news-inner
clock09:00 calendar-gray 12 Dekabr 2017 view-gray458 dəfə oxunub
view-gray458 dəfə oxunub

Cəhənnəmə açılan qapı, yiyəsiz qıfıl, kəfəni xatırladan geyim - Repressiya sərgisindən REPORTAJ

Ayxan Ayvaz

"Ey fələk keçdi zaman dalğa gibi,

Elə bir dalğa ki, qorxunc, əsəbi".

Hüseyn Cavidin misrasıyla başlayır repressiya qurbanlarına həsr olunmuş sərgi.

Sərgidə bu il 135 illiyi qeyd edilən repressiya qurbanı Hüseyn Cavidin guşəsinə yaxınlaşıram.

Hüseyn Cavidin məhbus şəklinə baxıram. Profildən və öndən çəkilmiş saralmış şəkil. Yəqin ki, ömrünün son fotosu. Şair demiş, bir də gördün fotodu adam. Saçı qırxılıb, üzündəki təbəssüm aradan götürülüb. Aşağıda sənədlər, şəkillər. İrkutsk əyaləti. Hüseyn Cavidin sürgün yeri. Ölümə qovuşduğuuzaqlıq. Muzeyin əməkdaşı deyir ki, ayağını don vurub, sonra infarkt keçirib. Düşündüm ki, Hüseyn Cavid kəsilən ağac kimi yerə yıxılanda kimin qolları arasında düşüb?

Sahiblərinin öldürüldüyü, sürgün olunduğu əşyalar muzeyindəyik. İstiqlal Muzeyində Stalin repressiyalarının 80 illiyi ilə əlaqədar təşkil olunan “Qara dastan - 37” adlı sərgidən danışıram.

Şəkillər, sənədlər, geyimlər... Bütün əşyaların öldüyü an. Nə vaxtsa o əşyalara insan əli toxunub.

Düz ortada Stalinin şəkli. Qırağında belə bir plakat yapışdırılıb: “Stalin repressiyaları zamanı repressiya olunan insanların müvəqqəti saxlanma kameralarının qapısı”.

Məhbuslar bu qapıdan içəri keçiblər. İşıq düşməyən zirzəmi var arxasında. Burda dustaqları bir bazar günü günəşə çıxartmayıblar. Qaranlıqla qardaş olub o zirzəmi. Dustaqlar içəriyə sızan işıq zolaqlarından yapışmaq istəyiblər. Muzeyin əməkdaşı işçilərindən birinin o zirzəmini dəhşətlə xatırladığını deyir. Həmin orijinal qapı indi qabağımızdadır. Mən qapı deyirəm, siz “cəhənnəm” bilin. Ölümə gedənlərin qapısı. Sabah o qapı zəhmlə açılacaq və dustaqlar güllələnmək üçün aparılacaq. Ölümü o qapının arxasında gözləyiblər. Mən o qapıda ilişib qalmış dustaq dualarını eşitdim.

O dualar bu qapının arxasında qalıb, çölə çıxa bilməyib. Cavab kimi soyuq küləklər girib o zirzəmiyə. Bir-birinə qısınan dustaqların nəfəsi ilə qızınıb o zirzəmi.

Tanrı da sığışa bilməyib o dibsiz quyuya. Bütün səslərin sükuta çevrildiyi yerdi bu qapı.

Fikir verin, qapı açıqdı və ilk gözə dəyən Stalinin tükürpədicidi şəklidir. Şəkildə güllənin soyuqluğu var. Qapının ortasında balaca bir dəlik var. O dəlik yəqin ki, dustaqlara çörək və su ötürmək üçün qurulub. Balaca nəfəslik. Amma o boşluq yalnız soyuqları qonaq edəcək. Heç bir məktub atılmayacaq o boşluqdan içəriyə. Dustaqlar bəlkə də o boşluğa baxıb dəfələrlə köks ötürüblər. Mən o qapıda heç bir təsəlli yeri qoymazdım. Ölümə göndərilən adam üçün təsəlli də cəhənnəm nəfəsidir.

O qapıdan əvvəl müstəntiqin soyuq otağının qapısı repressiya olunmuş adamın üzünə açılacaq. “Belomorkanal” siqareti çəkən, zəhmli, zirzəmi kimi soyuq üzlü müstəntiq qarşılayacaq onu. Yarıçəkilmiş siqareti, külqabısı və qələmini gördüm müstəntiqin. Leninin heykəli də o masanın daimi əşyasıydı. İşini tez yekunlaşdırmaq və təqsirkarı vaxt itirmədən güllələməyə göndərmək onun üçün böyük zövqdür. Elə zövq ki, siqaretini belə yarımçıq qoymağa razıdır. Sənədlər qabağında sıralanıb. Bir adamın həyatına son qoyacaq sənədlər. Vecsiz biznesmenin qəhqəhəsi eşidilir o masada. Təsəvvür eləyin, o masanın arxasında sevincək dillənir: “Güllələyin”. Mən o müstəntiqin qabağında oturmuş adamın əllərinin əsdiyini gördüm. Qrafinka gözə dəyir bu məqamda. İçi dolu su. Təqsirkar müstəntiqi dinləmir, qıyqacı qrafinkaya baxır. Bəlkə də məhkumların ölümü gözlədiyi o qapıya getmədən əvvəl o qrafinkadan su içəcək, əlləri əsə-əsə, müstəntiqin qəzəbli səsinin altında...

Və bir də maşınkanın başaparan taqqıltısı...

Artıq öldürülmək üçün bütün sənədlər hazırdır.

Hə... Ölümə gedən yolun qapısı. Daha burdan o tərəfdə günəş yoxdur. Yalnız son dəfə qatarın pəncərəsindən uzaqda közərən günəşi görüb içini çəkəcək.

“Teleqreyka”nı gördüm. Xanım əməkdaş xeyli fikirləşsə də, onun bizim dildəki qarşılığını tapa bilmədi. Bu “teleqreyka” dustaqların geyimidir. Sürgündə geyindikləri, onları soyuqdan qoruyan geyim. Qoruya bilibmi, görən? Bilmirəm. Amma o “teleqreyka” mənə kəfəni xatırlatdı.

Mikayıl Müşfiqi gözüm axtarır. Onunla Dilbərin məhbus şəkli düşünürəm ki, Azərbaycan ədəbiyyatının ən dəhşətli fotosudur. Amma tapa bilmirəm o şəkli. Xanım əməkdaş deyir ki, fondda var, amma sərgidən sonra Müşfiqin eksponatları qoyulacaq. Bu sərgidən sonra. Yəni yanvarın 1-dən o tərəfə.

Sərgidəki ən kədərli guşəyə yaxınlaşırıq. Repressiya qurbanlarının fotoları. Hamısı boz rəngdədir. O günlərin rəngi asılıb guşədə. Ağır işlərdə işləyən dustaqlar. Qadınlar və kişilər. Onlar ölüdürlər. Hamısının adı ölümdür. Boz rəngə bürünüb soyuqdan əsə-əsə iş görürlər. Əmək düşərgələrinə aparılırlar. Və bəlkə də yaşadıqlarını yalnız bu məqamda xatırlayırlar. Kim düşünər ki, bir gün işlədiyin yerdə qolundan tutub səni ölümə aparacaqlar. Axı işləmək pul qazanmaqdı, yorulub evə getmək, uşaqlarının təbəssümündə dincəlməkdir. Burda isə o anları soyuqdan ölüb. Dustaqlar qəzəbli səslərin və təpiklərin altında işləyirlər, işləyirlər, sonra o zəhmli qapının dalındakı zirzəmiyə atılır və qaranlıqda üzü görünməyən adamlara baxıb dəhşətə gəlirlər. Xanım əməkdaş deyir ki, bu zirzəmidə günlərlə, aylarla qalmaq insanı dəliyə çevirir. Çünki sənin o zirzəmidən və çıxıb işləməkdən başqa həyatın yoxdur. Ən azı o işləmək sənə həyatı anbaan xatırladır. Zirzəmi isə ölüm deməkdir. Deməli, repressiya olunanlar həyatı az, ölümü çox görüblər. Hər gün ölümün yanına gediblər. Səhər isə dəhşətli iş. Qollarını hiss etmədiyin, bədəninin başdan-ayağa ağrıyla dostlaşdığı günlər. Bəlkə də onlar bu ağrıların çoxalmağını istəyirdilər. Təki iş saatı çox olsun, dayanmadan işləsinlər, amma ölümün yanına getməsinlər. Qoy ölüm bircə dəfə olsun.

