“Multikulturalizm” jurnalının yeni sayı işıq üzü görüb

“Multikulturalizm” jurnalının yeni sayı işıq üzü görüb
19 dekabr 2017
# 10:20

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” jurnalının 2017-ci il üçün üçüncü sayı işıq üzü görüb.

Jurnal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1-ci Dünya Skaut Konfransının iştirakçılarına təbrik məktubu ilə açılır.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki, Roş-Ha-Şana – Yeni il münasibəti ilə Azərbaycanın yəhudi icmasına təbriki və BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışı çap edilib.

Jurnalın rəsmi bölməsi bu materialla qapanır.

“Forumlar, Konfranslar, Dəyirmi Masalar” bölməsində avqust ayının 14-də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilmiş Dünya Skaut Hərəkatı Təşkilatının 41-ci Bakı Konfransının gündəliyi verilib.

“İslam Həmrəyliyi İli” rubrikasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin aparıcı məsləhətçisi, ilahiyyatçı Rövşən Nəzərovun “İslam həmrəyliyi: problemlər və prespektivlər” adlı məqaləsi dərc olunub.

Jurnalın “Dialoq” bölməsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə Baş məsləhətçisi Etibar Nəcəfovun Polşada ATƏT-in insan haqlarına həsr olunmuş tədbirinə dair müsahibəsi dərc edilib.

“Çoxmədəniyyətlilik” rubrikasında Əli Fərhadovun “Cənubi Qafqazda multikulturalizmin ədəbi-publisistik qaynaqları” məqaləsi yer alıb. Sözügedən bölmədə eyni zamanda Məlahət Babayevanın ““Uçurum dərələrə” eşqdən körpü salan ədəbiyyatımız” adlı məqaləsi də dərc edilib.

“Azərbaycan əcnəbilərin gözü ilə” rubrikasında İkinci Dünya müharibəsində əsir düşmüş alman əsgəri Villi Deşin gündəliyindən qeydlərin ardı dərc edilib.

“Axundov zalı” rubrikasının poeziya guşəsində tanınmış şair Rüstəm Behrudinin şeirləri dərc olunub.

“Höte zalı”nın nəsr bölməsində Nəriman Əbdülrəhmanlının tərcüməsində gürcü yazıçısı Qoderzi Çoxelinin “Küknarlara məktub” hekayəsi oxuculara təqdim edilir.

“Tənqid və Esseistika” bölməsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin rəhbəri Rəşad İlyasovun “Kamal Abdullanın “Birun-Əndərun” dilemmasına metafizik baxış” adlı məqaləsi çap edilib.

Jurnalın “Multikulturalizm mozaikası” rubrikasında 2017-ci ilin üçüncü rübündə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, eləcə də ölkə ərazisində keçirilən tədbirlər işıqlandırılıb. Adı çəkilən bölmədə eyni zamanda “Azərbaycanın Gənc Dostları Klubu” üzvlərinin erməni silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində həlak olan iki yaşlı Zəhranın ölümü ilə əlaqədar dünyadakı həmyaşıdlarına ünvanladığı müraciət, “Mədəniyyətlərarası dialoq dini və mədəni müxtəliflik kontekstində – Azərbaycanda dinlərarası harmoniya” adlı V Beynəlxalq mültikulturalizm yay məktəbinin gündəliyi, iştirakçıların keçirdiyi görüşlər və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti yer alıb.

Jurnalın budəfəki “Region” əlavəsində “Təbrizdən gələn səslər” başlığı altında Bəxtiyar Muğanoğlunun, Elmira Kəriminin, Duman Ərdəmin, Bulud Muradinin, Dinməzin və digər şairlərin şeirləri toplanmışdır. Qeyd edək ki, “Region” əlavəsinin növbəti səfəri Azərbaycanın Qərb bölgəsinə olacaq./sim-sim.az/

# 2662 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər