İran rejissoru: “Məhəmməd peyğəmbər yaşasaydı...” - SÖHBƏT

<span style="color:red;">İran rejissoru:  “Məhəmməd peyğəmbər yaşasaydı...” - <span style="color:red;">SÖHBƏT
8 dekabr 2017
# 11:20

Kulis.az məşhur İran kinorejissoru Məcid Məcidinin bu günlərdə türk mətbuatına verdiyi müsahibəni təqdim edir.

- Məcid bəy, kinoya gəlişiniz necə baş verdi?

- 13 yaşımdan bəri kino başda olmaqla vizual sənətlərə bağlılığım vardı. Çox film izləyirdim, dostlarımla teatr oynayırdım. Dramatik sənətlər fakültəsində Teatro şöbəsində oxudum. Bir müddət sonra, teatrı davam etdirə bilməyəcəyim vaxtda kinoya başladım. Əvvəlcə aktyor kimi bir çox filmdə çəkildim. Sonra özüm bir neçə qısa film çəkdim. Daha sonra tammetrajlılara başladım. Kino mənim üçün bir yol, bir missiyadır. Düşüncələrimi danışmaq, duyğularımı anlatmaq fürsəti verən bir məkandır. Problemləri, dərdləri başqalarına kino ilə çatdırıram, intellektual təbəqə də daxil olmaqla böyük bir çoxluğa müraciət edirəm. Düzdür, çətindir, amma məqsədim hər iki təbəqəyə eyni vaxtda səslənməkdir. İnsanları təbiətlərinə, daxili dünyalarındakı saflığa qayıtması üçün hekayələrimlə ruhlandırıram. Kino çox güclü sənətdir. Məncə, əgər peyğəmbər müasir dövrdə yaşasa idi, islamı yaymaq üçün kinodan istifadə edərdi.

- Deyin, islam İran kinosuna necə təsir göstərib?

- Bu mövzuda danışanda daha əvvələ qayıtmaq lazımdır. Kino əvvəlcədən də qapalı idi - yaradıcılıq yox idi. İslam inqilabı kinonu da yenidən canlandırdı. Kinematoqraflar yeni inqilablarla daha geniş çevrədə işləmək, daha fərqli hekayələr danışmaq fürsəti tapdılar. Bu hekayələr yeni kinematoqrafçılar yetişdirdi. Mən də onlardan biriyəm. Senzura hər ölkədə var, eynən Türkiyədə olduğu kimi. Sadəcə sərhədi fərqlidir. Məsələn, İranda hicab geyinmə qanunun bir hissəsidir - ölkəyə daxil olan anda geyinmək lazım gəlir. Bunun yaxşı olub-olmadığını demək istəmirəm, bu, mənim işim deyil. Demokratiyadan danışan Avropanın da bir çox şəhərində universitetlərdə tələbələrin qapalı geyinməsi qadağandır. Hər ölkədə sərhədlər və senzura var. Amma təəssüf ki, hədəfdə həmişə İran olur. Qərb mətbuatında İran həmişə siyasi baxımdan yer alır. İran xalqı, İran mədəniyyəti gözəldir. Yeni rejissorlar İran üzərində formlaşdırılan siyasi təfəkkürü qırmağa çalışırlar.

Картинки по запросу məcidi

- İran kinosunu bir neçə cümlə ilə təsvir edə bilərsizmi?

-Bütün sənətlərin kökü ədəbiyyatdan gəlir. Bir ölkənin zəngin ədəbiyyatı varsa, başqa sənətlərdə də zəngin olacaq. İranın Hafizi, Sədi Şirazisi kimi dünyaca məşhur şairləri ədəbiyyata və kinoya böyük təsir göstərib. Kinoda əsas məsələ dildir. Bu gücü də o, ədəbiyyatdan alır.

- İran kinosunda filmlərini gözlədiyiniz, izlədiyiniz rejissorlar varmı?

- İranda çoxunuzun tanımadığı 20 – 25 nəfər çox istedadlı gənc rejissor var. Rza Mir Kərimi, İbrahim Hatəmi Kiya kimi rejissorlar son zamanlar olduqca uğurlu filmlər çəkir. Mən öz filmlərimi Əsgər Fərhadi və Abbas Kiarostamiyə yaxın görürəm.

- Filmlərinizdə əsas obrazın uşaqlar seçilməsinin bir səbəbi varmı?

- Uşaqlar çox məsumdur. Onlar insanın ən təmiz iç duyğularını hələ itirməyiblər. Biz hamımız uşaqlığımızı düşünərək gözəl günləri xatırlayırıq. O zamanlar nə qədər saf idik, hər şeyə çox təmiz baxırdıq. İndi yaşlanmışıq və dünyaya baxışımız dəyişib. Mən uşaqları böyüklərə göstərməklə bir körpü yaratmaq istəyirəm. İstəyirəm onlar uşaqlıqdakı saf duyğularına qayıtsınlar. Od tutub yanan dünyanı uşaqların peyğəmbərliyində xilas edəcəyimə inanıram. Birlikdə cənnətin rəngini dünyaya səpəcəyik. “Baran” filmində Baranın torpaqdakı ləpirlərinin suyla dolması, bununla dünyaya ümid yaranması kimi.

“Cənnət uşaqları” filmini izlədikdən sonra “Belə uşaqlar varmı” deyə heyrətlənməyə ehtiyac yoxdur. Ətrafımızda Əli və Ziba kimi çox uşaq var.

Похожее изображение

- Filmləriniz insanları çox təsirləndirir…

- Mən tamaşaçının filmlərimi izlədikdən sonra mənəvi dünyasındakı duyğuları kəşf etməsinə kömək etmək istəyirəm. Özü də o duyğu o anda qalmamalıdır, bütün həyatına yayılmalıdır. “Cənnətin uşaqları”nı 20 il əvvəl çəkmişəm. İndi də baxa bilərsiniz. Yenə özünüzü kəşf etməyə kömək edə bilər. “Sərçələrin şərqisi”ndəki Karin indi bizdən danışmırmı? Karin dəvəquşlarından ayrılıb şəhərə gedir, vaxtını insanlarla keçirdikcə bədbinləşir. Comərdliyi və dürüstlüyünü Metropol ondan alır…

-Son filminiz “Buludların arxasında”dan danışa bilərsizmi?

- “Buludların arxasında” 1997-ci ildə çəkdiyim “Cənnətin uşaqları” filminin davamıdır. Filmdə məkan fərqli də olsa həmin uşaqların böyüdükdən sonrakı vəziyyətlərindən bəhs edir. Bu filmlə kino dilini daha peşəkarca işlətdiyimi düşünürəm.

-Sonda gənc kinematoqrafçılara nə demək istərdiniz?

-Məsləhət vermək istəmirəm. Hər kəsin öz yolu var. Məncə gənc kinematoqrafçılar tez vaz keçməməlidirlər. Çünki kinoda çalışmaq, kino çəkmək müharibə kimidir. Mütləq mübarizə aparmalısan. Kino çəkmək dağın zirvəsinə çıxmaq kimidir. Asandır, düşünürsən, sonra çətin gəlir, nəfəsin çatmır. Amma cəhd etsən, əlbət, bir gün zirvəyə çatarsan.

# 2641 dəfə oxunub

Oxşar xəbərlər

Quran motivləri əsasında çəkilmiş 10 ekran əsəri

Quran motivləri əsasında çəkilmiş 10 ekran əsəri

15:00 13 sentyabr 2025
Dövlət dəstəyi ilə istehsal ediləcək filmlərin növbəti pitçinqi keçirilib

Dövlət dəstəyi ilə istehsal ediləcək filmlərin növbəti pitçinqi keçirilib

09:26 13 sentyabr 2025
Qadın rejissorların filmləri təqdim olunacaq

Qadın rejissorların filmləri təqdim olunacaq

15:40 12 sentyabr 2025
“Boşluğa xütbə”  filminin yaradıcı heyəti ilə görüş keçirildi

“Boşluğa xütbə” filminin yaradıcı heyəti ilə görüş keçirildi

14:23 12 sentyabr 2025
"Highlander" filmi təxirə salındı - Səbəb

"Highlander" filmi təxirə salındı - Səbəb

11:38 12 sentyabr 2025
"Qorxu seansı" filminin ssenaristləri bəlli oldu

"Qorxu seansı" filminin ssenaristləri bəlli oldu

17:15 11 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər