news-inner
clock14:57 calendar-gray 24 Noyabr 2017 view-gray234 dəfə oxunub
view-gray234 dəfə oxunub

Lent.az-ın daha bir layihəsi kitab oldu: “Kod adı: Rey” - TƏQDİMAT

Qarabağ müharibəsindən bəhs edən kitab təqdim olundu - “Kod adı: Rey”

Bu gün ikinci qrup Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun “Kod adı: Rey” kitabı “Azərkitab” Kitab Təbliğatı Mərkəzində təqdim olundu.

Kulis.azın verdiyi xəbərə görə, müharibə xatirələrini qələmə alan müəllifin kitab təqdimatında tanınmış yazıçılar, ziyalılar, millət vəkilləri, jurnalistlər iştirak edib.

Lent.az informasiya saytının “Kəşfiyyatçının xatirələri” layihəsində çap olunan yazılar “Kod adı: Rey” adı ilə kitab halında çap olunub. “Qanun” nəşriyyatında nəşr olunan kitab Qarabağ müharibəsinə həsr olunub. Müəllif kəşfiyyat xatirələrini qələmə alıb. Rey Kərimoğlu bu kitabı döyüş meydanlarında torpaqlarımız uğrunda canlarını qurban verən nakamgənclərimizin ruhuna həsr edib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov kitabın özəlliklərindən, onun mahiyyətindən söz açaraq, tədbiri açıq elan etdi: “Rey Kərimoğlunun kitabındakı xatirələr müəllifin Qarabağ müharibəsində gördüyü hadisələr əsasında qələmə alınıb”.

Əflatun Amaşov qeyd edib ki, indiyədək Qarabağ döyüşləri haqqında çoxsaylı kitablar yazılsa da, Rey Kərimoğlunun müəllifi olduğu nəşr bir sıra xüsusiyyətləri ilə onlardan fərqlənir: “Biz Rey Kərimoğlunu döyüşçü, kəşfiyyatçı kimi tanımışıq. Amma bununla yanaşı, Rey indiyədək 10-a yaxın mətbuat orqanında çalışıb, bir-birindən maraqlı yazıları ilə oxucularını sevindirib. Kitab xatirələr əsasında yazılıb. Düşünürəm ki, bu kitab Qarabağdan bəhs edən yaxşı bir filmin ssenarisi ola bilər. Çünki Rey Kərimoğlunun kitabında ağrı ilə bərabər böyük vətən sevgisi var”.

Daha sonra Əflatun Amaşov müəllifi təbrik edib və onu Mətbuat Şurasının diplomu ilə təltif edib.

Lent.az İnformasiya Agentliyinin rəhbəri Qabil Abbasoğlu rəhbərik etdiyi media orqanının indiyədək bir neçə maraqlı kitabı oxucuların ixtiyarına verdiyini diqqətə çatdırıb. Q. Abbasoğlu əlavə edib ki, sözügedən media qurumu gələcəkdə məzmun və ictimai əhəmiyyəti etibarı ilə insanlar üçün maraqlı olan digər nəşrləri də oxuculara təqdim edəcək: “Bu kitabda yazılanlar Lent.az da çap olunurdu. Mən o yazıları redaktə etmişəm. Hər dəfə oxuduqca o müharibə illərini xatırlayırdım. Rey bizim yaşadıqlarımızı yazmışdı”.

Növbəti çıxışçı xalq şairi Sabir Rüstəmxanlı Qarabağ müharibəsini dərindən hiss etdirən kitab haqda öz səmimi fikirlərini bölüşüb: “Reyin bu kitabını oxuya bilməmişəm hələ. Amma bayaq vərəqlədim və o müharibə xatirələri mənə doğma gəldi. Bizim nəslin gördüyü müharibəydi bu. Dağlıq Qarabağ yarası bizi həmişə ağrıdıb. Biz məğlubiyyəti həzm edə bilməmişik. Bu kitab məncə, ağrı haqqında ən güclü təsəlli olacaq.”

Millət vəkili Aqil Abbas çıxışında Rey Kərimoğlunu bu kitab münasibətilə təbrik edib: “Çox önəmli kitabdı. Mən Lent.az saytında bu yazılar gedəndə “Ədalət” qəzetinə də yerləşdirirdim. Və hər dəfə oxuyanda tüklərim biz-biz olurdu. Müharibənin ağrılarını özündə daşıyır bu kitab. Yeri gəlmişkən, kitabın redaktoru Səhər Əhmədin ön sözü də məni kövrəltdi”.

Millət vəkili Hadı Rəcəbli “Kod adı: Rey” kitabının xalqımız üçün önəmli olduğunu vurğuladı: “Rey Kərimoğlunun kitabı o dövrü duymaq üçün əvəzsiz materialdı”.

Daha sonra şair Ramiz Rövşən kitab haqda fikirlərini bölüşdü:

“Kitabı oxumamışam. Amma Rey mənim köhnə dostumdu. Sizə deyim ki, biz çox qəribə nəsilik. Biz müharibədən sonrakı nəsilik. Uşaq vaxtı da işimiz dava-dava oynamaq idi. Atalarımız vuruşdu əvvəl, sonra da övladlarımız müharibəyə getdi. Bir dəfə bunu demişdim: biz müharibəni oğurlamış nəsilik”.

Müəllifin 50 yaşı tamam olması münasibəti ilə onu təbrik edən Ramiz Rövşən daha sonra “Qara paltarlı qadın” şeirini səsləndirdi.

Daha sonra kitabın redaktoru Səhər Əhməd, Qarabağ Qaziləri Birliyinin rəhbəri Etimad Əsədov, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə, Rey Kərimoğlunun döyüş yoldaşlarıvə başqaları kitab haqqında fikirlərini bildiriblər.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Arzu Rəhimovun adından Rey Kərimoğluna təbrik məktubu oxunub və diplomtəqdim olunub.

news-inner-user

15791 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Mikayıl Müşfiq qadına görə öldürülüb - İddia
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır - Qorxmaz Quliyev yazır...
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020
Qarabağda “iki” alıb, sinifdə qaldığım Vətən - Ramiz Qusarçaylıdan şeirlər...
16:23 08 İyul 2020