news-inner
clock16:00 calendar-gray 16 Noyabr 2017 view-gray60 dəfə oxunub
view-gray60 dəfə oxunub

Sevdiyimiz qadın başqasına ərə gedəndə - YENİ ŞEİRLƏR

Kulis.az Orxan Saffarinin yeni şeirlərini təqdim edir.

***

Uşaq olanda tez-tez

qarışqa yuvalarını dağıdırdım.

Bir dəfəsində eşitdim ki,

təzə ailə qurmuş filankəsin yuvası dağılıb

Yerə oturub qarışqalardan

üzr istədim,

yalvardım.

Qazan qapaqlarından maşın sürərdim,

ta ki, atam qəzada həlak olana qədər

sonra maşınlardan qorxdum,

evə gəlib,

qazan qapaqlarına baxıb dəli olurdum.

anam hər gün evi təmizləyirdi,

atamın xatirələri hörümçək toruyudu,

anam toxunmurdu

zaman-zaman anamın da şəkli

atamın şəklinin yanına gəldi....

Sonra kirli qaldı evimiz...

Yığışdıran olmadı...

Xatirələri...

sən gedəli

sən gedəli evimin,

sükut pozub halını

birdən dönərsən deyə,

bağlamıram qapını!

söndürmürəm gecələr,

işığı da görürsən

qaranlığı sevmirəm,

özün yaxşı bilirsən.

bilirsən ki, gecələr,

bir az başqa oluram

düz şəklinin yanından,

özümə yer salıram

söndürmürəm gecələr,

işığı da görürsən

qaranlığı sevmirəm,

özün yaxşı bilirsən.

yeni

bir gün baş qaldıracaq,

külqabımdakı boynubükük siqaretlər.

bir gün adamlar da geri qayıdacaq;

boynubükük

bir gün divarlardakı bütün şəkillər

dilə gələcək,

Bezəcəklər tozlanmaqdan

bir gün saatlar da göstərməyəcək,

onun getdiyi vaxtı.

bir gün zivələrdən paltarlar intihar edəcək,

bezəcəklər asılmaqdan!

- Mən bir az da narahatam əslində.

məncə,

ölülərin üstünə beton tökməyək

heç olmasa ölü ikən azadlıqların, əllərindən almayaq.

məncə hamımız birləşib,

itkin düşən adamları axtaraq.

şəhid ailələrinə kompensasiyaları dayandırıb,

sərhədləri açaq

bir də qucaq dolusu

güllər ataq düşmənə.

- bir gün mütləq.....!

***

Mən uşaq olanda hər şey fərqli idi.

Nənəm babamla nərd oynayırdı,

biz oyunçu aparsın deyirdik.

Sonra bir gecə həyat adlı oyunun oyunçusu apardı ikisini də.

Dinmədik....

Mən uşaq olanda fərqli idi hər şey.

Uşaqlıq dostlarımızla oynadığımız silah oyununda,

heç cür vurduğumu sübut edə bilmədəyim, ölməyən dostumu

bircə gülləyə erməni öldürdü

Kədərləndik......

Mən uşaq olanda fərqli idi hər şey.

Futbol oynaya bilmir,

ayağı top tutmur deyə,

oyuna buraxmadığımız oğlan

müharibədə ayaqlarını itirdi

Yeridik........

Atamız gözümüzün qabağında

anamızı döyəndə,

ilk dəfə nifrət etməyi,

ilk dəfə daha çox sevməyi öyrəndik.

Sonradan ilk sevdiyimiz qadın,

başqasına ərə gedəndə,

daha çox ağrı yaşadıq,

daha çox sevdik...

Sonra yavaş-yavaş böyüdüm.

Daha heç kimə

oyunçu aparsın demədim ki,

əcəl aparar birdən

məhlədə futbol, müharibə oyunu oynayan uşaqlarla oynadım ki,

ölərlər birdən.

Anamla Atamın da şəklini

divardan yan-yana asdım,

amma qorxurdum ki,

dalaşarlar birdən.

Birdə sevmədiyim qadından ata oldum

sevdiyim qadını düşünə-düşünə.

Mən əvvəllər elə bilirdim ki,

Babam Berlin divarlarını çiyni ilə yarıb,

sonra əlində əsasının əsdiyini gördüm

qocaldım, öldüm.

Mən əvvəllər elə bilirdim ki,

Nənəm xalçaları evimizə sərmək üçün toxuyub

sonra ona büküldüyü gördüm,

bükülüb, öldüm.

Mən əvvəllər elə bilirdim ki,

atam dünyanın ən güclüsüdü

Atam öldü....

mən də öldüm.

Mən əvvəllər elə bilirdim ki,

anam heç vaxt yemək yemir

bir gecə qazanı necə sivirdiyini gördüm

gördüm ki, YEMİR.

sivrilib, öldüm.

Mən əvvəllər elə bilirdim ki,

böyük qardaşım həmişə yanımda olacaq.

böyük qardaşımı öldürdülər.

böyüyüb, öldüm.

news-inner-user

12903 məqalə

Paylaş

Oxşar xəbərlər