Həmin guşədə Sabi Axundovun sənədləri də vardı. Sərgidəki repressiya qurbanlarının əşyalarına baxın: sorğu protokolları, kağız-kuğuz, məhbus fotosu. Hərdən də bəzilərinin şəxsi əşyaları gözə dəyirdi. Məsələn, Sabi Axundovun guşəsində iri, paslı qıfıl gördüm. Xanım əməkdaş dedi ki, Sabi Axundovun dükanları olub, onu repressiyaya məruz qoyanda əlindəki hər şeyi alıblar və o qıfıl həmin dükanlardan qalan tək yadigardı.

Başqalarının da şəxsi əşyalarına rast gəldim. Heybət Kələntərlinin də yumru, zəncirli saatı və mücrüsü buna misaldır. Seyid Hüseynin həyat yoldaşı, Məhəmməd Əmin Rəsulzadənin baldızı Ümgülsüm Sadıqzadənin guşəsi kədər rəngindəydi. Qurumuş yarpağını gördüm. O yarpağı harda qoparıb, necə onu saxlayıb? Kim bilir? Solğun, qırışmış yarpağa baxıb bəlkə də ölümünü hesablayırmış. Yarpaq bir az qurudu, artıq ölümün yarısına çatıb. Hər gün o yarpağı izləyib. Yarpağın da üzü öz qırışları kimi artdıqca ölümün nəfəsi gəlməyə başlayıb.

Bir də Ümgülsüm o “ölüm düşərgə”sində öz evlərini, ailəsini düşünüb. Oğulları üçün qaltsuk tikib, qızı üçün köynək. 8 ilin sürgünündən qalan yeganə əşyalar. Qurumuş yarpaq da yanında quyruğunu qısıb.

Daha kimlər yoxdu ki, burda? Salman Mümtaz, Lütfəli Sultanova, Əli bəy Zizinski, Teymur bəy Aslanov və başqa kimlər-kimlər. 100-dən artıq sənəd. O qanlı dövrün karikaturalarda əksi.

Və repressiya olunmuş yerlərin xəritəsi. Qırmızı yağışla yuyulan yerlər. Xəritə başdan-başa qırmızıya boyanıb.

37-ci ildən başlayıb 50-ci ilə qədər fasilələrlə davam edən və dörd milyon adamın qanının axdığı yerlərin xəritəsi.

Tükürpədici bir musiqi eşitdiyimi sandım. Qəfil çevriləndə Stalinin özümdən böyük şəkli ilə qarşılaşdım. Gözlərimin qabağında tünd qırmızı rəng axdı.

REPORTAJ" data-description="gallery" alt="Cəhənnəmə açılan qapı, yiyəsiz qıfıl, kəfəni xatırladan geyim - Repressiya sərgisindən REPORTAJ"> REPORTAJ" data-description="gallery" alt="Cəhənnəmə açılan qapı, yiyəsiz qıfıl, kəfəni xatırladan geyim - Repressiya sərgisindən REPORTAJ"> REPORTAJ" data-description="gallery" alt="Cəhənnəmə açılan qapı, yiyəsiz qıfıl, kəfəni xatırladan geyim - Repressiya sərgisindən REPORTAJ"> REPORTAJ" data-description="gallery" alt="Cəhənnəmə açılan qapı, yiyəsiz qıfıl, kəfəni xatırladan geyim - Repressiya sərgisindən REPORTAJ"> REPORTAJ" data-description="gallery" alt="Cəhənnəmə açılan qapı, yiyəsiz qıfıl, kəfəni xatırladan geyim - Repressiya sərgisindən REPORTAJ"> REPORTAJ" data-description="gallery" alt="Cəhənnəmə açılan qapı, yiyəsiz qıfıl, kəfəni xatırladan geyim - Repressiya sərgisindən REPORTAJ"> REPORTAJ" data-description="gallery" alt="Cəhənnəmə açılan qapı, yiyəsiz qıfıl, kəfəni xatırladan geyim - Repressiya sərgisindən REPORTAJ"> REPORTAJ" data-description="gallery" alt="Cəhənnəmə açılan qapı, yiyəsiz qıfıl, kəfəni xatırladan geyim - Repressiya sərgisindən REPORTAJ"> REPORTAJ" data-description="gallery" alt="Cəhənnəmə açılan qapı, yiyəsiz qıfıl, kəfəni xatırladan geyim - Repressiya sərgisindən REPORTAJ"> REPORTAJ" data-description="gallery" alt="Cəhənnəmə açılan qapı, yiyəsiz qıfıl, kəfəni xatırladan geyim - Repressiya sərgisindən REPORTAJ"> REPORTAJ" data-description="gallery" alt="Cəhənnəmə açılan qapı, yiyəsiz qıfıl, kəfəni xatırladan geyim - Repressiya sərgisindən REPORTAJ"> REPORTAJ" data-description="gallery" alt="Cəhənnəmə açılan qapı, yiyəsiz qıfıl, kəfəni xatırladan geyim - Repressiya sərgisindən REPORTAJ">
news-inner-user
Ayxan Ayvaz

528 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Əhli-kef
11:01 20 İyun 2021
Kamyunun arvadı bu ssenariyə etiraz etdi – “Yad” filmində baş verənlər
16:31 19 İyun 2021
Müğənni Sılanın kitabı çap olundu
15:41 19 İyun 2021
"Qırmızı papaq" onlayn nümayiş olunacaq
13:46 19 İyun 2021
Gəlinini iş yoldaşına qısqanan “Qoçu Əsgər” – Xalq artistindən maraqlı faktlar
12:29 19 İyun 2021
Fərəc Fərəcov haqqında monoqrafiya çap olunub
11:25 19 İyun 2021
Devid Quetta musiqilərini satdı
10:25 19 İyun 2021
Bu mahnı gənc alimi cəsarətləndirmək üçün yazılmışdı: Dünyanı gəzdi - İllərin mahnısı
09:01 19 İyun 2021
Adamları tanıdım – Nura Suri oğlunun qəza keçirməsindən yazdı
23:55 18 İyun 2021
Hamlet Xanızadənin xatirə gecəsi keçirildi
18:58 18 İyun 2021
Cahangir Cahangirovun 100 illiyi qeyd olunub
18:01 18 İyun 2021
Çiçək kimi ətirli, tər və sütül bədənlər! - Qadına sonetlər
17:20 18 İyun 2021
Müasir İncəsənət Muzeyində sərgi açılacaq
16:40 18 İyun 2021
Azərbaycanın ən naşı klassiki – Seymur Baycanı sərt tənqid etdilər
16:00 18 İyun 2021
Tikanlı sözlər adamı necə öldürür?
15:15 18 İyun 2021
Əkrəm Əylislinin vəziyyəti ağırlaşdı - Açıqlama
14:27 18 İyun 2021
Bakıda yeni sərgi açılır
14:09 18 İyun 2021
“Azərbaycanfilm” türk jurnalist Fulya Öztürk haqqında film çəkir - Fotolar
13:19 18 İyun 2021
İslamdan imtina etdi, çayda boğmaq istədilər, atası üzündən öpəndə ağzını yudu – Diriykən yası verilən dahi azərbaycanlı
12:36 18 İyun 2021
Kəramət Böyükçölün yeni romanı çıxdı - Foto
12:08 18 İyun 2021