Filmlərimiz Çində nümayiş olunub

Filmlərimiz Çində nümayiş olunub
1 dekabr 2017
# 15:09

“Qırmızı bağ” və “İçəri şəhər” bədii filmləri Çində keçirilən 4-cü İpək yolu (Silk road) Beynəlxalq Filım Festivalında nümayiş olunub.

Kulis.azın verdiyi xəbərə görə, “Azərbaycanfilm” kinostudiyası və Weit Media kino şirkəti tərəfindən birgə istehsal edilən “Qırmızı bağ” filminin ssenari müəllifi və rejissoru Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssam Leonid Karpov, bəstəkar Salman Qəmbərov, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.

Rollarda Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Badıyev və başqaları çəkilmişdir.

“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “İçəri şəhər” filminin ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssam Bütünay Haqverdiyev, prodüseri Müşfiq Hətəmovdur.

Rolları Təhminə Rafaella, Mehriban Zəki, Firdovsi Atakişiyev,Elmira Şabanova və başqaları canlandırıb.

Filmi festivalda rejissor İlqar Safat və aktrisa Mehriban Zəki təmsil ediblər.

Qeyd edək ki, hər iki film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə lentə alınmışdır.

# 2689 dəfə oxunub

Oxşar xəbərlər

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

12:00 11 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
“Rəng mühəndisi”nin toz-dumanlı dünyası

“Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər