblərin elan edilməsi və mükafatlandırılması mərasimi olub. Dünyanın hər yerindən mindən çox hekayənin göndərildiyi “Qısa hekayə” müsabiqəsində, beynəlxalq münsiflər heyətinin qərarı ilə Azərbaycan təmsilçisi yazar Mirmehdi Ağaoğlu “85-ci gün” hekayəsi ilə 1-ci yerə layiq görülüb.

2-ci yeri iranlı Atif Sədat Tavasoli (“Şənbə”), 3-cü yeri isə nigeriyalı Yusuf Osman (“Qiyamdan sağ çıxan”) tutub.

Azərbaycan təmsilçiləri olan yazarlar Sevda Məmmədova və Fikrət Yusubov müsabiqənin xüsusi mükafatı ilə təltif olunublar.

100-dən çox filmin göndərildiyi “Qısa film” müsabiqəsində ən yaxşı resjissor işinə görə ABŞ-da yaşayan Məryəm Zahirimehr (“Balığa danış”), ən yaxşı ssenariyə görə Banqladeş təmsilçisi Sadiqpur Rəhman (“Allaha məktub”) və ən yaxşı cizgi filminə görə İran nümayəndəsi Leyla Novruzi (“Söz-söhbət”) qalib seçiliblər. Film müsabiqəsində Azərbaycan təmsilçisi gənc rejissor Kamran Səfərəlizadə də (“Bir sülh, bir şans”) xüsusi mükafatla təltif edilib.

Quran xəttatlığı üzrə keçirilən müsabiqədə Misir və Bosniya-Herseqovina nümayəndələri xüsusi sertifikatlarla təltif edilibər. Hər üç nominasiya üzrə keçirilən müsabiqə qalibləri və xüsusi mükafat alanlar üçün ayrılıqda seminarlar da keçirilib.

Xatırladaq ki, oktyabr ayında yekun vurulmuş beynəlxalq Quran qiraəti müsabiqəsində Azərbaycan təmsilçiləri 2-ci və 3-cü yerlərə layiq görülüb.

Builki “İslam Dünyası Gənclər Paytaxtı” proqramına digər ölkələrdə nəzərdə tutulan bütün tədbirlər başa çatdıqdan sonra yekun vurulacaq. Növbəti 2018-ci il üçün İslam Dünyası Gənclər Paytaxtı olaraq isə İƏT Gənclər Forumunun qərarı ilə Qüds şəhəri seçilib.

# 1949 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." -  "Müasir Homer" adlandırılan yazıçı

"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." - "Müasir Homer" adlandırılan yazıçı

13:30 24 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

13:00 23 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər