Qızların hücumuna məruz qalan məşhur qiraətçi

Qızların hücumuna məruz qalan məşhur qiraətçi
24 noyabr 2017
# 17:30

Ayxan Ayvaz

Gənc qızların sevimlisi tanınmış qiraətçi Xəzər Süleymanlıyla bir axşam taksidən düşüb payıza bilmədik haraya, ha yana gedək. Flora xanımın mahnısı dilimizdə İçərişəhər küçələrində doyunca gəzişdik.

Bulvara düşən yerdə qəfil hücuma məruz qaldıq. Bir topa gənc xanım əllərini açıb Xəzərə tərəf gəlirdilər. Dəniz Xəzərə yox, bizim qiraətçinin üstünə. Çaş-baş qaldıq, Xəzərin üzünə baxdım, ağappaq idi. Dedim, haydi qaçaq, dəniz kənarıyla yüyürdük, yüyürdük, bir yerdə tıxandıq, oturub nəfəsimizi dərdik.

- Xəzər, - ləhləyə-ləhləyə deyinirdim. – Sənə dedim ağzını açma, səsini eşidən kimi şəhərin qızları üstümüzə axışır.

- Baş üstə, abi. – dedi. Kaş deməz olaydı. Bir azdan yenə iki-üç qız dörd tərəfdən hücuma keçdilər. Qaçış yox idi. Xəzəri qorumaq üçün özümü irəli verdim, qızlardan biri çox güman ki, cüdoya gedirdi, məni hop götürüb yerə tulladı.

Mən asfalt döşəmədə Xəzər dənizinin fonunda qızların Xəzəri çimdiklədiklərini görür, ayağa dura bilmirdim. Qolumun biri sınmışdı deyəsən.

Yerdə çabalaya-çabalaya birtəhər ayağa qalxmaq istəyəndə yeni bir topa axışdı.

“Sizin səsinizi uzaqdan eşidib gəldim.”

“Mən də şeir yazıram, səsləndirin də noollay”

“Olar sizi öpüm”

“Gedək, çay içək də”...

Xəzər də öz seksual səsi ilə onlara cavab verirdi. Qızlardan bir-ikisi yerə yıxılmışdı. Dəqiq yadımdadır. Biri ürəyini tutub üzüaşağı yıxılmaq istəyəndə Xəzər onu tez tutdu. Qızın gözlərində “təşəkkür” sözü qızardı.

Mən ayağa qalxıb Xəzərin qoluna girdim və dostumuzu bu axından xilas etmək üçün harda adamsız yer olacağını düşündüm. Xəzərə bərk-bərk tapşırdım ki, səsini çıxarma, nə demək istəyirsənsə əl hərəkətləri ilə başa sal.

На данном изображении может находиться: Ayxan Ayvaz и Xəzər Süleymanlı, люди улыбаются

Sakit bir parka gəlib çıxdıq. Xəzər oturan kimi gülümsündü:

- Hüzur...

Tez ağzını tutdum, amma artıq gec idi. Kabloklu qızların getdikcə yaxınlaşan ayaq səslərini eşidirdim.

Yenə qaçmağa başladıq. Adamların arasına girdik. Xəzər sakitcə dayananda heç kim ona fikir vermirdi, rahatca gəzirdik. Mən danışırdım, o da hərdən başını tərpədirdi.

Artıq ayrılmaq vaxtıydı. Metroya düşəndə gördük ki, camaat bir araya toplaşıb. Xalqımı bir arada görmək həmişə mənim ürəyimi dağa döndərir. Yaxınlaşıb gördüm ki, bir qız özündən gedib. Kimsə ona su içirtməyə çalışırdı. Qızın isə gözləri qapanmışdı, əllərini bərk-bərk sıxmışdı.

Xəzərin tünlükdən səsini eşitdim:

- Təcili yardıma xəbər verilib?

Elə bunu deyən anda qız özünə gəldi, dik atıldı, səsə doğru boylandı. Hamı şokdaydı. Mən artıq alışdığım üçün sakitcə durmuşdum. Metroya təzəcə ayaq basan qızlar da yerlərində donub qalmışdılar. Özündən gedən qız Xəzəri qucaqlayıb yanağından öpdü:

- Telefonumu itirmişdim. Sizin səsiniz də vardı orda. Elə bildim tapıldı.

Xəzər gülümsündü:

- Mənim səsim olan telefon itməz.

Bu vaxt toppuş bir polis əlində telefon qızdan soruşdu:

- Sizindi?

- Hə... – qız sevincək telefonu qapdı və nəsə qurdalanmağa başladı.

- Ay da sizin səsiniz itib.

Xəzər bu yerdə boğazını arıtladı, nəsə demək istədi, amma səsi xırıltılı çıxdı. Başımıza yığışan gənc qızların hamısı bir anda qeybə çəkildi.

# 2178 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #