writer1

Günel Natiq

Məqalə sayı

147
clock12:04 calendar-gray 30 Noyabr 2017 view-gray385 dəfə oxunub
view-gray385 dəfə oxunub

Rafet el Romanın bizim kişilərdən üstünlüyü

Günel Natiq

Maraqlıdır ki, öz davranışımıza düz-əməlli diqqət yetirməyən bizlər xaricdəki imicimizə “çox ciddi” yanaşırıq. Elə ona görə də əcnəbi mətbuatda haqqımızda gedən yazıları ciddi-cəhdlə təqib edirik. Xüsusilə öz soydaşlarımızı diqqətdən kənarda qoymuruq. Elə ki, əleyhimizə xoşagəlməz bir fikir gördükmü, işimizi kənara atıb düşürük həmin adamın üstünə. Yaxasından tutub o qədər silkələyirik ki, dəymişi qalır, turşu tökülür.

Bəs nöşün ki, sən filan müsahibədə bizim əleyhimizə kiçicik bir xəta işlətmisən.

Bir adam da durub demir ki, ay balam, bəlkə bu adamın dediklərinin bir məğzi-mənası var. Olmazmı onu dinləyək, əvvəlcə səbəbini araşdıraq. Hər halda bu adam da özgəsi deyil, bizdən biridir, bizdən daha çox cəmiyyət içində olur, sosial həyatı aktivdir, bəlkə bizim görmədiyimiz elə şeyləri görüb ki, onu bu fikrə gəlməyə vadar edib.

Bəs biz nə edirik?

Eşidər-eşitməz başlayırıq söyməyə. Bilənlər bilməyənlərə qarışır. Çoxu heç bilmir, kimi və nə üçün söyür. Sadəcə kütləyə qarışır. Kütlə psixologiyası deyilən şey budur ha.

Əksəriyyətin müstəqil fikri yoxdur. Biri nə deyirsə, digərləri də onun fikrini təsdiqləyir. Nəinki təsdiqləyir, hətta öz fikri kimi təqdim edir.

Sözümü aktrisa Pərvin Abıyevanın son qalmaqalının üstünə gətirmək istəyirəm. Bu qadının adı çox hallanır. Əslində onu müşahidə etmək, müsahibələrini dinləmək, tamaşalarını görmək imkanım olmayıb. Yalnız gözəl qadın olduğunun fərqinə varmışam. Bəlkə də aktrisaya olan hücumlar bundan qaynaqlanır. Axı hər gözəlliyin bir bədəli var.

Pərvin Abıyevanın “günahı” nədən ibarətdir? Aktrisamız qardaş ölkədə “Hürriyyət” qəzetinə müsahibə verib və ağzından qaçırıb ki, sevgilisi Rafet el Roman çox romantikdir, heç Azərbaycan kişiləri belə romantik və incə deyillər.

Birincisi, insan canlı varlıqdır, robot deyil ki, yalnız konkret cavablar verməyə hesablansın. İnsan müsahibə verərkən demək istəmədiklərini də müəyyən səbəblərdən (yeni, tanış olmayan məkan, həyəcan, yeni təəssüratlar və s.) söyləyə bilər. O demək deyil ki, bu adam qəti şəkildə bu fikirdədir.

İkincisi, tutaq ki, elə bu fikirdədir. Çağdaş insan stereotiplərdən uzaq olmalı, hər kəsin fikrini anlayışla qəbul etməlidir. Əks halda irəliləyiş mümkün deyil.

Üçüncüsü, sosial şəbəkələrdə hər hansı bir aktrisa, ya müğənninin fotolarının altına yazılan qeyri-etik rəyləri hamımız görmüşük. Yazanların əksəriyyəti kişilərdir. Görəsən tanımadıqları qadınları təhqir etmək bu kişilərə hansı həzzi verir? Bütün bunların ağırlığına qatlaşmalı olan gənc aktrisanın qarşı cins haqqında fikirlərinə istər-istəməz kölgə düşməyəcəkmi?

Dördüncüsü, istənilən qadın hər hansı bir adamı sevgilisiylə müqayisə edəndə üstünlüyü sevgilisinə verir. Bu adam lap afrikalı da ola bilər. Sevən adam sevgilisinin qaralığını deyil, onun gözəl cəhətlərini görmək istəyəcək.

Beşincisi, əcnəbi mətbuatda gedən yazıları təqib etmək, öz ünvanına kiçicik bir tənqid görəndə hay-küy qaldırmaq və s. natamamlıq kompleksidir. Onda gərək tutaq ki, hansısa britaniyalı aktrisa amerikalı kişilər barədə heç bir tənqidi fikir söyləməsin.

Yadıma gəlir, bir avropalı aktrisa amerikalı kişilərin seksual imkanları haqqında xoşagəlməz fikir söyləmişdi. Bizim düşüncə tərzimizə görə, onda gərək bütün Amerika kişiləri nümayişə çıxıb öz imkanlarının heç də deyildiyi kimi olmadığını sübut etməyə çalışardılar.

Uzaqdan biz daha yaxşı görünürük. Heç kimə sirr deyil ki, hər hansı bir Avropa ölkəsindən qayıdandan sonra özümüzə başqa gözlə baxırıq və əlbəttə, məyusluqlarımız da çox olur.

Məni məsələnin hansı tərəfi daha çox təəccübləndirdi? Pərvin Abıyevanın ünvanlarına dediyi “kobud” sözünü həzm edə bilməyən kişilər bu gənc qadınla əməlli-başlı “savaşa” girdilər. Qeyri-etik sözlərin ardı-arası kəsilmədi. Kobud olmadıqlarını sübut etmək istəyənlər bir azərbaycanlı qızına daha nələr demədilər? “Fahişə”, “həşərat”, “küçə adamı” və s.

Belə çıxır ki, Pərvin haqlıydı?

Türkiyə müğənnilərinin Bakıda verdikləri müsahibələri xatırlayıram. Onlar etik çərçivədən demək olar ki, kənara çıxmırlar və qonaq olduqları ölkənin insanları barəsində bol-bol xoş sözlər işlədirlər.

“Sizin mədəniyyətiniz bizimkindən yüksəkdir, siz sənəti, sənətkarlığı daha gözəl anlayırsınız” və s. kimi fikirlər işlədirlər. Onda gərək bu sözlərə görə Vətənə qayıdan kimi onları topa-tüfəngə tutsunlar.

Halbuki hamıya bəllidir ki, Sovet dövrünün mədəniyyət səviyyəsindən söhbət gedir. Çünki o zamanlar Azərbaycanda hər ifaçı səhnəyə, televiziyaya buraxılmırdı, ona görə səhnəyə yol tapan sənətçi yüksək ifaçılığıyla seçilirdi.

Bilmirəm, türkiyəlilər bu incəliyi bilirlər, ya yox, amma qonaq olduqları ölkə haqqında yenə də xoş söz demək fürsətini əldən vermirlər.

Çünki bilirlər ki, Vətənə qayıdanda heç kəs onları bu “xətalara” görə asıb-kəsməyəcək, “fahişə” və yaxud “həşərat” deməyəcək.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Nana sevirdi - Nərmin Kamaldan hekayə
12:31 17 Yanvar 2021
“Ah, bu uzun sevda yolu” onlayn nümayiş ediləcək
17:20 16 Yanvar 2021
“Əli Kərim deyib ki, məndən yaxşı yazır” - Azərbaycanlı şairin son müsahibəsi
16:30 16 Yanvar 2021
Muzey və sərgi salonları bu tarixdən fəaliyyətə başlayacaq
15:17 16 Yanvar 2021
Çıxın dağlara-daşlara səpələnək, atışaq - Eyvaz Əlləzoğlunun hekayəsi
13:32 16 Yanvar 2021
20 Yanvarla bağlı sənədli film çəkilir - Video
12:15 16 Yanvar 2021
"Xəmsə möcüzəsi" müsabiqəsinə start verildi
11:15 16 Yanvar 2021
Fuad Poladov: “Nəyə görə həbs olunduğumu bilməliydim” – Müsahibə
09:00 16 Yanvar 2021
Onu babasının adıyla çağırdılar, "başı Sovet çəkici ilə əzilməlidir" dedilər, ardıcıl iki dəfə sürgün etdilər - Almas İldırımın məşəqqətli həyatı
20:45 15 Yanvar 2021
“Santa Barbara” serialının qəhrəmanı vəfat etdi
18:46 15 Yanvar 2021
Milli Teatr Vətən müharibəsi iştirakçısını işlə təmin etdi - Foto
18:19 15 Yanvar 2021
Azərbaycanlı rəssamın ABŞ -da fərdi sərgisi açıldı
17:37 15 Yanvar 2021
Cəfər Cabbarlı ilə Səməd Vurğun Onu niyə anlamırdılar?
17:14 15 Yanvar 2021
Görkəmli ingilis rejissorun kitabı Azərbaycan dilində - İlk dəfə
16:30 15 Yanvar 2021
Yaşamak bir ağaç gibi... – Günün şeiri
15:51 15 Yanvar 2021
Ərə vermək üçün yaşını artırdılar, prokuror qaynı oğlunu əlindən aldı, evində ölü tapıldı - Məşhur aktrisanın film kimi həyatı
15:11 15 Yanvar 2021
Netflix “Leyli və Məcnun” filmini çəkdi: Azərbaycanlı oğlan və İndoneziyalı qız - Video
14:31 15 Yanvar 2021
Şuşaya Üzeyir bəylə qayıtmağın fəziləti
14:07 15 Yanvar 2021
Kişiləri öldürüb özü uzun yaşayan qadınlarımız: Dəhşətli statistika
13:29 15 Yanvar 2021
Tacikistan mediası "Nizami ili"ndən yazır
12:45 15 Yanvar 2021