Teatrlardan jurnalistin müalicəsinə dəstək

Teatrlardan jurnalistin müalicəsinə dəstək
23 noyabr 2017
# 12:16

Teatrlar jurnalistə dəstək məqsədilə tamaşalar təqdim edəcək.

Kulis.az-ın verdiyi xəbərə görə, bir neçə teatrlar jurnalist Ülviyyə Həsənqızının müalicəsinə dəstək olmaq məqsədlə xeyriyyə tamaşaları təşkil edir.

Bunlardan biri noyabrın 25-də, saat 12-də Bakı Uşaq Teatrında keçiriləcək “Göyçək Fatma” tamaşasıdır. Quruluşçu rejissor İntiqam Soltanın yeni səhnə həlli ilə təqdim etdiyi tamaşa bütün yaş qrupundan olan uşaqlar üçün nəzərdə tutulub.

Tamaşada tanınmış aktyorlardan Cavanşir Məhərrəmov, Niyaz Qasımov, Könül Şahbazova, İlhamə Əhmədova və başqaları iştirak edir.

“Göyçək Fatma” xalq nağılı əsasında hazırlanmış eyniadlı tamaşada tamaşaçılara ədalət, mərhəmət, insansevərlik duyğuları aşılanır. Xeyirxah, yumşaqqəlbli Fatma üzləşdiyi bütün çətinlikləri təmkinlə aradan qaldıraraq öz istəyinə nail olur.

Tamaşada milli geyimlər, milli musiqi və rəqslərdən istifadə olunub.

A.Şaiq adına Dövlət Kukla Teatrı “Zəng” tamaşası ilə xeyriyyə aksiyasına qoşulur. noyabrın 26-da saat 18-də nümayiş olunacaq tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Mono tamaşada aktyor Rəhim Rəhimov çıxış edir. Səhnə işi böyüklər üçün nəzərdə tutulub. Ailədə valideynlərə olan münasibətdən bəhs edən tamaşa izləyicilərdə valideynləri unutmamaq, onları diqqətdən kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır.

Hər iki tamaşadan əldə olunacaq vəsait onkoloji xəstəlikdən əziyyət çəkən tanınmış mədəniyyət yazarı, jurnalist Ulviyyə Həsənqızının müalicəsi üçün açılan hesaba köçürəcək.

# 2544 dəfə oxunub

Oxşar xəbərlər

"Böyük ədəbiyyat bu qaydaların pozulduğu yerdə başlayır" - Müzakirə

"Böyük ədəbiyyat bu qaydaların pozulduğu yerdə başlayır" - Müzakirə

15:00 29 aprel 2026
"Ağ maral düzənliyi"  - Bir xalqın epik yaddaşı

"Ağ maral düzənliyi" - Bir xalqın epik yaddaşı

14:00 29 aprel 2026
Vera Vasilyevnanın budlarını unuda bilməyən gənc - Ulucay Akif

Vera Vasilyevnanın budlarını unuda bilməyən gənc - Ulucay Akif

12:00 29 aprel 2026
"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

12:00 28 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər