Cəlil Cavanşir kitabının çapı üçün kampaniyaya başladı

Cəlil Cavanşir kitabının çapı üçün kampaniyaya başladı
27 noyabr 2017
# 12:45

Cəlil Cavanşir "Sola dönmək qadağandır" adlı kitabının çapı üçün kampaniyaya başlayıb.

Parafraz-ın məlumatına görə, nəşrdə müəllifin müxtəlif zamanlarda yazdığı esselər toplanıb.

Cəlil Cavanşir Parafraza açıqlamasında bildirib ki, kitabın çap olunması üçün dəstəyə ehtiyacı var:

"Kampaniyanı keçirməkdə məqsəd, kitabın nəşri üçün lazım olan məbləğin toplanmasıdır. Bu bir az da özümə hesabatımdır. Dost-düşmən, oxucu səmimiyyətini anlamaq fürsətimdir.

"Sola dönmək qadağandır" kitabının nəşri üçün şəxsi büdcəmdən pul xərcləmək imkanım yoxdur. Eyni zamanda, kitabın nəşriyyat hesabına çap olunmağını istəmirəm, onları da riskə ortaq etmək doğru deyil. Çap üçün önsatış kuponları satmaq, kitabı nəşrə göndərmək istəyirəm. Ayın 10-na qədər vaxtımız var.

Sponsorluq üçün müraciət etdiyim şirkətlər əziyyət çəkib cavab da vermədilər.

Ümid edirəm ki, oxucularım (əgər varsa) dəstək olacaq. Ən pis halda özüm üçün bir nüsxə çap etdirib, kitabxanama qoyacam".

"Xan" Nəşriyyatında işıq üzü görəcək kitabın naşiri və redaktoru Müşfiq Xan, korrektoru Asifə Əfəndi, texniki redaktoru BəxtiYar, dizayner-qrafisti Tamerlan İsmayılzadə, rəssamı isə Elmail Qulamidir.

Kitabın qiyməti 7 manatdır. Kitabın önsifariş kampaniyasında kuponlar satışa çıxarılıb. Kuponun qiyməti 6 manatdır.

Kampaniya baş tutarsa, kitabın təqdimat və İmza günü təşkil olunacaq.

Kuponları əldə etmək üçün Parafraz səhifəsinə müraciət etmək lazımdır.

# 2287 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbi mükafatlar nə  üçün təsis olunur? - Mətanət Vahid

Ədəbi mükafatlar nə üçün təsis olunur? - Mətanət Vahid

15:15 9 oktyabr 2026
"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." -  "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." - "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

12:00 9 oktyabr 2026
“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

15:00 8 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

12:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər